Icma.az
close
up
RU
Yayda bunu heç vaxt etməyin İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin İstidə ətrin əsas təhlükəsi

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yay mövsümündə istifadə etdiyimiz sevimli ətirlər təkcə xoş qoxu mənbəyi deyil, eyni zamanda düzgün tətbiq edilmədikdə dəri üçün ciddi problem yarada bilər. Mütəxəssislər bildirirlər ki, isti havalarda ətirdən yanlış istifadə həm piqment ləkələrinin yaranmasına, həm də ətrafdakı insanlar üçün narahatlıq yaradan ağır qoxuya səbəb ola bilər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, ən böyük səhv ətiri birbaşa günəşə məruz qalan dəriyə vurmaqdır.
Xüsusilə boyun, körpücük sümüyü və biləklərə ətir çəkib dərhal çölə çıxmaq yay aylarında tövsiyə edilmir. Mütəxəssislərin sözlərinə görə, əksər ətirlərin tərkibində spirt və efir yağları olur. Güclü ultrabənövşəyi şüaların təsiri altında bu maddələr dəridə fototoksik reaksiyaya səbəb ola bilər.
 

Nəticədə mikroskopik kimyəvi yanıqlar və uzun müddət qalıcı olan piqment ləkələri yarana bilər. Bu vəziyyət "parfüm dermatiti" kimi tanınır və yaranan ləkələri sonradan aradan qaldırmaq olduqca çətin olur. 30 dərəcədən yuxarı temperaturda bədən istiliyi artır, dəri daha çox tər və piy ifraz edir. Bu isə ətirin qoxu strukturuna təsir göstərir.


Belə şəraitdə sitrus və yaşıl notlar kimi yüngül üst notlar çox qısa müddətdə buxarlanır. Əvəzində müşk, ənbər, ud, qatran və şirin qoxular kimi ağır əsas notlar daha sürətlə və kəskin şəkildə hiss olunur.
Qış aylarında xoş təsir bağışlayan eyni ətir yayda həm istifadəçidə, həm də ətrafdakılarda baş ağrısı, ürəkbulanma və narahatlıq hissi yarada bilər.
Yayda ətirdən necə istifadə etmək lazımdır?
Mütəxəssislər yay mövsümündə ətirdən istifadə qaydasını dəyişməyi tövsiyə edirlər. Saç üçün nəzərdə tutulmuş xüsusi ətir spreylərindən istifadə etmək daha məqsədəuyğundur.
 

Belə məhsullar adətən spirtsiz olur, saçları qurutmur və qoxunu uzun müddət saxlayır. Ətiri birbaşa dəriyə deyil, pambıq və ya kətan paltarların daxili tikiş hissələrinə vurmaq da yaxşı seçim hesab olunur. Lakin əvvəlcə parçanın ləkələnmədiyinə əmin olmaq tövsiyə edilir.


Əgər ətiri mütləq dəriyə vurmaq istəyirsinizsə, günəş şüalarının düşmədiyi nahiyələri seçmək lazımdır. Məsələn, saçın altında qalan boyun nahiyəsi və ya dizin arxa hissəsi bunun üçün daha uyğun hesab edilir.
Mütəxəssislər vurğulayırlar ki, bu sadə qaydalara əməl etməklə həm dərini günəşin mənfi təsirindən qorumaq, həm də isti havalarda ətirin daha xoş və balanslı hiss olunmasını təmin etmək mümkündür. (lent.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 İyul 2026 02:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri