Icma.az
close
up
RU
Yaz yorğunluğunu necə aradan qaldırmaq olar? AÇIQLAMA

Yaz yorğunluğunu necə aradan qaldırmaq olar? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

May ayında ölkə ərazisində havanın temperaturu tədricən artır. Son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçir. May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır.
Psixoloq Gövhər Məmmədova Demokrat.az-a bununla bağlı açıqlama verib.
O qeyd edib ki, hər fəsil dəyişikliyi zamanı orqanizmimiz və psixoloji durumumuz təbii olaraq həmin dəyişikliyə uyğunlaşmağa çalışır:
“Bu dövrlər arasında ən çox hiss olunan dəyişikliklər isə yaz fəslinə keçid zamanı baş verir. Bu hal çox zaman "yaz yorğunluğu" adlandırılır. Yaz fəslində bir çox insanlar özlərini halsız, yorğun və ruhdan düşmüş hiss edirlər. Bəzən bu durum müxtəlif ağrılarla da müşahidə olunur. Xüsusilə baş ağrıları, miqren, boyun nahiyəsində ağrılar və ümumi bədən narahatlığı kimi problemlər üzə çıxır. Bu fiziki simptomlar insanın ruh halına da təsir göstərərək psixoloji vəziyyətin pisləşməsinə səbəb olur. Yaz aylarında havanın isinməsi və atmosferdəki elektrik yükünün artması maddələr mübadiləsini sürətləndirir. Bu dövrdə damarların genişlənməsi də müşahidə olunur ki, bu da bəzən orqanizmdə ağrılar və halsızlıq yarada bilir. Eyni zamanda, günlərin uzanması yuxu ritminə təsir edir və bu da yuxusuzluq problemlərinə gətirib çıxara bilər”.
Psixoloq əlavə edib ki,  yaz yorğunluğundan qorunmaq və bu dövrü daha rahat keçirmək tövsiyələrə əməl etmək faydalıdır:
“Bu tövsiyələrə gecə 7-8 saat yatmaq aiddir.  Gün ərzində müəyyən müddət günəş altında olmaq serotonin səviyyəsini artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır. Açıq havada gəzinti və yüngül idman fəaliyyəti bədənin fəsilə uyğunlaşmasına kömək edir. Orqanizmin susuz qalmaması enerji səviyyəsinin sabit saxlanması üçün vacibdir. Bu sadə vərdişlər vasitəsilə yaz fəslinin gətirdiyi yorğunluq və halsızlığı azalda, iş qabiliyyətinizi və əhvalınızı yüksəldə bilərsiniz”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 May 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri