Icma.az
close
up
RU
Yelo Bank dan yeni rekord: kredit portfeli 1 milyard manata çatdı!

Yelo Bank dan yeni rekord: kredit portfeli 1 milyard manata çatdı!

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Yelo Bank 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb və ilin ilk yarısında əsas göstəricilər üzrə stabil artımını davam etdirib. Cari ilin ilk 6 ayı ərzində Yelo Bank 19,7 milyon manat xalis mənfəət əldə edib. Digər mühüm nəticələrə nəzər salaq:
İlin əvvəlindən ümumi kredit portfeli 60 mln manat (6%) artaraq, rübün sonuna 1 milyard manata yaxınlaşıb. Verilən kreditlərin əksəriyyəti Bank üçün prioritet olan real sektorun maliyyələşdirilməsinə yönəlib.
2025-ci ilin ilk 6 ayında 13 mindən çox müştəriyə 300 milyon manata yaxın biznes krediti verilib. Nəticədə biznes kredit portfeli ilin əvvəli ilə müqayisədə 29 milyon manat (5%), ötən ilin analoji dövrü ilə müqayisədə isə 82 milyon manat (15%-dən çox) artaraq 612 milyon manata çatıb.
Eyni müddətdə 18 mindən çox müştəriyə 181 milyon manatdan çox istehlak krediti ayrılıb. İstehlak kredit portfeli isə 384 milyon manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 37 milyon manat (10%-dən çox), ötən ilin eyni dövrü ilə müqayisədə isə 67 milyon manat (21%) artım deməkdir. Satışların 34%-i məhz onlayn kanallar vasitəsilə baş tutub.
Dövrün sonuna Bankın əmanət portfeli 948 milyon manat təşkil edib. Bu artımın böyük hissəsi fiziki şəxslərin müddətli əmanətləri hesabınadır, nəticədə bu istiqamət üzrə portfel artaraq 794 milyon manat təşkil edib. Bu da müştərilərin Yelo Bank-a olan etibarını bir daha göstərir.
Faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon manat (11%) artaraq 84 milyon manat olub. Qeyri-faiz gəlirləri isə 8 milyon manatı keçib.
Hesabat dövrünə Bankın məcmu kapitalı 163 milyon manatı ötüb və requlyativ tələbdən 113 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 14,3%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 10,7% olaraq normativləri üstələyir.
Bankın aktivləri hesabat dövrünün sonuna 1 milyard 323 milyon manat təşkil edib.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov ikinci rübdə əldə olunan nəticələri belə şərh edib: “Bu rüb bizim üçün həm rəqəmlərlə, həm də yeniliklərlə yadda qaldı. Kredit portfelimiz 1 milyard manata çatıb, əmanətlərin həcmi artıb, digər əsas maliyyə göstəricilərimizdə də müsbət dinamika davam edib. Portfelimizin artımında biznes kreditlərinin xüsusi payı var.

Kiçik və orta sahibkarların maliyyə ehtiyaclarını qarşılamaqla, real sektorun dayanıqlı inkişafına dəstək olmağı prioritetimiz kimi görürük. Təqdim etdiyimiz bir sıra yeniliklər – rəqəmsal kart, investisiya xidməti və yeni keşbek təklifləri istifadəçilər tərəfindən rəğbətlə qarşılandı.

Əlavə olaraq, xidmətlərimizi daha sadə və sürətli etmək üçün optimallaşdırmalar aparılır. Qarşıdakı dövrdə də müştərilərimizin ehtiyaclarına cavab verən innovativ və dayanıqlı həllər təqdim etməyə davam edəcəyik”.

Bank xidmətləri, o cümlədən ehtiyac krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 İyul 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see160

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see138

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri