Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Yelisey Sarayı demokratiya imtahanından “2” alır

Yelisey Sarayı demokratiya imtahanından “2” alır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransada dərinləşən böhran

Fransa tarixində yaşanan bir neçə inqilab təkcə bu ölkənin deyil, bütövlükdə dünyanın inkişafına yeni istiqamət verib. Bir çox cəmiyyətlər bu inqilablardan təsirlənməklə siyasi quruluşları və hakimiyyətləri dəyişməyə nail olublar. Təbii ki, Fransada inqilablar təsadüfən və yaxud hansısa sosial təbəqələrin şıltaqlığı ucbatından baş vermirdi - zaman-zaman bunlara zəmin yaradan çoxsaylı faktorlar meydana çıxırdı və insanlar ilk növbədə diskriminasiyaya, dözülməz həyat şəraitinə etiraz əlaməti olaraq küçələrə çıxırdılar. Onlar həyatda qalmağın yeganə yolunu küçə və meydanlarda barrikadalar qurub qəti etirazlara qalxmaqda görürdülər. Bu günlərdə Parisdə və əyalətlərdə yaşananlar onu deməyə əsas verir ki, inqilablar dövrü Fransanın həyatına yenidən qayıdıb.

Bütün ölkəni bürüyən etiraz dalğası

Fransa artıq bir neçə gündür ki, kütləvi etirazlarla çalxalanır. Küçələrə çıxan etirazçılar  ölkədəki total böhrana görə Yelisey Sarayını günahlandırırlar. Xatırladaq ki, cari ilin yayında Fransada siyasi partiyalar və həmkarlar ittifaqlarından kənar vətəndaş təşəbbüsləri tərəfindən irəli sürülən “Hər şeyi dayandırmaq!” çağırışı ölkə üzrə sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Bu təşəbbüsün anonsu edilərkən məqsədin sentyabrın 10-dan etibarən ölkənin tam iflic vəziyyətə salınması olduğu bildirilirdi. Sosial şəbəkələrdə yayılan mesajlarda təşəbbüskarlar insanları boykot, itaətsizlik və həmrəylik vasitəsilə ölkədə bütün sahələrdə işlərin dayandırılmasına - tətil etməyə çağırırdılar. “2025-ci il sentyabrın 10-dan başlayaraq tam və limitsiz tətilə gedirik... Artıq ödəmirik, istehlak etmirik, işləmirik... Bizim yeganə gücümüz TAM BOYKOT-dur”, - deyə sosial şəbəkələrdə edilən paylaşımlarda vurğulanırdı.

Eyni zamanda, bəzi həmkarlar ittifaqları da prosesə qoşulublar. Belə ki, Ümumi Əmək Konfederasiyası (CGT) (kimya, ticarət və enerji sektorları) və “Force Ouvriere1” sentyabrdan tətil xəbərdarlığı elan edib. “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon hərəkatın müstəqilliyini vurğulasa da, ona dəstəyini ifadə edib.

“TAM BAYKOT” tətili bəyan edildiyi tarixdən start götürüb və hələ də davam etməkdədir. Fransa mətbuatında yer alan operativ xəbərlərdən bəlli olur ki, ümummilli tətil çərçivəsində apteklərin təxminən 90 faizi bağlanıb. Bu barədə Əczaçılar Federasiyası məlumat yayıb. Əczaçılar, xüsusilə, sentyabrın 1-dən qüvvəyə minən və səhiyyə xərclərinin azaldılmasına yönəlmiş tədbirlərə qarşı çıxırlar. Əczaçılıq assosiasiyalarının fikrincə, bu tədbir apteklərin bağlanmasına və iş yerlərinin itirilməsinə səbəb ola bilər.

Fermerlər Fransanı bürüyən etirazların ən fəalları sırasında yer alırlar. Məlum olduğu kimi, bu sosial təbəqə Makron iqtidarının siyasətinə etiraz əlaməti olaraq bundan əvvəl əyalətlərdə “peyin inqilabı”na başlamışdı. Hərəkat genişlənərək hətta qonşu ölkələrə də yayıldı. Fermerlərə hakimiyyət tərəfindən müəyyən vədlər verilsə də, problemlər hələ də həllini tapmayıb. Buna görə də onlar “TAM BAYKOT” etirazlarına dəstəklərini bildiriblər. Fransa fermerlərinin aparıcı həmkarlar ittifaqlarından biri olan Fermerlər İttifaqlarının Milli Federasiyası (FNSEA) üzvlərini sentyabrın 25-də ölkə boyu nümayiş keçirməyə çağırıb. Bunu federasiyasının prezidenti Arno Russo “Journal du Dimanche” nəşrinə müsahibəsində deyib. “Bütün Fransada genişmiqyaslı aksiya təşkil etmək qərarına gəldik”, - deyə o bildirib.

Qeyd olunub ki, FNSEA Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarının (MERCOSUR) razılaşmasına, ABŞ-ın tariflərinə və fransız fermerlərinin gözləntilərinə cavab verməyən standartlara uyğun malların idxalına etiraz etmək niyyətindədir. FNSEA-dan bildirilib ki, fermerlər etirazlar çərçivəsində standartlara cavab verməyən məhsullar aşkarlamaq üçün böyük mağazalara daxil ola bilərlər.

Fransa Daxili İşlər Nazirliyi mitinqlərdə 500 mindən çox insanın iştirak etdiyini açıqlayıb. Fransa Həmkarlar Konfederasiyasının hesablamalarına görə isə küçələrə 1 milyondan çox insan çıxıb.

Paris küçələrində, əyalətlərdə boğulan demokratiya

Yelisey Sarayının hər zaman demokratiyanı milli dövlətlərə qarşı təzyiq alətinə çevirdiyi hər kəsə yaxşı bəllidir. Makronun komandasının üzvləri müxtəlif auditoriyalarda yeri gəldi-gəlmədi demokratiyadan danışır, öz ölkələrində hüquqi dövlət quruculuğundan çıxış edən liderləri kəskin tənqid atəşinə tuturdular. İndi isə Makronun özü və ətrafı əsl demokratiya sınağı ilə üz-üzədir. Sentyabrın 10-dan başlayan etirazların ilk günündən müşahidə edilən proseslərdən hasil olunan qənaət ondan ibarətdir ki, Yelisey Sarayının demokratiya imtahanından qiyməti ikidir.

Hakim komanda etirazları ən qəddar formada səngitməyə çalışır və buna nail olmaqdan ötrü müxtəlif repressiya tədbirlərinə əl atır. Son məlumatlara görə, Fransada hökumətin sosial xərclərin azaldılması planlarına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Bütövlükdə, hakimiyyət tətil dalğasının qarşısını almaq məqsədilə 80 mindən çox polis və jandarmı, həmçinin saysız-hesabsız  zirehli texniknı səfərbər edib.

Yeni hökumətə etimadsızlıq anonsu

Fransada insanların kütləvi şəkildə “TAM BAYKOT” tətilinə qoşulmalarını şərtləndirən ən mühüm amillərdən biri hökumətin sərt büdcə siyasətinə keçidin zəruriliyindən çıxış etməsidir. Bu gün Fransa iqtisadiyyatında tənəzzül meylləri güclənib, büdcədə ciddi kəsirlər yaranıb, həmçinin dövlət borcu heç vaxt olmadığı qədər artıb. Hökumət yaranmış iqtisadi böhrandan çıxış yolunu sərt büdcə siyasətində görür. Cəmiyyət isə bunu optimal həll yolu hesab etmir. Çünki sərt büdcə siyasəti özündə ilk növbədə sosial xərclərin azaldılmasını ehtiva edir.  İnsanlar isə bildirirlər ki, onların qənaət limiti artıq çoxdan tükənib.

Buna görə də ölkəni bürüyən etirazlarla paralel şəkildə, hökumət böhranı da səngimək bilmir. Fransa Milli Assambleyası oktyabrda işə başladıqda sol müxalifət yeni baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi kabinetə etimadsızlıq təklifini parlamentində səsverməyə çıxarmaq niyyətindədir. Bu barədə “Tabe olmayan Fransa” solçu partiyasının milli koordinatoru Manuel Bompard “X” sosial şəbəkə hesabında yazıb.

“Biz danışıqlar barədə komediya oynamaq fikrində deyilik və Lekornu haqqında etimadsızlıq qətnaməsi təqdim edəcəyik”, - deyə o yazıb.

M.Bompardın sözlərinə görə, bu da ölkənin siyasi kursunu dəyişmək üçün kifayət etməyəcək. “Prezident Emmanuel Makronla siyasətdə heç bir dəyişiklik ola bilməz. Etirazların nəticəsi onun istefası olmalıdır”, - deyə Bompard bildirib.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri