Icma.az
close
up
RU
Yayda faydalı olacaq meyvə və tərəvəzlər

Yayda faydalı olacaq meyvə və tərəvəzlər

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Yay mövsümündə təzə meyvə və tərəvəzlərin bolluğu sağlam qidalanmaq üçün əlverişli imkan yaradır. Mütəxəssislər isə bu məhsullar arasında ən faydalı hesab olunanları açıqlayıblar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, böyürtkən, moruq, çiyələk və qaragilə kimi meşə meyvələrinin yüksək antioksidant və lif tərkibinə görə ən sağlam meyvələr hesab olunduğu bildirilib.

Mütəxəssislər əlavə edir ki, bu meyvələr orqanizmdə iltihablarla mübarizə aparmağa kömək edir və xərçəng də daxil olmaqla bir sıra xəstəliklərin riskini azalda bilər. Bundan əlavə, onların tərkibində şəkər az, lif isə çox olur.

Üzüm, qovun, yemiş və papaya kimi meyvələrin isə daha çox şəkər və karbohidrat ehtiva etdiyi vurğulanıb. Bu meyvələrin antioksidant səviyyəsi meşə meyvələri ilə müqayisədə daha aşağıdır. Mütəxəssislər bildirirlər ki, həddindən artıq şəkər qəbulu qanda şəkərin sürətlə yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər.

Tərəvəzlərə gəlincə isə, dietoloqlar yaşıl yarpaqlı tərəvəzləri ilk sırada göstəriblər. Xüsusilə ispanaq və kələm vitamin, mineral və kalium baxımından zəngin olduğu üçün qan şəkərinin tənzimlənməsinə kömək edir və 2-ci tip diabet riskini azalda bilər.

Mütəxəssislər meyvələrin həm təzə, həm də dondurulmuş formada istehlak edilə biləcəyini qeyd ediblər. Onların sözlərinə görə, dondurulmuş meşə meyvələri də qida dəyərini yaxşı saxlayır və bəzən bəzi vitaminlər baxımından təzə məhsullardan geri qalmır.

Bununla yanaşı, dietoloqlar balanslı qidalanmanın ayrı-ayrı məhsullardan daha vacib olduğunu vurğulayıblar. Onların fikrincə, ən yaxşı meyvə və tərəvəz insanın sevərək və müntəzəm şəkildə istehlak etdiyi məhsullardır.

Mütəxəssislər nişasta ilə zəngin olan ağ kartofun isə daha az istehlak edilməsini tövsiyə ediblər. Xüsusilə kartof qızardılan zaman əmələ gələn akrilamid adlı maddənin sağlamlıq üçün zərərli ola biləcəyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://axsam.az
archiveBu xəbər 26 İyun 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri