Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Tramp Harvarda 30 gün vaxt verdi

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

Yazıçı Anar: Mənə o qədər şər atırlar ki, saytları izləməyə həvəsim yoxdur

Yazıçı Anar: Mənə o qədər şər atırlar ki, saytları izləməyə həvəsim yoxdur

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əgər mən deputat olmasaydım, on il deputat olmuşam, deputat təqaüdü ala bilməsəydim, çox çətin dolanardım. Mənim haradandır gəlirim? Bir Yazıçılar Birliyində maaşdır, o da elə böyük məbləğ deyil. Ona görə mən yenə də şükür edirəm və rəhmət diləyirəm Heydər Əliyevə ki, onun vaxtında mən deputat oldum, onun təqaüdünü alıram və çörəyim ondan çıxır".

Bunu Xalq yazıçısı Anar Oxu.Az-a videomüsahibəsində deyib.

Yazıçı Anar: "Mənə o qədər şər atırlar ki, saytları izləməyə həvəsim yoxdur"

Videomüsahibədən bəzi hissələri təqdim edirik:

- Anar müəllim, müsahibələrinizin birində qeyd etmisiniz ki, "mən saytları oxumuram, orada yazılanlardan mənə məlumat verirlər". Bu, sizin kitab-qəzet oxumaq vərdişinizdən irəli gəlir, yoxsa hansısa başqa səbəb var?

- Hamısı var. Doğrudan da, mən ən çox kitabla böyümüş, kitabla yetişmiş bir insanam. Ona görə həyatımı kitabsız təsəvvür etmirəm və saytlar mənə kitabı əvəz etmir - bu, bir səbəbdir. İkincisi də saytlarda indi, lətifəsi sizə və sizin kanala gəlməsin, o qədər yalan, böhtan, şər atırlar ki adama, xüsusilə də mənə, - həvəsim yoxdur onları izləməyə. Bəzən gəlib deyirlər, deyirəm, heç nə deməyin, yenə də nələrisə deyirlər və yaxşı bir şey də demirlər... (gülümsəyir)

- Bəs gündəlik informasiya tələbatınızı necə ödəyirsiniz?

- Azərbaycan televiziyasının və xarici kanalların xəbərlərinə baxıram.

- Qəzetlərlə münasibətiniz necədir?

- Qəzetləri də alıram. Gündəlik əsas qəzetlər gəlir və onları oxuyuram.

- Sizinlə müsahibəyə gələndə mənə dedilər ki, Anar müəllim lakonik və quru danışır, heç vaxt ətraflı danışmağı sevmir. Gülməyi də sevmir. Dedim, bu sualı Anar müəllimə verəcəyəm ki, görək, doğrudan, Anar müəllim gülməyi sevmir, yoxsa bunun bir səbəbi var?

- Gülməyi də sevirəm, quru da danışmıram. Yaş da danışıram, quru da danışıram... O ki qaldı uzun danışmağı sevməmək məsələsinə, bu, doğrudur, uzun danışmağı sevmirəm. Çünki mənə elə gəlir ki, mətləbi qısa deməlisən, mətləbin cövhərini deməlisən. Uzun danışıb hamını yormaq istəmirəm.

- Azərbaycan Yazıçılar Birliyində bir sıra yazıçılara və birliyin işçilərinə ev verilməsi böyük rezonans yaratmışdı və siz "Yazıçılara niyə ev verilməlidir?" sualına cavab olaraq demişdiniz ki, bunun bir cavabı var: ona görə ki, yazıçının iş yeri onun evidir. Başqa adamlar başqa yerdə işləyirlər, amma yazıçı evində işləyir, əsərini evində yazır. Bəs böyük Anar əsərlərini ən çox harada yaradıb - evdə, yoxsa iş yerində?

- Təbii ki, evdə. Mən iş yerində, demək olar ki, bir sətir də yazmıram. İş yerində mən ancaq təqdimatlar yazıram, məktublara cavablar və s. Amma bədii əsərləri, publisistik əsərləri evdə yazıram. İşdə ona görə maaş almıram ki, öz əsərlərimi yazım. Mən öz əsərlərimi evdə, istirahət saatlarımda, axşam, ya şənbə-bazar günləri yazıram. Burada isə mən ancaq Yazıçılar Birliyinin işləri ilə məşğul oluram.

- Bu fikrinizdən belə qənaətə gəlmək olarmı ki, yazıçılıq xüsusi bir peşə, sənət deyil? Nə üçün bunu deyirəm? - Müasir yazarlar çox şikayət edirlər ki, biz yazırıq, kitablarımızı almırlar, pul qazana bilmirik. Onlar yazıçılıqla bərabər haradasa işləməlidirlər, yoxsa özlərini...

- Yox, işləməlidirlər. Bilirsinizmi, bizi bir az sovet hökuməti pis öyrədib. Çünki sovet quruluşunda bilirdin ki, yazıçılıqla dolanmaq olur. Bəzi yazıçılar çox yaxşı dolanırdılar, bəziləri nisbətən yaxşı dolanırdılar, amma hamı dolana bilirdi. Kapitalist ölkələrində isə çox nadir hallarda yazıçı yazıçılıqla dolana bilir. Məsələn, götürək mənim yaxşı bələd olduğum Türkiyəni. Türkiyədə yalnız bir neçə yazıçı, məsələn, Aziz Nesin, sonra Nobel mükafatı alan Orhan Pamuk, Yaşar Kemal və s. Yəni haradasa üç-dörd yazıçı yazıçılıqla dolana bilərdi. Qalanları haradasa işləyirlər. Məsələn, Dağlarca (Fazıl Hüsnü Dağlarca - red.) kimi böyük şairin dükanı vardı, kitab dükanı. Ataol Behramoğlu, şairdir, köşə yazarlığı edir qəzetdə və müəllim kimi dərs deyir. Birinin dükanı var, biri universitetdə dərs deyir, biri hansısa elmi müəssisədə işləyir. Yəni hər kəsin çörəyi peşəsi ilə bağlı işlədiyi yerdən çıxır, yazıçılıqdan çıxmır. Bizdə sovet vaxtında, doğrudan da, yazıçılıqla dolanmaq olardı, indi mümkün deyil. İndi tək-tük adamlar var ki, yazıçılıqla dolana bilərlər, amma bizim yazıçıların əksəriyyəti gərək bir yerdə işləsin ki, dolana bilsin.

- Məsələn, bizdən kimin adını çəkə bilərsiniz ki, yazıçılıqla dolana bilər?

- Birinci ağlıma gəlir elə bizim Çingiz. Çingiz Abdullayev. Əsərləri çox çıxır. Xaricdə də çıxır, burada da çıxır, böyük qonorarlar alır və dolana bilir.

- Anar müəllim, Yazıçılar Birliyinin qurultayında sədrliyə namizədliyinizi geri çəkməmə səbəbi kimi demişdiniz ki, "başladığım bəzi məsələlər var, onları bitirmək istəyirəm". O gündən bu günə hansı irəliləyişlər var?

- Mən orada Şabrandakı yazıçıların evi məsələsini demişdim, artıq təhvil verildi. Şüvəlanda yazıçıların Yaradıcılıq Evi məsələsini, o da bu il qurtarır, yəni 2025-ci ildə təhvil alacağıq.

- Yazıçı Anar necə düşünür, ədəbiyyatın yaşaması üçün bu gün nə lazımdır?

- Ədəbiyyatın yaşaması üçün birinci növbədə istedad lazımdır ki, ədəbiyyata təsadüfi adamlar yox, istedadlı adamlar gəlsinlər. İkincisi, əlbəttə, dövlət qayğısı lazımdır.

- Bu sual, əsasən, sosial mediada daha çox müzakirə olunur. İstəyirəm, şəxsən özünüz buna aydınlıq gətirəsiniz. Yenə də müsahibələrinizin birində demisiniz ki, bu günə qədər Yazıçılar Birliyinin hesabına nə bir kitab çap etdirmişəm, nə də hər hansısa bir səfərə getmişəm. Müzakirə olunur ki, Anar 37 ildir, Yazıçılar Birliyinin sədridir. Bu fikirlər nə dərəcədə doğru ola bilər?

- İndi olub də. Olan budur. Mən bu müddət ərzində birliyin hesabına heç bir kitab çap etdirməmişəm. Mənim yeganə bir kitabım var, "Lik Azerbaydjana", üç cilddə. Onu Mədəniyyət Nazirliyindən xahiş etmişdim ki, mənim yubileyimdə, 75 illiyimdə çap etsinlər, o kitabı çap etdilər. Bir də, yenə də yubileyimdə əsərlərimin beşcildliyini çap etdirdilər, Mədəniyyət Nazirliyinin xətti ilə. Yazıçılar Birliyinin xətti ilə heç bir kitabım çıxmayıb.

- Mədəniyyət Nazirliyindən söz düşmüşkən, son illər yazdığınız ssenarilər əsasında filmlər çəkilmir. Bildiyim qədərilə, sizin üç hazır ssenariniz var. Biri Dədə Qorqudla bağlı serial ssenarisi, - hansı ki bununla bağlı ölkə başçısı sərəncam vermişdi və beş ildir ki, siz onu Mədəniyyət Nazirliyinə təqdim etmisiniz. İkincisi Cəfər Cabbarlı haqqında yazdığınız "Azad bir quşdum", onu da üç il əvvəl təhvil vermisiniz. Sual etmirsiniz, niyə sifariş vermişdilər, niyə çəkmirlər?

- Neçə illərdir ki, mən kinostudiyaya getmirəm. 12 ildir, mənim kinostudiya ilə əlaqəm yoxdur. Yəni filmlərim çəkilmir. Halbuki, o vaxta qədər mənim 20-yə yaxın filmim çəkilib və onların çoxu da, demək olar, hər həftə hansısa kanalda göstərilir. Pis olsaydı, göstərməzdilər, yəqin.

- Mədəniyyət Nazirliyi ilə bağlı sualımın əsas hissəsi ondan ibarət idi ki, sadəcə, "pul yoxdur", vəssalam? Siz tanınmış yazıçısınız, imzanız... Yəqin, bu sualı verirsiniz ki...

- Görünür, tanınmışlıq vacib deyil də, ayrı amillər, yəqin, vacibdir. Hansı? Mən bilmirəm. O yolları mən bilmirəm. "Mədəniyyət Nazirliyindən, inciməsinlər məndən, deyirlər ki, yox, arxayın ol, çəkiləcək. Mən də deyirəm ki, mənim 87 yaşım var, haçan çəkiləcək? Mənim o qədər vaxtım yoxdur ki, gözləyim hələ bir beş il də. Çəkirsiniz, indi çəkin, həm də tək mənə görə yox, Cəfər Cabbarlıya görə. Bu il onun yubileyidir. Özü də mənim çəkdiyim maarifçi filmlərdir - Mirzə Fətəli, Cavid, C.Məmmədquluzadə, Üzeyir bəy haqqında. Deyirik, yeni nəslə ədəbiyyatı təbliğ etməliyik. Bəs nəyin vasitəsilə? Kitab oxumurlar, heç olmasa, ekranda görsünlər onların əsərlərini. C.Cabbarlı kimi bir yazıçı ilə heç olmasa, ekran vasitəsilə tanış olsunlar. Deyirlər, düz deyirsən, düz deyirsən. Arxayın ol, çəkiləcək. Soruşuram, haçan çəkiləcək? Deyirlər, hə, bax, onu bilmirik..."

Ardı var...

Əzizə İsmayılova

Video: Cavid Mehdiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see114

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri