Icma.az
close
up
RU
Yay tətilində uşaqlar nə etməlidir? mütəxəssislərdən tövsiyələr

Yay tətilində uşaqlar nə etməlidir? mütəxəssislərdən tövsiyələr

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı,19 iyun, AZƏRTAC

Artıq məktəblərdə yay tətili başlayıb. Tətil dövrü uşaqların istirahəti ilə yanaşı, onların şəxsi inkişafı, yeni bacarıqlar qazanması və ailə ilə daha çox vaxt keçirməsi baxımından böyük əhəmiyyət daşıyır. Bəs şagirdlər yay aylarını necə daha səmərəli keçirə bilərlər?

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandıran Bakı şəhəri 17 nömrəli tam orta məktəbin müəllimi Elmira Ağayeva bildirib ki, yay tətili uşaqların həm dincəlməsi, həm də özlərini fərqli istiqamətlərdə kəşf etmələri üçün əlverişli fürsətdir.

Onun sözlərinə görə, tətil dövründə nə dərslərdən tamamilə uzaqlaşmaq, nə də uşaqları əlavə dərs yükü ilə yormaq düzgün yanaşma deyil. Şagirdlər həftədə bir neçə dəfə qısa müddət ərzində keçdikləri mövzuları təkrarlamalı, bədii ədəbiyyat oxumalı və müxtəlif yaradıcı tapşırıqlarla məşğul olmalıdırlar.

“Yay tətili uşaqların istirahət etməsi üçün nəzərdə tutulub. Lakin bu, öyrəndiklərini tamamilə unutmaq anlamına gəlmir. Qısa təkrarlar və mütaliə onların yeni tədris ilinə daha hazırlıqlı başlamasına kömək edir”,- deyə müəllim bildirib.

Elmira Ağayevanın fikrincə, yay tətilinin ən böyük üstünlüklərindən biri uşaqlara dərsliklərdən kənarda yeni maraq dairələri formalaşdırmaq imkanı yaratmasıdır. O qeyd edib ki, rəsm çəkmək, musiqi alətində ifa etməyi öyrənmək, şahmat oynamaq, fotoqrafiya ilə məşğul olmaq, bağçılıq və ya müxtəlif peşələr barədə araşdırmalar aparmaq uşaqların dünyagörüşünün genişlənməsinə müsbət təsir göstərir.

“Bəzən bir yay təcrübəsi uşağın gələcək maraqlarının, hətta peşə seçiminin əsasını qoya bilir”, - deyə müsahibimiz vurğulayıb.

Müəllim qeyd edib ki, uşaqlar yay aylarında daha çox açıq havada vaxt keçirməli, təbiətlə ünsiyyətdə olmalı, fiziki və sosial aktivliklərini artırmalıdırlar. O, həmçinin valideynlərə yay tətilini övladları ilə münasibətləri möhkəmləndirmək üçün fürsət kimi dəyərləndirməyi tövsiyə edib.

Pedaqoq əlavə edib ki, telefon, planşet və kompüter qarşısında keçirilən vaxtın məhdudlaşdırılması vacibdir. Ən əsası isə sentyabrda uşaqlar məktəblərə yorğun deyil, dincəlmiş, xoşbəxt və öyrənməyə həvəsli olaraq qayıtmalıdırlar.

Mövzunun psixoloji tərəflərini öyrənmək üçün 137 nömrəli məktəbin psixoloqu Yasəmən Hacıyevaya müraciət etdik. Mütəxəssisin sözlərinə görə, bu dövr uşaqların həm istirahəti, həm də emosional və sosial inkişafı üçün vacib mərhələ hesab olunur. Onun sözlərinə görə, üç aylıq yay tətili şagirdlər üçün həm istirahət, həm də yeni tədris ilinə daha hazırlıqlı və balanslı şəkildə başlamaq baxımından mühüm fürsətdir.

Psixoloq bildirib ki, vaxtın düzgün bölüşdürülməsi vacib amillərdən biridir: “Yay tətili həm əylənmək, həm də inkişaf etmək üçün ideal dövrdür. Bunun üçün müəyyən qaydalara əməl olunmalıdır. İlk növbədə, uşaqların beyni aktiv saxlanmalı, zəif tərəflərini gücləndirmək məqsədilə gündəlik qısa vaxtlarda mütaliəyə və keçilmiş dərslərin təkrarlanmasına yer verilməlidir. Həftə ərzində 35-40 dəqiqəlik mütaliə və təkrarlar kifayət hesab oluna bilər. Bu proses uşaqlara məcburi öhdəlik kimi deyil, motivasiyaedici fəaliyyət kimi təqdim edilməlidir”.

Mütəxəssis qeyd edib ki, uşaqların fiziki inkişafı və sağlamlığı da diqqətdə saxlanmalıdır: “Gün ərzində uzun müddət kompüter və telefon qarşısında vaxt keçirmək düzgün deyil. Əvəzində üzgüçülük, futbol, basketbol, rəqs kimi fiziki fəaliyyətlər uşaqların həm sağlamlığına, həm də psixoloji durumuna müsbət təsir göstərir. Eyni zamanda, yuxu rejimi və qidalanma düzgün tənzimlənməlidir. Gec yatmaq və gec oyanmaq ümumi əhvali-ruhiyyəyə və yorğunluğa səbəb olur”.

Psixoloqun sözlərinə görə, yay tətili həm də intellektual inkişaf üçün imkan yaradır: “Şahmat, dama və digər məntiq oyunları uşaqlarda təfəkkürün inkişafına şərait yaradır. Tətil dövrü tamamilə dərsdən uzaq və ya yalnız dərslə keçməməlidir. Günün təxminən 80 faizi istirahət və əyləncəyə, 20 faizi isə öyrənmə və inkişaf fəaliyyətlərinə ayrılmalıdır”.

O əlavə edib ki, yay aylarında uşaqların sosial və emosional inkişafı da nəzərə alınmalıdır: “Rayon və kənd yerlərinə səfərlər, düşərgələr və açıq havada keçirilən fəaliyyətlər uşaqlara müsbət təsir göstərir. Yay tətilinin ilk həftələrində uşaqlara daha çox sərbəstlik verilməsi, lakin sonrakı mərhələdə rejimin tədricən formalaşdırılması məqsədəuyğundur. Yay tətili təkcə dərslərə fasilə deyil, eyni zamanda, uşaqların psixoloji bərpası, emosional inkişafı və yeni tədris ilinə hazırlığı üçün mühüm bir dövrdür”.

Psixoloq sonda valideynlərə də tövsiyə edib ki, uşaqları tam nəzarətsiz buraxmamalı, onların gündəlik rejimi və asudə vaxtlarının səmərəli təşkili ilə maraqlanmalıdırlar.

Müxbir – Nərmin Murad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri