Icma.az
close
up
RU
Yəhudi açarı, Amerika qapısı: İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? (TƏHLİL)

Yəhudi açarı, Amerika qapısı: İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? (TƏHLİL)

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yadınızdadırsa, Donald Tramp Milad təbrikində Kanadanın Baş naziri Castin Trüdonu qubernator adlandırdı və bəyan etdi ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq.

Cənab Trampın Panama kanalı və Qrenlandiyaya müştəri gözü ilə baxması da köhnə xəbərdir.

Əslində isə ABŞ-ın 51-ci ştatı İsraildir. Heç də təsadüfi deyil ki, bu məsələ dəfələrlə İsrail mediasında müzakirə olunub. Yəhudilərin çoxu İsraili Amerikanın bir parçası hesab edir. Bu ölkənin 10 milyon əhalisi var. Onlardan 73,6 faizi yəhudi, 21,1 faizi isə ərəbdır. Yerdə qalan 5,3 faizi isə digər xalqlar, o cümlədən ermənilər də daxildir. İsrailin dövlət dili ivrit dilidir. Ancaq ərəb dilinin İsraildə rəsmi olaraq xüsusi statusu var.

İsrail dünyada yeganə ölkədir ki, orada yəhudilər etnik azlıq deyil. Ən maraqlısı isə odur ki, İsraildə yaşayan əhalinin az qala 10 faizi – 700 min insan – həm də Amerika vətəndaşıdır. Amerikada isə əhalinin 2,4 faizi, yəni 7,5 milyon nəfəri özünü yəhudi hesab edir. Dünyada yaşayan yəhudilərin 46 faizi ABŞ-ın payına düşür.

2,4 faiz kiməsə çox kiçik gələ bilər. Amerikanı məhz elə bu 2,4 faizi yəhudi idarə edir. Özü də bu idarəçilik demək olar ki, bütün sahələrin üst qurumunda özünün bütün çılpaqlığı ilə göstərir. Bu ilin yanvarında “The Jerusalem Post” qəzetində “Do the Jews control the US government?” (Yəhudilər ABŞ hökumətinə nəzarət edirmi?) adlı məqalə gedib. Məqalədə deyilir ki, Endryu Anqlin (ABŞ-da rəsmən faşizmi təbliğ edir – E.H.) deyir: “WhiteHouse.gov saytında sadalanan 26 kabinet üzvündən 9-u yəhudidir. Bu, kabinetin 35%-ni təşkil edir. Yəhudilər ABŞ əhalisinin cəmi 2%-nə sahibdir, ancaq hökumətdə öz saylarından 17 dəfə çox təmsil olunurlar.”

“Əl-Cəzirə”yə görə isə: “ABŞ-dakı İsrail lobbisi hökumətin bütün aspektlərinə sızmağı bacarıb, ona görə də yəhudilər birbaşa ABŞ siyasətini formalaşdırırlar.” ABŞ Ali Məhkəməsindəki hakimlərin isə 45 faizi yəhudidir. ABŞ-ın İsrailə hər il 3,3 milyard dollarlıq yardım etməsi də köhnə söhbətdir. Amerikanın antisemit din xadimi, məşhur Louis Farrakhan isə fikrini daha konkret ifadə edib. O deyir ki, Amerikanın qapısının açarı yəhudilərin əlindədir. İstədiklərini içəri buraxırlar, istəmədiklərini isə qapıdan qovurlar.

Bəzi dostlarımız soruşur ki, Azərbaycan nədən İsraillə dostluq edir. Çünki Azərbaycan Ağ Evə birbaşa daxil ola bilmir. Ona görə də İsrailin üzərindən hərəkət edir. İsrail də Amerikanın qapısını Azərbaycanın üzünə taybatay açır. Zatən Azərbaycanın dövlət maraqları da bunu tələb edir.

Başqa bir məqam. İranın gələcəyi qeyri-müəyyəndir. İranın parçalanması ehtimalı da yüksəkdir. İranın parçalanacağı təqdirdə bizə Güney Azərbaycan məsələsindən dolayı İsrailin, İsrail üzərindən ABŞ-ın dəstəyi lazım olmayacaqmı? Cavab bəllidir.

Hə, Fələstin məsələsinə görə Türkiyədə Azərbaycanı tənqid edən bəlli dairələr var. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin dediyi kimi, bu bizim xətrimizə dəyir. Ancaq dövlət maraqları başqa şeydir. Məsələn, Azərbaycandan əhali baxımından 160 dəfə çox olan Hindistan İsraili İran məsələsinə görə qətiyyən ittiham etmir. Baxmayaraq ki, İranda bəlli maraqları var. Niyə ittiham etmir? Çünki İsrailin əsas silah alıcısı məhz Hindistandır. O boyda Hindistan öz dövlət marağından çıxış edir. Azərbaycan niyə etməsin ki? Özü də İrana görə. O İrana görə ki, həmişə ermənilərin və Ermənistanın yanında, Azərbaycanın isə qarşısında olub.

Mövzudan uzaqlaşmayaq. 1901–2023-cü illər arasında Nobel Mükafatı alan 965 şəxsdən ən azı 216-sı yəhudidir, yəni yəhudilər mükafat alanların 22%-ni təşkil edir. Yəhudilər dünya əhalisinin cəmi 0,2 faizi qədərdir, yəni yəhudi qaliblərin sayı dünya əhalisinin nisbətindən 110 dəfə çoxdur. Düşünün ki, Nobel Mükafatı alan yəhudilərlə bağlı İsrail xüsusi ensiklopediya buraxıb.

Bəs yəhudilər nədən bu qədər ağıllıdır?

Bu suala yəhudi alimləri özləri belə cavab verir ki, qoca Avropanın bu və ya digər ölkəsində hər 20–25 ildən bir yəhudi poqromları olurdu. Yəhudilər ev-eşiyini, mal-qarasını qoyub canını qurtarmaq üçün başqa bir ölkəyə qaçıb getmək zorunda qalırdı. Sonda yəhudilər qərar verdilər ki, bütün var-dövlət bizim başımızda olmalıdır ki, qaçanda geridə qalmasın. Ona görə də yəhudilər kütləvi şəkildə elm öyrənməyə girişdilər. Artıq bu onların şakərinə çevrilib.

Sözümün canı o ki, balaca İsrail elə Amerika deməkdir. Hətta balaca İsrail o boyda Amerikanı idarə etmək gücündədir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Elə bu səbəbdən də ABŞ İsrailin sifarişi ilə İranın əsas nüvə obyektlərini yerlə-yeksan etdi.

“2023-cü ilin mart ayında BMT-nin nüvə silahına nəzarəti orqanı kimi tanınan Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan etmişdi ki, Fordoda 83,7 faiz saflığa qədər zənginləşdirilmiş uran müəyyən edilib.” “The New York Times” 2 gün öncə belə yazmışdı. Bu isə o deməkdir ki, bir çox ekspertin dediyi kimi, İran həqiqətən də nüvə silahı yaratmağın bir addımlığında olub.

2018-ci ildə Mossad agentləri İranın Tehrandakı gizli nüvə arxivinə sızaraq 100 mindən çox sənəd və kompüter faylını İsrailə ötürmüşdü. Sənədlər və fayllar İranın AMAD Layihəsinin nüvə silahı hazırlamaq məqsədi daşıdığını göstərirdi. İsrail məlumatı müttəfiqləri, o cümlədən Avropa ölkələri və ABŞ ilə paylaşdı.

İsrailin xüsusi xidmət orqanı olan Mossad dünyanın ən güclü kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən qurumudur. Bu məxfi kəşfiyyat orqanı dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir.

1949-cu ilin dekabrında yaradılıb, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 7 min nəfərə çatır. İllik büdcəsi 2,73 milyard dollardır. David Barnea 2021-ci ildən Mossada rəhbərlik edir. Bu təşkilat İranda xüsusi fəallığı ilə seçilir.

2024-cü ildə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İranın kəşfiyyat xidmətinin Mossad əməliyyatlarına qarşı mübarizə aparmaq üçün bir bölmə yaratdığını, yalnız onun liderinin 2021-ci ildə Mossad agenti kimi ifşa olunduğunu açıqladı. O, həmçinin iddia etdi ki, 20-yə yaxın iranlı əməliyyatçı İsraili kəşfiyyat məlumatları ilə təmin edən ikili agent kimi fəaliyyət göstərib.

İsrailin Hizbullah və Həmas liderini, müharibənin ilk saatlarında bu qədər general və nüvə fiziklərini aradan götürməsi şübhəsiz ki, Mossadın peşəkarlığından xəbər verir. Hələ mən orasını demirəm ki, İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasının da arxasında Mossadın dayanması ehtimalı son dərəcə yüksəkdir.

Özü də İsrailin İranı vurmasını təkcə ABŞ dəstəkləmir. Avropa ölkələri də buna görə İsraili alqışlayır. Bir fakta diqqət edək: Almaniyanın yeni kansleri Fridrix Mers yerli ZDF telekanalına müsahibəsində konkret deyir: “Bu, İsrailin bizim hamımız üçün etdiyi çirkin işdir. Biz də bu rejimin qurbanlarıyıq. Bu molla rejimi dünyaya ölüm və dağıntı gətirdi...”

Heç şübhəsiz ki, bu fikir həm də Avropa Birliyinin İsrail–İran savaşına münasibətini əks etdirir.

Elbəyi Həsənli, Sürix

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 İyun 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see177

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see157

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see142

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see136

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see132

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see129

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see126

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see121

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see121

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see120

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see119

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see118

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see117

Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb

21 İyun 2025 18:05see117

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see116

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see114

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri