Icma.az
close
up
RU
Gənc yazarın “Debüt”ü

Gənc yazarın “Debüt”ü

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi, gənc yazıçı-jurnalist, tədqiqatçı, ictimai fəal Südabə Məmmədovanın “Debüt” adlı ilk kitabı işıq üzü görüb. Müəllifin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfə kimi hazırladığı məqalə, hekayə və dram əsərlərindən ibarət kitab Bakl Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə “Yazarlar” jurnalı tərəfindən hər il həyata keçirilən “25 yarpaq” layihəsi çərçivəsində nəşr olunub.

Kitabın redaktoru Zaur Ustac, rəyçi və ön sözün müəllifi Qərənfil Dünyaminqızı, məsləhətçi və tərtibatçısı Ayətxan Ziyad (isgəndərov), naşiri Tuncay Şəhrilidir.

A.Ziyad  müəllifi oxuculara belə təqdim edir: “Südabə Məmmədova. 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları "Yazarlar" jurnalı, "525-ci qəzet", "Bütöv Azərbaycan" qəzeti və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun "Yaşıl dünya naminə həmrəylik ili" adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub. “Debüt” tələbə-jurnalistin oxucuları ilə ilk görüşüdür”.

S.Məmmədova “Debüt”ün işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni müəllifə yalnız bir dəfə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif edilib. Kitab artıq ölkəmizin əsas kitabxanalarının kitab fondlarına daxil edilmiş və bu proses ilin sonuna qədər mərhələli şəkildə davam edəcək. Arzu edənlər kitabı “Kitabevim.Az” kitab mağazaları şəbəkələrindən əldə edə bilərlər. Bundan əlavə kitabı “Novella” kitab evindən simvolik bir qiymətə kirayə də götürüb oxumaq olar.

Gənc yazarı və bu işdə əməyi olan hər kəsi təbrik edirəm. 

Mina RƏŞİD
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Mart 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see395

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see271

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see262

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see262

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see258

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see256

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see255

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see253

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see252

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see240

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see234

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see232

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see231

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see230

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see230

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see229

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see229

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see228

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri