Yazar və naşirlərlə görüş
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Avqustun 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kitabxanada yazar və naşirlərlə görüş keçirilib. Məclisdə nazirliyin keçirdiyi kitab nəşri müsabiqəsinin nəticələri, oktyabrda keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi və kitabxana sahəsində aparılan islahatlar müzakirə olunub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyanın fəaliyyəti şəffaf şəkildə həyata keçirilir. Kitabxana fondlarında az olan uşaq ədəbiyyatı, eləcə də akademik və elmi-kütləvi nəşrlərin sayının artırılmasına üstünlük verilir.
Qeyd olunub ki, oktyabrın 21-dən 27-dək keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi uşaqlara ithaf olunacaq. Builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” çağırışı ilə təşkil ediləcək. Sərgidə iştirakla bağlı qeydiyyat sentyabr ayınadək davam edəcək.
Kitabxana sahəsində həyata keçirilən islahatlar barədə danışan Fərid Cəfərov qeyd edib ki, məqsəd kitabxanalarda xidmət səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, oxucuların kitaba əlçatanlığının təmin olunmasıdır.
Müzakirələrdə naşir və yazarlar kitab nəşri və kitabxana sahəsində aparılan yeniləşmənin önəmini vurğulayıblar, prosesə dəstəklərini ifadə ediblər.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 Avqust 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















