Icma.az
close
up
RU
Yediyimiz balığın yarıdan çoxu akvakulturalarda yetişdirilir

Yediyimiz balığın yarıdan çoxu akvakulturalarda yetişdirilir

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul edilmişdir. "Son 27 ildə iqlim dəyişiklikləri, Xəzər dənizində baş verən ekoloji proseslər, rəqəmsal idarəetmə texnologiyalarının inkişafı, qlobal ərzaq təhlükəsizliyi məsələləri və akvakulturanın sürətli inkişafı sahənin hüquqi bazasının yenilənməsini zəruri edir", - o vurğulayıb.

S.Qurbanov əlavə edib ki, bu gün dünyada istehlak olunan balıq məhsullarının yarıdan çoxu akvakultura hesabına istehsal edilir: "Azərbaycanda isə 2024-cü ildə ümumi balıq istehsalı 67 min tondan çox olsa da, bunun cəmi 347 tonu akvakulturanın payına düşür. Bu göstərici mövcud potensialımızdan hələ də tam istifadə olunmadığını göstərir.

Ölkədə 100-ə yaxın orta və iri balıqyetişdirmə təsərrüfatı fəaliyyət göstərsə də, yeni qanun investisiyaların cəlb edilməsinə, istehsalın genişlənməsinə və bu potensialın iqtisadi dövriyyəyə daxil edilməsinə daha geniş hüquqi imkanlar yaradacaqdır.

Qanun layihəsinin əhəmiyyətini üç əsas istiqamətdə qiymətləndirmək olar.

Birincisi, ərzaq təhlükəsizliyidir. Balıq yüksək qida dəyərinə malik strateji məhsuldur. Yerli istehsalın artırılması daxili bazarın təminatını gücləndirəcək, idxaldan asılılığı azaldacaq və ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcəkdir.

İkincisi, iqtisadi inkişafdır. Layihə balıqçılıq və akvakultura sahəsində sahibkarlığın genişlənməsini, emal sənayesinin, logistikanın və regionlarda məşğulluğun artmasını təşviq edir. Dövlət dəstəyi mexanizmləri, güzəştli maliyyələşmə imkanları və balıq ehtiyatlarının artırılması və mühafizəsi fondunun yaradılması sahənin investisiya cəlbediciliyini daha da yüksəldəcəkdir.

Üçüncü istiqamət ekoloji təhlükəsizlikdir. Layihə iqtisadi maraqlarla ekoloji məsuliyyət arasında balans yaradır. Nərə cinsli balıqların və digər qiymətli növlərin mühafizəsi, kürütökmə sahələrinin qorunması, invaziv növlərin yayılmasının qarşısının alınması, su hövzələrinin monitorinqi və meliorasiyası ilə bağlı müasir hüquqi mexanizmlər müəyyən edilir.

Qanunda dövlət siyasətinin əsas prinsipləri sırasında dayanıqlı istehsal, elmi əsaslarla kvotaların müəyyən edilməsi, rəqəmsal idarəetmə, biomüxtəlifliyin qorunması və akvakulturanın inkişafı xüsusi yer tutur. Bu yanaşma balıq ehtiyatlarının idarə olunmasında şəffaflığı və səmərəliliyi əhəmiyyətli dərəcədə artıracaqdır.

Diqqəti cəlb edən məqamlardan biri də statistik göstəricilərdir. Son 15 ildə göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfat subyektlərinin sayı 93-dən 133-ə yüksələrək 43 faiz artsa da, həmin dövrdə istehsal 423 tondan 347 tona düşmüşdür. Bu fakt göstərir ki, sahənin inkişafı üçün təkcə təsərrüfatların sayının artması kifayət etmir, müasir texnologiyalar, elmi idarəetmə və yeni istehsal modelləri tətbiq olunmalıdır".

Komitə sədri hesab edir ki, gələcək mərhələdə akvakulturanın inkişafında əsas istiqamətlərdən biri də Xəzər dənizinin Azərbaycan sektorunun imkanlarından daha səmərəli istifadə olunması ola bilər. "Bu yanaşma kənd təsərrüfatı təyinatlı torpaq ehtiyatlarına əlavə yük yaratmadan istehsalın genişləndirilməsinə şərait yaradar.

Nəticə etibarilə, qanun layihəsi balıqçılıq sahəsində müasir, elmi əsaslara söykənən, rəqəmsal və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan yeni idarəetmə modelini formalaşdırır",- o qeyd edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyul 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri