Icma.az
close
up
RU
“Yeddi oğul istərəm”in Cəlalı haqqında bilmədiklərimiz

“Yeddi oğul istərəm”in Cəlalı haqqında bilmədiklərimiz

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az dünən vəfat edən Xalq artisti Ənvər Həsənovla bağlı materialı təqdim edir.

Ənvər Həsənov nə vaxt və harada anadan olub?

Həsənov Ənvər Cəfər oğlu 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə gənclər məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması olur. 1969-cu ildə o, kinoaktyor kursunu bitirib ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alır.

***

Ənvər Həsənovun kino ilə ilk tanışlığı


Universitetdə oxuya-oxuya o, həm də çəkiliş meydançalarına praktikaya gedir. Əlisattar Atakişiyev "İstintaq davam edir" filmini çəkərkən Ənvəri epizodik rollardan birinə dəvət edir. Daha sonra Şamil Mahmudbəyovun "Torpaq, dəniz, od, səma" adlı filmində əsgər roluna dəvət olunur. Bir müddət sonra o, "İstintaq davam edir" filmində Arif Babayevin rejissor asistenti vəzifəsində çalışmağa başlayır. Günlərin birində Arif müəllim Ənvərdəki çılğınlığı hiss edib ona deyir, hazırlaş, səni "Uşaqlığın son gecəsi" filmində çəkəcəyəm.

"Uşaqlığın son gecəsi" və...

1968-ci ildə Ənvər Həsənov “Uşaqlığın son gecəsi” filmində Murad obrazını canlandırır. Aktyor bu film haqqında deyir:

“Demək olar ki, Murad 80 faiz mənəm. Çəkiliş prosesində də öz xasiyyətimi Muradın üzərinə köçürmüşdüm. Buna görə də bu rolu oynamaq üçün xüsusi bir əziyyət və zəhmət çəkmədim. Daha çox keçmədi kinostudiyadan zəng edib dedilər ki, Tofiq Tağızadə səni axtarır. “Yeddi oğul istərəm” filmində bütün rolları təsdiq etmişdilər, təkcə Cəlal qalmışdı. Cəlal roluna Tariyel Qasımovu, Elxan Qasımovu sınaqdan keçirmişdilər. Elə oldu ki, bu rola məni təsdiqlədilər. Filmdə çox gözəl yaradıcı kollektiv var idi. Bu mənim üçün çox böyük xoşbəxtlik idi”.

***

O kişinin sayəsində Ənvər Həsənov olmuşam

Aktyor özünü Adil İsgəndərovun tələbəsi və yetirməsi hesab edir. Həqiqətən, onun kinoda yer tapa bilməsində Adil müəllimin böyük rolu olub. Bu barədə o, müsahibələrinin birində deyir:

“Xoşbəxtəm, ona görə ki, böyük rejissorumuz Adil İsgəndərovla 3 filmdə tərəf müqabili olmuşam. Məndən başqa heç bir tələbəsinə bu qismət olmadı. Mən Adil İsgəndərovun sayəsində Ənvər Həsənov oldum, aktyor və rejissor kimi püxtələşdim. Adil müəllim çox qəliz adam idi. Amma biz onunla rastlaşanda görüşüb-öpüşərdik. Bütün fəaliyyətimi izləyirdi, məni gözündən buraxmırdı. Bu gün kinostudiyada özümü onun davamçısı hesab edirəm. Otağımda Adil müəllimin böyük portreti var. Bu barədə soruşanda deyirəm ki, o kişinin sayəsində Ənvər Həsənov olmuşam”.

Ənvər Həsənov kiminlə ailə həyatı qurur?

***

Xalq artisti 1977-ci ildə “Dərviş Parisi partladır” filminə çəkilir. Burada o, aktrisa Mömünat Qurbanova ilə tanış olur. Mömünat xanım isə onu ilk dəfə “Yedd oğul istərəm” filmində görür. Filmdə Cəlal obrazını canlandıran Ənvərə aşiq olur. Onun şəklini otağının divarından asır, haqqında mətbuatda yazılan məqalələri, fotoşəkilləri bir qovluğa yığıb saxlayır. “Dərviş Parisi partladır” filmində Şahbaz bəy roluna Ənvər Həsənovun çəkiləcəyini eşidəndə, o da sınaq çəkilişlərinə qatılıb Şərəfnisə obrazına təsdiq olunur.

Onların münasibətləri elə bu filmlə də başlayır. Filmin çəkilişləri başa çatan kimi cütlük nişanlanır. Mömünat 1978-ci ildə institutu bitirib Ənvərlə ailə qurur, azad təyinat alır. Onların Aytən adlı qızları dünyaya gəlir. İkinci uşağın doğulması Mömünatın həyatı üçün təhlükəli olduğundan Ənvər Həsənov buna razı olmur.

Kiminsə Şərəfnisəsi, nə bilim, Nigarı olmasını qəbul edə bilmirdim

***

Həyat yoldaşı Ənvər Həsənov onun aktrisa kimi fəaliyyət göstərməsinə etiraz edir. O, xatirələrində deyir:

“İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Mömünatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü, bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim, Nigarı olmasını qəbul edə bilmirdim”.

Artıq aktrisa olmayacağı ilə barışan Mömünat daha bir filmə dəvət alır. Şeyx Əbdül Mahmudbəyov aktrisanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər roluna dəvət edir. Həsən Turabov və Şeyx Əbdül aktrisanın həyat yoldaşına deyirlər ki, əgər o, razı olmasa Mömünatı qaçırıb ondan gizlin filmə çəkəcəklər. Aktyor əvvəl etiraz edir, azyaşlı uşaqlarının olduğunu deyir. Ancaq ona deyirlər ki, lazım gəlsə, uşağa da baxa bilərlər, təki, Mömünat həmin filmə çəkilsin. Razılaşmaqdan başqa çarəsi qalmayan aktyor da həmin filmdə Sirac roluna çəkilir. Həsənağa Turabovun Həcərlə olan əksər mehribançılıq səhnələrində isə qrimlənərək özü çəkilir.

Mən səndən tez öləcəyəm

***

Filmin çəkilişi zamanı aktrisa həvəslənib ata minir. At isə onu götürüb gedir. Bütün çəkiliş heyəti qorxu keçirir. Ənvər Həsənov bundan sonra Həcərin at çapmaq səhnələrini də Mömünatın təhlükəsizliyi üçün özü ifa edir.

Ənvər Həsənov və ailəsi 2008-ci il dekabrın 8-də Mömünat xanımın 50 yaşını qeyd etmək üçün Nabrana yola düşürlər. Geri qayıdarkən qəzaya düşürlər. Nəticədə, Mömunat Qurbanova dünyasını dəyişir. Ancaq bu qəzaya qədər bir dəfə aktrisa Ənvər bəyə deyir ki, mən səndən tez öləcəyəm. Mənim ilimi verən kimi ailə həyatı qurarsan. Ənvər Həsənov həmin günləri müsahibələrinin birində belə xatırlayır:

“Həqiqətən də, 1 ay sonra bu hadisə başımıza gəldi. Hadisədən bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Möminat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Mömünat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər, yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Möminat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, elə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi. Mən sağlığında da ona demişdim ki, həyatımda səndən başqası olmayacaq. İkinci dəfə ailə qurmadım. O vaxt ailə həyatı quranda barmağıma taxılan nişan üzüyünü heç vaxt barmağımdan çıxarmamışam”.

Ənvər Həsənov məşhur “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad rollarına çəkilib və obrazlarla xalqın sevimlisinə çevrilib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti adına layiq görülən Ənvər Həsənov 17 mart 2025-ci ildə uzun sürən xəstəlikdən vəfat edib.

Sabir Rüstəmxanlı: "Mirşahinə dil uzadanlar..." Maariflənmə nədir? - İmmanuel Kantın məşhur məqaləsi Kölgəsi yoxa çıxan adamın faciəsi - Xoşbəxtliyin reseptini bilən yazıçı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:362
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Mart 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri