Icma.az
close
up
RU
Yazda niyə qrip oluruq? Həkimdən AÇIQLAMA

Yazda niyə qrip oluruq? Həkimdən AÇIQLAMA

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Mövsümi xəstəliklər, xüsusilə qrip, təkcə soyuq aylarda deyil, yazda da insanları narahat etməyə davam edir. Havaların istiləşməsi ilə birlikdə bir çox insan özünü halsız hiss edir, öskürək, burun axıntısı və digər oxşar simptomlarla qarşılaşır. Bəs yaz aylarında yayılan bu xəstəliklərin səbəbi nədir?

Terapevt-həkim Arzu Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, mövsümi qrip insanların yaşadığı coğrafi əraziyə görə fərqli dövrlərdə maksimum həddə çata bilər. Məsələn, Şimal yarımkürəsində qripin ən çox yayıldığı dövr oktyabr-mart ayları, Cənub yarımkürəsində isə aprel-sentyabr ayları arasına təsadüf edir.

Onun sözlərinə görə, insanların belə xəstəliklərə məhz bu dövrlərdə daha çox yoluxmasının bir neçə əsas səbəbi var:

“Birincisi, qış aylarında bizim hava ilə, yəni günəşlə təmasımız azalır, daha çox otaq şəraitində oluruq. Soyuq havaya görə bayırda az vaxt keçiririk, həm də günəş işığı az olduğuna görə orqanizmimizə lazımi qədər D vitamini daxil olmur. Qidalanma da burada mühüm rol oynayır. Yay aylarında daha çox meyvə, tərəvəz, vitaminlə zəngin qidalar qəbul edirik. Qışda isə baxmayaraq ki, meyvə yeyirik, lakin onların tərkibindəki vitaminlərin miqdarı azalır. Çünki meyvələrin daha çox vitaminləşməsi üçün onlar günəş şüaları altında yetişməlidir. Qış fəslində isə əsasən istixana şəraitində yetişdirilmiş məhsulları qəbul edirik. Bu da immun sisteminin zəifləməsinə səbəb olur”.

Terapevt belə qriplərin yayıldığı hava şəraitindən də danışıb:

“Bu cür qriplər adətən rütubətli aylarda, yəni qar və yağışın bir-birini əvəz etməsi nəticəsində havanın nisbi rütubətinin artdığı dövrlərdə daha çox yayılır. Atmosferdəki bu dəyişikliklər insan orqanizminə təsir edir və qrip viruslarının yayılma ehtimalını artırır. Bu viruslar nəmli mühiti daha çox sevir. Buna görə də immun sistemi zəif olan insanlar qripə daha tez yoluxur. Həmçinin yaz aylarında allergik xəstəliklərin artması müşahidə olunur. Bunun əsas səbəbi təbiətin oyanmasıdır. Havada uçuşan bitki tozcuqları, xüsusilə qovaq ağacının tozlanması, allergiyaya meyilli insanlarda bu xəstəliklərin simptomlarını daha da gücləndirir”.

A.Hüseynova qeyd edib ki, xüsusilə fevralın sonu - martın əvvəli, payızın ilk həftələri və qışın başlanğıcı mövsümi qripin daha geniş yayılması ilə seçilir. Buna görə də bu dövrlərdə orqanizmi gücləndirmək və immun sistemini qorumaq üçün tədbirlər görmək vacibdir.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Mart 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri