Icma.az
close
up
RU
Yaydan qalan dırnaqlardan qışda xaş bişirirlər, içindən qurd çıxır AİB sədrindən XƏBƏRDARLIQ

Yaydan qalan dırnaqlardan qışda xaş bişirirlər, içindən qurd çıxır AİB sədrindən XƏBƏRDARLIQ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Havaların soyuması ilə insanlar mövsümi yemək olan xaşa üz tuturlar. Ancaq istehlakçılar bazarlardan alınan dırnağın içindən qurd çıxdığı ilə bağlı şikayətlər edirlər. Bu da məhsulun köhnə olmasından xəbər verir. 

Bəs belə problemlər yaşamamaq üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Redaktor.az-a bildirdi ki, belə hallarla rastlaşmamaq üçün istehlakçılar gözlərinin qabağında dırnaqlar ayırtdırıb doğratdırmalıdırlar.

"Ölkədə iri buynuzlu heyvanların kəsilərkən, qəssablar iri buynuzlu heyvanların xaşlıq dırnaqlarını atmırlar. Yay aylarında da məlumdur ki, xaş yeyilmir. Ancaq hansı şəraitdə saxlayırlar, naməlumdur. Ütüldüyü üçün onu bəzən soyuducuya da qoymurlar. Üst-üstə yığıb sərin yerdə saxlayırlar və təbii olaraq burada bu dırnaqlar artıq əksər hallarda qurdlamış olur. İnsanlar onu gözü ilə görə bilmir və o təmizləndikdə dırnaqlarda həmin qurdları müşahidə edə bilərlər. Satıcılar bunu qış aylarında - xaş mövsümü başlayanda bazara çıxarırlar. Ona görə də xaş üçün dırnaq alanda istehlakçılar çox diqqətli olmalıdır. Yanlarında, gözlərinin qabağındaca dırnaqları ayırtdırıb doğratdırmalıdır, evə saxlamaq lazım deyil. Əgər o qurdlar varsa, mütləq oradan çıxacaqdır".

AİB sədri həmçinin qeyd etdi ki, xaş yemək bəzi insanların sağlamlığı üçün məsləhətli deyil:

"Xaşı çox yemək olmaz. Xüsusən qan təzyiqi, şəkər xəstəliyi olan adamlara həftədə 1-2 dəfədən artıq yeməyi məsləhət görmürəm. Çox kalorili, insan üçün çox xeyirli bir yeməkdir və Azərbaycanın ənənəvi qış yeməklərindəndir. Bütün hallarda alıcılar dırnaqlar alan zaman qabaq dırnaqlara üstünlük verir. Bəzən köhnə dırnaqları satanlar doğramaqdan imtina edir, bu, artıq onun köhnə dırnaq olduğunun isbatıdır".

Eyyub Hüseynov qeyd etdi ki, əgər istehlakçılar bu cür problem yaşayarsa, onların 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələri tövsiyə olunur.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri