Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Yeddi psixopatın hekayəsi Kinoseans

Yeddi psixopatın hekayəsi Kinoseans

Icma.az, 525.az saytına istinadən bildirir.

Bəzi filmlər tamaşaçını güldürmək üçün komik vəziyyətlər yaradır, bəziləri isə gülüşün arxasında gizlənən narahatlığı üzə çıxarır. Martin Makdonahın 2012-ci ildə çəkdiyi "Yeddi Psixopat" (Seven Psychopaths) məhz belə filmlərdəndir. Böyük Britaniya və ABŞ-ın birgə istehsalı olan bu ekran əsəri qara komediya, kriminal və dram elementlərini bir araya gətirir. Filmin ssenari müəllifi və rejissoru irland əsilli britaniyalı dramaturq Martin Makdonahdır. 110 dəqiqəlik film onun ikinci tammetrajlı ekran işi idi və "Brüggedə" ("In Bruges") filmindən sonra Kolin Farrell ilə əməkdaşlığını davam etdirirdi.

Makdonah kino dünyasına gəlməzdən əvvəl dramaturq kimi tanınmışdı. Onun teatr əsərlərində də qara yumor, qəddarlıq, absurd vəziyyətlər və insan xarakterindəki ziddiyyətlər mühüm yer tuturdu. "Yeddi Psixopat"da həmin xüsusiyyətlər kino dilinə köçürülür. Lakin rejissor bununla kifayətlənmir: filmdə kino çəkmək, ssenari yazmaq və yaradıcı insanın öz materialını axtarması da əsas mövzulardan birinə çevrilir. Britaniya Kino İnstitutu Makdonahın bu filmdə müxtəlif reallıq qatlarını bir-birinə bağladığını xüsusi vurğulayır.

Filmin baş qəhrəmanı Marti adlı ssenaristdir. Kolin Farrellin canlandırdığı Marti "Yeddi Psixopat" adlı ssenarini yazmağa çalışır, amma ciddi yaradıcılıq böhranı yaşayır. O, filmin necə başlamalı və necə davam etməli olduğunu bilir, lakin əsas məsələni - hekayənin özünü - tapa bilmir. Onun dostu Billi isə Martiyə kömək etmək qərarına gəlir. Sem Rokvellin canlandırdığı Billi həm işsiz aktyordur, həm də qeyri-adi üsulla pul qazanan it oğrusudur. O və ortağı Hans itləri oğurlayıb sonra sahiblərinə qaytarmaqla mükafat alırlar. Lakin bu dəfə oğurladıqları Bonni adlı şi-tsu iti Los-Ancelesin qəddar qanqsteri Çarli Kostelloya məxsusdur.

Vudi Harrelsonun canlandırdığı Çarli sıradan cinayətkar deyil. O, qəddar və gözlənilməzdir, insan öldürməkdən çəkinmir, amma itinə olan sevgisi onun obrazına qəribə bir ziddiyyət gətirir. İnsanlara qarşı amansız olan bu adam Bonniyə sanki ailə üzvü kimi yanaşır. Elə filmin ironiyası da buradan başlayır: tamaşaçı kimin "normal", kimin "psixopat" olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.

Hadisələr inkişaf etdikcə Martinin həyatı onun yazdığı ssenariyə çevrilməyə başlayır. O, psixopatlar haqqında hekayələr axtarır, lakin həmin insanların bir hissəsi real həyatda qarşısına çıxır. Beləcə, film "film içində film" quruluşuna keçir. Martinin yazdığı ssenari, onun yaşadığı hadisələr və digər personajların danışdığı hekayələr bir-birinə qarışır. Tamaşaçı da bu oyunun iştirakçısına çevrilir: ekranda gördüklərinin hansı hissəsinin gerçək, hansının yazıçının təxəyyülü olduğunu ayırmaq getdikcə çətinləşir.

Filmin digər mühüm obrazı Kristofer Uokenin canlandırdığı Hansdır. Hans Billi ilə cinayət ortağı olsa da, xarakter etibarilə ondan tamamilə fərqlənir. Dindar və nisbətən sakit insan olan Hansın xəstə həyat yoldaşı Mayraya bağlılığı onun daxili dünyasını açır. Mayranın ölümü isə filmin ən ağır məqamlarından birinə çevrilir. Hansın sonrakı davranışları ölüm, axirət və insanın inamı barədə suallar doğurur. Onun gördüyü "boz yer" isə filmin qara yumorla fəlsəfi düşüncəni birləşdirən ən yaddaqalan epizodlarındandır.

Filmdə Tom Ueytsin canlandırdığı Zahariya Riqbi də xüsusi yer tutur. O, Martiyə keçmişindən danışan sirli bir personajdır. Onun hekayəsi filmin "yeddi psixopat" anlayışına daha bir qat əlavə edir. Əslində Makdonah burada psixopat sözünü yalnız tibbi və ya kriminal mənada işlətmir. Onun personajları cəmiyyətin qəbul etdiyi "normal insan" anlayışının sərhədlərini pozan, travmaları, obsesiyaları, sevgiləri və özünəməxsus əxlaq anlayışları olan insanlardır.

Filmin qara yumoru da məhz bu ziddiyyətlərdən doğur. Qəfil qətllər, silahlı qarşıdurmalar və ölüm səhnələri absurd dialoqlarla müşayiət olunur. Tamaşaçı bir an əvvəl güldüyü səhnənin ardınca faciə ilə qarşılaşa bilər. Ancaq Makdonah zorakılığı qəhrəmanlıq kimi təqdim etmir. Əksinə, onun mənasızlığını göstərir. Film boyu intiqamın yeni intiqam doğurduğu, zorakılığın isə heç kimi həqiqətən qalib etmədiyi görünür.

"Yeddi Psixopat"ın aktyor ansamblı da filmin uğurunda mühüm rol oynayıb. Kolin Farrell, Sem Rokvell, Kristofer Uoken və Vudi Harrelsonla yanaşı, Tom Ueyts, Ebbi Korniş və Olqa Kurilenko da filmin yaddaqalan obrazlarını yaradıblar. Film Boston Kino Tənqidçiləri Cəmiyyətinin "Ən yaxşı aktyor ansamblı" mükafatını qazanıb, BAFTA-da "Ən yaxşı Britaniya filmi" nominasiyasına irəli sürülüb. Toronto Beynəlxalq Film Festivalında isə "Midnight Madness" proqramının Tamaşaçı Mükafatını əldə edib.

Filmin büdcəsi təxminən 15 milyon dollar olub və dünya üzrə 29,3 milyon dollardan çox gəlir əldə edib. Lakin "Yeddi Psixopat"ın dəyərini yalnız kommersiya göstəriciləri ilə ölçmək çətindir. Bu film, ilk növbədə, Hollivud kriminal filmlərinin qaydaları ilə oynayan, həmin qaydaları həm təkrarlayan, həm də istehza obyektinə çevirən müəllif işidir.

Finalda Marti nəhayət ssenarisini tamamlayır. Lakin onun yazdığı hekayə artıq filmin əvvəlindəki yazıçının xəyal etdiyi sadə kriminal ssenari deyil. Yaşadığı hadisələr onu dəyişib. Buna görə də "Yeddi Psixopat"ın əsl mövzusu yalnız psixopatlar, qanqsterlər və qətllər deyil. Bu, insanın öz hekayəsini yaratmaq cəhdi, yaratdığı hekayənin isə bir gün onun öz həyatını dəyişməsi haqqındadır.

Makdonahın filmi həm güldürür, həm narahat edir, həm də düşündürür. Bəlkə də onun ən böyük uğuru budur: "Yeddi Psixopat"a baxarkən tamaşaçı bir müddət sonra ekrandakı qəhrəmanlara yox, özünə baxmağa başlayır - insanı "normal" edən nədir və dəli dünya içində əsl psixopat kimdir?

"525"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Avqust 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see288

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see281

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see270

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see263

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see263

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see261

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see260

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see255

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see251

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see248

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see234

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see232

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see229

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see224

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see222

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see222

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see219

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see214

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see212

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri