Yayda avrokuboklarda daha da güclü Qarabağ görəcəyimizə inanıram
Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Qarabağ"ın sabiq forvardı və məşqçisi Nazim Əliyev Sportal.az saytına açıqlama verib.
Təcrübəli mütəxəssis bu sezon Ağdam təmsilçisinin bu sezonki performansını dəyərləndirib:
"Qarabağ"ın bu sezon çempion olacağına yəqin ki, heç kimin şübhəsi yoxdur. Çünki çox xal yığıblar və ən yaxın izləyicilərindən də xeyli qabaqdılar. Bu mənada, "Qarabağ"ın bu sezon çempion olacağı dəqiqdir. Ölkə kubokunda da yarımfinaldadırlar, doğrudur ilk görüşdə uduzublar, amma ikinci görüşdə lazım olan nəticəni qazanmaq mümkündür. Lakin "Araz-Naxçıvan" da zəif komanda deyil, bərk kollektivdir və yaxşı hücumları var, yaxşı müdafiə olunurlar. Hər halda, cavab görüşü maraqlı olacaq".
"Qarabağ"ın keçmiş hücumçusu komandanın transferə ehtiyacı olub-olmadığını deyib:
"Qarabağ" avrokuboklar üçün yəqin ki, heyətə yeni oyunçular cəlb edəcək. Kadi Borgesi komandaya qaytardılar. Doğrudur, yeni transferlərə ehtiyac var. Həm müdafiə, həm hücum ,həm də yarımmüdafiənin mərkəzinə. Düşünürəm ki, onlar bu transferləri reallaşdıracaqlar. Yayda avrokuboklarda daha da güclü “Qarabağ” görəcəyimizə inanıram".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















