Yazıçı Anarın qızı: Atamın çoxlu esseləri var ki, hələ tam oxumağa vaxtım olmayıb
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
"Mən atamın kitabları ilə tərbiyə almışam, onun bütün bədii əsərlərini, eləcə də jurnalistikasının əhəmiyyətli hissəsini oxumuşam. Deyə bilmərəm ki, atamın yaradıcılığını hərtərəfli bilirəm. Onun çoxlu esseləri var ki, hələ tam oxumağa vaxtım olmayıb. Bu, xüsusilə, onun publisistik əsərlərinə aiddir, çünki o, təkcə görkəmli yazıçı deyil, həm də istedadlı publisistdir".
Mia.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anarın qızı Günel Anarqızı Vesti-yə müsahibəsində deyib.
Onun dediyinə görə, uşaq vaxtı evlərinə həmişə görkəmli incəsənət adamları qonaq gəlib: "Evimiz həmişə qonaqlı-qaralı olurdu. Bizim məşhur və görkəmli musiqiçilərimiz, rəssamlarımız, yazıçılarımız, şairlərimiz, heykəltəraşlarımız – bütöv bir nəslin dünyagörüşünü formalaşdıran insanlar olub. Amma uşaqlıqda mən onları, sadəcə, valideynlərimin dostları kimi qəbul edirdim. İndi başa düşürəm ki, onlar Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında əsas rol oynamış şəxsiyyətlər olub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Mart 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















