Icma.az
close
up
RU
“Yeganə narahatlığım arxayınlıqla bağlıdı” “Zaqatala” premyer liqadan əlini üzməyib

“Yeganə narahatlığım arxayınlıqla bağlıdı” “Zaqatala” premyer liqadan əlini üzməyib

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında çıxış edən iddialı komandalardan biri də “Zaqatala”dı. Hətta fevralın 28-də keçirilən matça qədər bölgə təmsilçisinin premyer-liqaya yüksəlmək şansı yetərincə yüksək idi. Lakin komanda həmin oyunda “İmişli”yə, növbəti turda “Karvan”a uduzmaqla 6-cı pilləyə endi. İndi kollektiv üçüncü sırada qərarlaşan “İmişli”dən 8 xal geridədi.

Bəs, “Zaqatala”nın ilk “üçlük” uğrunda yarışdan qopduğunu düşünmək olarmı? Yoxsa hələ də bu yöndə şanslar davam edir?
“Football-plus.az”ın suallarını komandanın baş məşqçisi Rüstəm Məmmədov cavabladı:

“Bəli, “İmişli”yə və “Karvan”a uduzmaqla şanslarımızı bir qədər azaltdıq. Lakin təslim olmamışıq. Sözsüz, sona qədər mübarizə aparacağıq. İnamımız var. Çempionatın sonuna 2-3 tur qalmayıb ki... Qarşıda bizi 10 oyun gözləyir. Komandama güvənirəm. Çempionatda istənilən rəqibə başağrısı ola biləcək gücdəyik. “İmişli”yə qarşı 10 nəfərlə mübarizə aparsaq da, asanlıqla uduzmadıq. İş orasındadı ki, maliyyə durumumuz ilk “üçlük”də qərarlaşan rəqiblərlə müqayisədə çox aşağıdı. Məşqlərdə 12-13 futbolçu iştirak edir. Üstünlüyümüz hər oyunçunun bütün görüşlərdə var gücüylə çalışması, tapşırıqları maksimum dərəcədə yerinə yetirməsindədi. Belədə heyətin kasad olduğu gözə görünmür. Oyun üslubumuz, performansımız imkan verir ki, ümidli olaq. İndiyə qədər hansısa oyunda əlimizə yanımıza salıb gəzməmişik. Yeganə narahatlığım arxayınlıqla bağlıdı. Xatırlayıram ki, mövsümün ilk 5 matçında uduzmadığımız halda, ardından aşağı pillələrdə qərarlaşan “Difai”dən üç qol buraxıb uduzmuşduq (1:3 – red). Həmçinin bizdən öndə olan “Baku Sportinq” və MOİK-in çox geniş və güclü heyəti var. Hətta “hərbçilər” iki heyətə malikdi. İş orasındadı ki, bu komandalar sabit nəticələr qazanmaqda çətinlik çəkir. Nəticədə xal itirirlər. Biz isə bu yöndə daha qənaətbəxş durumdayıq. Bundan sonra oyunlara psixoloji baxımdan yanaşma tərzi daha önəmli olacaq. Məsələn, sabah “Qəbələ” ilə qarşılaşacağıq. Həmin matçda qalib gəlsək və ya heç-heçə etsək, komandam arxayınlaşmamalıdı. Yalnız hər rəqibə eyni cür yanaşsaq, güclü və zəif komanda prinsipini kənara qoysaq, şanslarımızı artıra bilərik”.


Xatırladaq ki, “Zaqatala” – “Qəbələ” oyunu saat 15.00-da başlayacaq.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Mart 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri