Yazın gəlişi ilə Naftalanda növbəti ağacəkmə aksiyası keçirilib
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mövsümlə əlaqədar Naftalan şəhərinin müxtəlif ərazilərində, park və prospektlərdə ağac əkilməsi və yaşıllaşdırma işləri davam etdirilib.
Yaşıllıq sahələrinin artırılması məqsədilə ŞİH-nin başçısı Vüqar Novruzov, ŞPŞ-nin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər Təşkilatının sədri Rövlan Heydərov, icra hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə çərşənbə axşamı ağacəkmə aksiyası keçirilib.
Aksiyada müxtəlif növ ağaclar – oleandr, kiparis, eldar şamı, dekorativ gül kolları əkilib. Yaşıllıqlara üzvi gübrə verilərək suvarılıb, aqrotexniki qulluq edilib.
Şəhər üzrə keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir.

