Icma.az
close
up
RU
Yekun sülh sazişi çox yaxındadır TƏHLİL

Yekun sülh sazişi çox yaxındadır TƏHLİL

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəsmi təmaslar və ictimai fikir mübadiləsi normallaşmanın qapılarını açıb

“Yüksəkrütbəli rəsmilərin rolu Cənubi Qafqazın inkişaf perspektivlərini açır”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Doha Forumunun tədbirləri çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birgə "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı paneldə iştirak edib. Hikmət Hacıyev Ermənistanla ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı yüksək qiymətləndirib.

Onun sözlərinə görə, bu razılaşma regionumuzda legitimlik, hüquqi əsaslar və beynəlxalq hüququn rəhbər prinsiplərini təmin edəcək: "Ona görə də ədalətli sülh əsasında Cənubi Qafqaz regionunda yeni reallıqlar və yeni status-kvo qururuq". Hacıyev vurğulayıb ki, son illərdə bir çox sülh razılaşmaları uğursuz olub, çünki sənəd imzalandıqdan sonra tərəflər “komfort zonası”na düşürlər. O əlavə edib ki, Ermənistan və Azərbaycan belə bir vəziyyətdən yayınmağa çalışır. Prezidentin köməkçisinin fikrincə, hər iki tərəf anlayır ki, sülh çətin və mərhələli bir prosesdir və bunun üzərində çox ciddi çalışılmalıdır. Hikmət Hacıyev həmçinin qeyd edib ki, hər iki tərəfin rəsmiləri müxtəlif kanallar vasitəsilə mütəmadi əlaqə saxlayır və ölkələr arasında əldə olunmuş razılaşmaların tam icrası üçün ciddi şəkildə işləyirlər. 

Hikmət Hacıyevlə Armen Qriqoryan birlikdə "Euronews" kanalına müsahibə də veriblər. Prezidentin köməkçisi ölkə rəhbərliklərinin göstərişi ilə konkret bir gündəlik üzərində işləyirlər: "O da budur ki, sülhü necə irəli apara və ixtilafları kənara qoya bilərik. Azərbaycan bu məsələdə özünün xoş məramını və təşəbbüsünü irəli sürüb. Erməni həmkarlarımızla və başqa kanallarla sülhü irəli aparmağın yollarını müzakirə edirik. Strategiyamız Cənubi Qafqazı rəqabət bölgəsinə çevirmək deyil, onu əməkdaşlıq və tərəfdaşlıq arenasına çevirməkdir. Azərbaycan-Ermənistan sülh prosesi qlobal münaqişələr kontekstində ən azından bir uğur hekayəsidir. Bir münaqişə fəsli bitir. Biz bütün beynəlxalq tərəfdaşlarımızı, o cümlədən qlobal gücləri bu sülh prosesini dəstəkləməyə çağırırıq. Ümidvarıq ki, Azərbaycan və Ermənistan arasında geri dönüşü olmayan bir sülh əldə olunacaq".

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bildirib ki, erməni cəmiyyəti Azərbaycanla sülhə hazırdır: "Deyə bilərəm ki, Ermənistan cəmiyyəti hazırdır, onlar sülh istəyirlər, sülh prosesi və sülhün institutlaşdırılmasını dəstəkləyirlər. Bu istiqamətdə intensiv işləyirik". Qriqoryan söyləyib ki, hökumətlərin qəbul etdiyi qərarlarla paralel olaraq cəmiyyətlər arasında etimad mühitinin yaradılması da vacibdir: "Vətəndaş cəmiyyəti də bu prosesdə iştirak edir. Bu yaxınlarda Bakıdan olan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda, eyni müddətdə İrəvandan olan vətəndaş cəmiyyəti nümayəndələri də Bakıda oldular. Ümid edirik ki, cəmiyyətlər səviyyəsində etimadın yaradılması ilə bu fəaliyyətləri davam etdirəcəyik". 

Armen Qriqoryan Azərbaycanla "etimad divarını inşa etməyə çalışdıqlarını" vurğulayıb: "Bütün münaqişələrdə tərəflər bir-birinə güvənmir. Amma biz buna doğru irəliləmişik. Məşhur mahnıda deyildiyi kimi, bu, müsbət mənada divarda yeni bir kərpicdir. Biz bu məqsədə doğru irəliləmişik, bu etimad divarını tikməyə çalışmışıq". Qriqoryan əlavə edib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi ölkələrin bir-birindən asılılığını artıracaq və sülhü gücləndirəcək, eləcə də hər iki ölkənin xalqları üçün iqtisadi faydalara yol açacaq: “Biz bu istiqamətdə irəliləyirik və Hikmət Hacıyevlə mənim burada - Dohada sizin studiyanızda yan-yana əyləşməsi buna bir sübutdur”. Qriqoryan əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh geridönməz xarakter daşıyır və Cənubi Qafqazda tarixi transformasiya başlayıb. O deyib ki, tərəflər uzun müddətdir etimadın qurulması üzərində çalışırlar: "Bütün münaqişələrdə tərəflər bir-birinə inanmır. Biz bunun üzərində işləyirik. Məşhur mahnıda deyildiyi kimi, bu divara hər dəfə yeni bir kərpic əlavə edirik. Biz də elə həmin etimad divarını qururuq". Ermənistan rəsmisi bildirib ki, hər iki ölkə rəhbərliyi regionda sabitliyin əldə olunması üçün uzun müddətdir müzakirələr aparıb: "Rəhbərliklər düşünürdü ki, regiona necə sülh və sabitlik gətirmək olar. Daha sonra bu sülhü necə institusional formaya salmaq barədə müzakirələr başladı". Armen Qriqoryan hazırkı mərhələni böyük uğur kimi səciyyələndirib: "Uğur böyükdür və biz bunu qeyd edirik". O, həmçinin iki ölkənin iqtisadi layihələr üzərində birgə işləməsinin sülhü daha da möhkəmləndirəcəyini deyib: "Regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı artıracaq, həm sülhü gücləndirəcək, həm də hər iki cəmiyyət üçün iqtisadi fayda gətirəcək". 

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan sülh prosesində olduqca böyük bir məsafə qət ediblər. Ekspertin sözlərinə görə, pozitiv və genişmiqyaslı sülh anlaşmaları fonunda hər iki ölkənin yüksəkrütbəli rəsmi şəxslərinin təmasları, eyni zamanda ictimaiyyəti təmsil edən qurumlar arasında fikir mübadiləsinin aparılması olduqca vacib bir prosesdir: "Belə görüşlər Azərbaycan və Ermənistan arasında qarşılıqlı təmasın yaradılması istiqamətində önəmli addımlardan biridir. Bu baxımdan, Azərbaycan və Ermənistan rəsmilərinin təxminən bir-birinə oxşar mövqedən çıxış etməsi, sülh mesajları verməsi, savaş ritorikasının tamamilə arxa plana keçirilməsi mühümdür. Eyni zamanda Cənubi Qafqazda ortaq maraqların ön plana keçirilməsində tərəfləri təmsil edən yüksək ranqlı rəsmilərin xüsusi rol oynaması bütövlükdə regionun inkişaf perspektivlərinin önünün açılmasına da töhfə verir. Ən önəmlisi odur ki, Azərbaycan və Ermənistan rəsmiləri arasında mütəmadi təmaslar, görüşlər və müzakirələr, ortaq sülh mesajları yekun müqavilənin imzalanmasını da yaxınlaşdırır. Böyük ehtimalla, Ermənistanda gələn il keçiriləcək parlament seçkisindən sonra sülh sazişi imzalana bilər. Paşinyan hökumətinin qalib gəlməsindən və ardınca Konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək referendumdan sonra iki ölkə arasında yekun sülh sazişinin imzalanması tamamilə mümkün olacaq. Hazırda iki ölkə arasında qarşılıqlı siyasi etimadın təmin olunması istiqamətində olduqca pozitiv proses gedir. Bu da regional sülhün gələcək taleyinə böyük ümidlər yaradır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri