Icma.az
close
up
RU
“Yayılan sənədlər Azərbaycan mövqeyinin qəti olduğunu təsdiqləyir” DEPUTAT

“Yayılan sənədlər Azərbaycan mövqeyinin qəti olduğunu təsdiqləyir” DEPUTAT

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddətdir açıqlayacağını vəd etdiyi Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sənədləri ictimaiyyətə təqdim edib.

Paketdə ATƏT-in Minsk Qrupu və digər vasitəçilər tərəfindən müxtəlif illərdə hazırlanmış təklif və sənədlər yer alır.

Açıqlanan materiallar aşağıdakılardır:

ATƏT Minsk Qrupunun 2019-cu ildə formalaşdırdığı tövsiyələr Serj Sarkisyanın parlament çıxışları və Vladimir Putinə məktubu Krakov sənədləri ATƏT-in 2016-cı il təklif paketi Rusiyanın təqdim etdiyi nizamlanma paketi Kazan sənədləri Madrid prinsipləri “Mehri və Qarabağın mübadiləsi” variantı ATƏT-in əhatəli tövsiyələri ATƏT sədrinin Lissabon sammiti bəyanatı Budapeşt zirvə bəyanaməsi BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələri

Paşinyanın sözlərinə görə, sənədlərin dərc edilməsi illər boyunca aparılan danışıqların real çərçivələrini nümayiş etdirmək məqsədi daşıyır.

Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu məsələyə belə münasibət bildirib:

“Yayımlanan sənədlər ilk növbədə göstərir ki, 2016-cı ildən sonra Azərbaycanın qətiyyət nümayiş etdirərək hərbi gücünü ortaya qoyması nəticəsində yeni bir reallıq yarandı və beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu və həmsədr ölkələr aktiv hərəkətə keçməyə məcbur oldular. Həmin dövrdə ortaya çıxan maraqlı sənədlərdən biri digər sənədlərin də qurulduğu əsas çərçivəni formalaşdırdı. Bunlar “Kazan sənədləri”, yaxud adlandırıldığı kimi “Lavrov planı” idi.

Kazanda mahiyyət etibarilə heç nə dəyişməmişdi. Azərbaycan israrla bildirirdi ki, bütün işğal olunmuş ərazilər tam şəkildə azad edilməlidir. Lakin iki fərqli paket ortaya çıxmışdı: mərhələli həll paketi və ümumi həll paketi. Mərhələli variantda əvvəlcə Azərbaycanın beş rayonu qeyri-şərtsiz azad edilir, daha sonra isə digər iki rayonun qaytarılması və Laçın dəhlizinin statusu müzakirəyə çıxarılırdı.

Paşinyanın bu gün iddia etdiyi, Serj Sarkisyanın rədd etdiyi plan məhz həmin sənəddir. Sarkisyan həmin dövrdə təkid edirdi ki, 2016-cı il aprel döyüşlərində Azərbaycan nə əldə etmişdisə, hamısından geri çəkilməlidir. O, Lələtəpə yüksəkliyinin boşaldılmasını tələb edirdi”.

Hikmət Babaoğlu əlavə edib ki, Ermənistan tərəfinin məqsədi hərbi-psixoloji üstünlük yaratmaq, Azərbaycanı gələcəkdə yenidən hərbi yola əl atmaqdan çəkindirmək idi:

“Yəni, “zor tətbiqi ilə bir qarış torpaq belə geri qaytarmaq olmaz” düşüncəsini formalaşdırmağa çalışırdılar. Bunun arxasında da “Ermənistanın güclü tərəfdaşları var” və “ATƏT-in Minsk Qrupu prosesə nəzarət edir” kimi arqumentlər dayanırdı.

Əslində, danışıqlar mətninə baxdıqda Lələtəpənin Azərbaycan tərəfindən saxlanılması növbəti mərhələdə prosesin mahiyyətinə ciddi təsir etmirdi. Çünki paket həllin özündə də bütün ərazilərin azad edilməsi nəzərdə tutulurdu. Lakin Ermənistan bunu sırf psixoloji üstünlük üçün tələb edirdi.

Paşinyanın bu gün dediyi “Sarkisyan bu planı qəbul etmədi” fikrinin səbəbi də budur. Əgər o dövrdə beş rayon qeyri-şərtsiz azad edilsəydi, sonra digər məsələlər müzakirə edilə bilərdi. Lakin Azərbaycan mövqeyi qəti idi: Laçın və Kəlbəcərin azad edilməsi sonraya saxlanılsa da, Laçın dəhlizinin statusu ciddi mübahisə mövzusu idi. Burada 5, 15 və ya 40 kilometrlik dəhlizdən bəhs edilirdi ki, bu da faktiki olaraq Qarabağı Ermənistanla birləşdirən geniş əraziyə çevrilə bilərdi. Azərbaycan bunu qəti şəkildə rədd edirdi.

Bu proseslərin ardınca “Kazan prinsipləri” və “Lavrov planı” müxtəlif mərhələlərdə dəyişən siyasi kontekstdə yenidən gündəmə gətirilirdi. 2019-cu ildə Sarkisyan parlamentdə namizəd olanda açıqlanan bəyanatlar da eyni ənənəvi mövqedən çıxış edirdi”.

Deputat qeyd edib ki, yayılan sənədlər göstərir ki, 2018-ci ildə Sarkisyanın hakimiyyəti Paşinyana verməsinin əsas səbəblərindən biri Azərbaycanın güclənməsi və məsələnin hansı istiqamətdə həll olunacağına dair Sarkisyanın özü üçün qənaətin formalaşması idi:

“O, artıq anlayırdı ki, Qarabağı Azərbaycan hərbi yolla azad edəcək. Putinlə Sarkisyan arasında gedən məktublaşmalar da bunu təsdiq edir.

44 günlük müharibə zamanı Putin açıq şəkildə demişdi: “Azərbaycanın ərazisi böyükdür, əhalisi böyükdür, iqtisadiyyatı güclüdür. Sizin təmas xəttiniz 500 kilometrdən çoxdur. Bu ərazini saxlaya bilməyəcəksiniz”.

Görünür, bu fikirlər həmin illərdə göndərilən məktubların məzmununa uyğun olaraq səsləndirilmişdi. Ermənistanın nə iqtisadi, nə də hərbi gücü 500 kilometrlik təmas xəttini qorumağa imkan vermirdi.

Sarkisyan məktublarında məsələni daha çox tarixi baxımdan, Rusiya–Ermənistan münasibətləri kontekstində dəyərləndirir və “bu təkcə Ermənistanın yox, Rusiyanın da məğlubiyyəti olar” kimi fikirlərlə Moskvanı təsir altına almağa çalışırdı.

Paşinyanın indi bu sənədləri yaymasının məqsədi budur ki, Ermənistan ictimaiyyətinə göstərmək istəyir ki, Azərbaycan heç vaxt torpaqlarından imtina etməyə razı olmayıb və hətta Rusiya belə bunu Sarkisyana izah edib. Yəni, xain dediyi qüvvə Sarkisyan-Köçəryan komandası  on illərlə real olmayan şərtlərdə israr edərək prosesi çıxılmaz vəziyyətə salıblar. Paşinyan isə demək istəyir ki, 44 günlük müharibədə məğlubiyyətin səbəbi bu irsin, bu ordunun və bu yanaşmanın nəticəsi idi.

Bundan əlavə, yayılan sənədlər göstərir ki, heç vaxt Qarabağın ərazi mübadiləsi yolu ilə verilməsi müzakirə mövzusu olmayıb. Laçın dəhlizi üçün nə istəyirdilərsə, Azərbaycan da eyni statusu Naxçıvana keçid üçün istəyirdi. Bu, simmetrik müzakirə mövzusu idi, ərazi mübadiləsi yox”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri