Icma.az
close
up
RU
Yayda istirahət planı qurmazdan əvvəl bu qiymətləri bilməlisiniz MƏBLƏĞLƏR

Yayda istirahət planı qurmazdan əvvəl bu qiymətləri bilməlisiniz MƏBLƏĞLƏR

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay mövsümü yaxınlaşdıqca ölkə daxilində səyahət etmək istəyən insanların sayı artır. Xüsusilə də dağ rayonlarına, göl və meşə ətrafına istirahət üçün üz tutanlar arasında kirayə evlərə, kotteclərə və hotellərə maraq artmaqdadır. Təbii ki, bu maraq bazara da təsirsiz ötüşmür.

Bəs bu yay bizi hansı qiymət artımları gözləyir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, yay mövsümü öncəsi qiymətlərin bahalaşması artıq bir ənənə halını alıb. 

Onun sözlərinə görə, hər il biz bunun şahidi oluruq və bu il də istisna deyil: “Mövsüm qiymətlərə öz təsirini göstərəcək. Nəzərə alsaq ki, 30 ildən artıq işğal altında olan ərazilərimiz azad edilib, Azərbaycanın investisiya cazibədarlığı artıb və eyni zamanda iqtisadi tərəfdən ölkəmizin böyüməsi, güclənməsi baş verib və ölkədə turizm inkişaf edib. Bu, qiymətlərin artması üçün çox ciddi əsaslardır. Nəzərə alsaq ki, ərzaq və qeyri ərzaq məhsullarının qiymətlərində müəyyən fərqlər baş verir. Yəni artım baş verib. Ölkədə qlobal inflyasiyanın təsiri nəticəsində yerli inflyasiya da hazırda var və Azərbaycan hökuməti bu inflyasiyanın tənzimlənməsi istiqamətində addımlar atır. Bu da qiymətlərə öz təsirini göstərəcək. Arzuolunan odur ki, qiymətlərin artması ilə bərabər, həm də xidmətin keyfiyyətində dəyişikliklər olsun və əgər biz qiymətləri beynəlxalq standartlara, səviyyəyə uyğunlaşdırırıqsa, inkişaf etməkdə olan ölkələrlə müqayisə ediriksə, o zaman xidmətin də keyfiyyətini o səviyyəyə qaldırmaq lazımdır”.

Ekspert qeyd edib ki, son 3 ildə qiymətlərdə ciddi artım baş verib: “Hotellərin, kənd evlərinin qiymətləri bir neçə dəfə artıb. Bu təbii ki, Azərbaycanın öz əhalisini, yəni vətəndaşlarımızın daha çox rayonlara üz tutması ilə bağlıdır. Bilirsiniz ki, quru sərhədlər pandemiya dövründə bağlandıqdan sonra vətəndaşların böyük bir qismi qonşu ölkələrə səfərlərdən imtina edib. Yay mövsümündə məhz ölkədəki turizm imkanları ilə kifayətlənməyə məcbur olurdular. Yəni yaxın ölkələr, məsələn, Gürcüstan, Türkiyə, Rusiya və digər ölkələrdəki yay mövsümü istirahətlərini təxirə salıb, Bakının rayonlarında bunu həyata keçirdilər. Bu da qiymətlərə xüsusi təsir göstərir və həm turizmin inkişafına, həm də qiymətlərin artmasına öz təsirini göstərmiş olur. 
Pandemiyadan qabaq qonaqlama evləri 30-40 manat idisə, hazırda bu qiymət təqribən 100-150 manat arasındadır. Artıq bu istiqamətdə yeni biznes növləri də meydana çıxıb. Bu biznes növləri ondan ibarətdir ki, kiçik hotelsayağı evlər tikilir və həmin evlər yüksək qiymətə 1 günlük kirayəyə verilir. Məsələn, bu istiqamətdə qiymətlər təqribən 250-400 manat arasıdır. Hotellər kompaniyalara görə fərqlənir. Amma ümumilikdə hotellərin qiymətləri təqribən 100-250 manat arasında dəyişir. 

Qiymət artımım ölkənin inkişafından, manatın alıcılıq qabiliyyətindən və eyni zamanda xidməti təşkil edən komponentlərin qiymətlərindəki dəyişikliklərdən ibarətdir. Çünki əvvəl xidmət sahəsində çalışan insanlar tutaq ki, 300-350 manat alırdılarsa, indi bu istiqamətdə əmək haqqları ən azı iki dəfə artıb. O cümlədən xidməti təşkil edən digər komponentlərdə - hansı ki, xidmətin keyfiyyətli həyata keçirilməsi üçün vacib əhəmiyyət daşıyır, onların da qiymətində 1.5-2.5 dəfə fərq yaranıb. Təbii ki, bu da son nəticədə xidmətin ümumi tariflərinə təsir göstərmiş olur”.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri