Icma.az
close
up
RU
“Yeddi oğul istərəm”

“Yeddi oğul istərəm”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Düz 55 il əvvəl ekranlara çıxmış məşhur filmin əsas qəhrəmanları çəkilib bu fotoda. Yazıçı-ssenarist Yusif Səmədoğlunun atası - Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında yazdığı “Yeddi oğul istərəm” filminin 7 məşhur obrazı çay süfrəsi arxasında dincələrkən tarixin yaddaşına köçürülüblər.

Yəqin ki, tanıdınız. Soldan-sağa: Elçin Məmmədov (Mirpaşa), Rafiq Əzimov (Şahsuvar), Həsən Məmmədov (Bəxtiyar), Ələsgər İbrahimov (Zalımoğlu), Şahmar Ələkbərov (Qəzənfər), Ənvər Həsənov (Cəlal) və Əbdül Mahmudov (Qasım) əyləşiblər.

Sovet quruculuğu dövründə vətəndaş qarşıdurmasına həsr olunsa da, Tofiq Tağızadənin rejissorluğu ilə ərsəyə gələn “Yeddi oğul istərəm” bir tarixdir və əslində, ötən əsrin 20-ci illərində komsomolun mübarizəsini deyil, xalqın o zamankı taleyini əks etdirir. Özü də Azərbaycan kinosunun incilərindən biridir. Gözəl aktyor ansamblı, maraqlı ssenari, yüksək ifaçılıq, rejissor və operator işi ilə seçilir. Vaxtilə Ümumittifaq Lenin komsomolu mükafatına layiq görülüb.

Bu foto film ekranlara çıxmazdan 1 il öncə çəkilib. Nə barədə danışıb-güldüklərini təxmin etmək çətindir. Bəlkə də çəkilişlərdə başlarına gələnləri xatırlayıb gülürlər. Axı, çətinliklərlə üzləşdikləri az olmayıb. Məsələn, Həsən Məmmədovun qıçı, Əbdül Mahmudovun isə qabırğaları sınıb, atın dişi Rafiq Əzimovun başını yaralayıb, amma buna baxmayaraq, onlar rollarına davam ediblər. İsmayıl Osmanlı (Kələntər dayı) da xətərsiz ötüşməyib. Ssenaridə Ənvər Həsənov ona şillə vurmalıydı. Gənc aktyor utandığından bunu edə bilmirmiş. Sonda İsmayıl Osmanlı təkid edib ki, bərk vursun, Ənvər Həsənovun şilləsi necə alınıbsa, aktyorun bir dişi düşüb...

Bəlkə də at məsələsi yada düşüb. Filmdə gündəlik çəkilişlərə görə aktyorlara 25, hər at üçün isə sahibinə 50 manat qonorar verilirmiş. Bunu eşidən kütləvi səhnə ifaçısı Eldəniz Zeynalov rejissora yanaşaraq deyib: “Qədeş, xahiş edirəm, məni kinoda at ştatına yaz. Onlara verilən pul mənə veriləndən çoxdur”...

Filmin bu gün həyatda olan bir neçə ifaçısı var – Xalq artistləri Əbdül Mahmudov (hazırkı Şeyx Əbdül), Rafiq Əzimov, bu şəkildə olmayan Əməkdar artist Fərhad İsrafilov (Qəqəni). Bir də Humay rolunun ifaçısı, kinodan erkən getmiş Zemfira İsmayılovanın hazırda İsraildə yaşadığı söylənir. 2 ay əvvəl “Mədəniyyət” kanalında gedən “Yaşananlar” verilişində Rafiq Əzimovun dediklərini xatırlayırıq: “Yeddi oğul istərəm” dünyanı fəth eləyib, hətta Amerikada etiraf olunub. “Filmin bəstəkarı, rəhmətlik Xəyyam Mirzəzadə deyirdi ki, ABŞ-da Brodveyi gəzərkən böyük bir reklam şitində “Yeddi oğul istərəm”in qəhrəmanlarının atların belində çapdıqlarını görüb. Təəccüb edib ki, Amerika hara, “Yeddi oğul istərəm” hara? Və ixtiyarsız olaraq gözlərindən yaş axıb”.

Filmdə bir şeir səhnəsi var: Bəxtiyargil lampa işığında “Sirrini verməyir sirdaşa dünya” – deyirlər. Həqiqətən də, elədir. Biz isə filmin yaradıcılarına sevgilərlə bu fotonun bəzi “sirr”lərinə işıq tutmaq istədik.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri