“Yekun qərar Trampındır...” Kelloq
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın müttəfiqləri hazırda təhlükəsizlik təminatlarının müxtəlif variantları üzərində işləyirlər. Lakin yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.
"Report"un "RBK-Ukraina"yə istinadən verdiyi məlumata görə, bunu şənbə günü Münxen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Onun sözlərinə görə, Münxen Konfransına səfərinin səbəblərindən biri də müttəfiqlərlə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməkdir. Bundan sonra Kelloq ABŞ-yə qayıdacaq və bu fikirləri Trampa təqdim edəcək.
"Və sonra mən bunu qərarı verən şəxsə, prezident Trampa çatdıracağam. Biz ona məsləhət görürük, o, qərar verir. Biz ona seçimlər verməliyik. Heç nəyi istisna etmək olmaz. Əgər bu həftə fikir vermisinizsə, bu gün də bütün variantlar nəzərdən keçirilir. Prezidentin buna əsaslanaraq öz qərarını verməsi vacibdir", - Kelloq söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Fevral 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















