Icma.az
close
up
RU
Yeltsinin Elçibəyə qəfil zəngi: “Əsir götürülən 22 rus zabitini buraxmasanız…”

Yeltsinin Elçibəyə qəfil zəngi: “Əsir götürülən 22 rus zabitini buraxmasanız…”

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

AZAL-a məxsus təyyarənin qəza səbəbləri ilə bağlı araşdırmalar davam edir. İlk gündən Rusiya bu məsələyə qərəzli yanaşır. Araşdırmanın ilkin nəticələrini inkar edir. Paraleldə Rusiya mediası, politoloqları, rəsmi şəxsləri Azərbaycanı hədəf alan açıqlamalar verir.

Rusiyanın tarix boyu qonşularına, xüsusilə Azərbaycana böyük pisliklər etdiyi məlumdur. Təkcə 1988-ci ildən bu yana Moskvada hazırlanan ssenarilərin ölkəmizə, xalqımıza tətbiq edilməsi nəticəsində böyük itkilərlə üzləşmişik.

Hətta Rusiyanın guya neytrallığını qoruduğu 44 günlük Vətən müharibəsi zamanı da Moskva piskliyindən qalmayıb.

Şuşaya “İsgəndər” raketi atıb. Ermənilərin Gəncəyə, Bərdəyə, Mingəçevirə müxtəlif raketlərlə hücumunda əli olub. 2020-c ilin noyabrın 9-dan 10-a keçən gecə Bakıya da “İsgəndər” raketi atdığına dair iddiaları mövcuddur. Bildirilir ki, o raket Abşeronda, Xızı üzərində zərərsizləşdirilib.

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi İlham İsmayıl deyib ki, ermənilərin bu günə qədər etdiyi hər şeydə Rusiyanın böyük rolu var:

“1992-ci ildə Azərbaycan Rusiyanın 7-ci Ordusunun 22 zabitini Kəlbəcər istiqamətində saxlayıb. Onlar 1993-cü ilin iyul ayında Rusiyaya təhvil verilib.

İlham İsmayıl

Ruslar 44 günlük müharibədə sadalanan faktlarla yanaşı diplomatik və hərbi təzyiqlər də göstəriblər. İlk diplomatik təzyiqi isə Azərbaycan xarici işlər nazirinin Moskvaya çağırılması idi. Bu zaman iki gün ərzində ona təsir etməyə çalışırdılar. Amma Azərbaycan mübarizəni davam etdirdi.

2020-ci ildə Vətən müharibəsi başlayanda ruslar düşünürdü ki, 2016-cı il aprel döyüşlərindəki kimi Sergey Şoyqunun bir zəngi ilə prosesi dayandıra biləcəklər. Lakin artıq geosiyasi proses dəyişmişdi. Azərbaycan öz torpaqlarını işğaldan azad edirdi. Gümrü istiqamətindəki təyyarə provakasiyası da diqqətə çatdırılmalıdır. Ruslar özləri təyyarəni vurub, Azərbaycanın üzərinə atmışdılar. Ardınca isə müharibəni dayandırmağa təhrik etdilər. Təcili şəkildə Xankəndiyə qoşun yeridildi.

3 il ərzində ərazi bütövlüyümüzü bərpa etməkdə Rusiyanın adını sülhməramlı qoyduğu kontingent buna mane oldu. 44 günlük müharibədən sonra da Ermənistana hərtərəfli yardım göstərdilər. Rusiyanın ictimai-siyasi xadimlərinə büstlər qoyuldu, kilsə açıldı, rus icması yaradıldı və s. bütün bunlar təzyiq vasitəsi idi.

44 günlük müharibədə də hər üsula əl ataraq Azərbaycana təzyiq göstərirdilər. Zamanında Rusiyanın bu addımlarını açıq şəkildə pisləsək də bəzi rusyönümlü siyasətçilər bu tənqidləri çox ağrılı qarşılamışdılar. Azərbaycanın Rusiya ilə münasibətləri pozmaqda heç bir marağı yoxdur”.

Politoloq Oqtay Qasımov isə məsələyə belə münasibət bildirib:

Oqtay Qasımov

“1992-ci ildə Azərbaycan ordusu Ermənistanla savaş apararkən Rusiyanın Ermənistanda yerləşdirdiyi 7-ci Ordusu bu münaqişəyə cəlb olunmuşdu. 7-ci Ordunun komandanı olan Reud adlı general Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınırdı. Bu məsələlərdə özbaşına hərəkət etmir, Rusiya və hərbi rəsmi rəhbərliyin göstərişlərini də əsas götürürdü. Kəlbəcər istiqamətində döyüşlər zamanı Rusiya ordusunun bir neçə hərbçisi əsir götürülmüşdü. O zaman Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılmış, onların buraxılması ilə bağlı o zamankı Rusiya Prezidenti Boris Yeltsin də məsələyə müdaxilə edərək prezident Əbülfəz Elçibəylə zəng etmiş, onların buraxılmasını istəmişdi. Lakin Elçibəy həmin hərbçilərin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən istintaqın aparılıb ədalət mühakiməsinə çıxarılmasının vacibliyini qeyd edib. Beləliklə, Yeltsinin istəyini geri çevirmişdi. Hakimiyyət dəyişikliyindən sonra Rusiya ilə münasibətlərin yumşaldılması məqsədilə həmin hərbçiləri Kremlə geri qaytarıb.

Bundan əlavə də diqqət yetirilməli olan məqamlar var. Belə ki, Rusiyanın Pskov diviziyası Laçın, Şuşa və Ağdərənin işğalında iştirak edib. Rusiyanın bir neçə diviziyası Azərbaycana qarşı döyüşlərdə yer alıb. Ermənistanda yerləşdirilən rus təyyarələrdən ölkəmizə qarşı hücumlarda istifadə olunub. 1992-ci ilin sentyabr ayında Ermənistan və Rusiya arasında imzalanan müqaviləyə görə, 7-ci Ordunun silah-sursat, hərbi texnikasının, o cümlədən Gürcüstandakı Rusiya ordusunun silah-sursatının əhəmiyyətli hissəsi Ermənistana verilib. 1994-cü ildə 1 milyardlıq silahın ötürülməsi ilə bağlı ilk dəfə Rusiyada rəsmi şəkildə bu məsələni general Lev Roxlin qaldırdı. Bu səbəbdən sui-qəsd nəticəsində öldürüldü. Mərhum Prezident Heydər Əliyev də məsələ ilə bağlı Rusiyaya dəfələrlə müraciət edib. 1994-cü ilin əvvəlində Rusiya Azərbaycana təzyiq etmək üçün Çeçenistandakı savaşı bəhanə edərək Azərbaycana qarşı blokada tətbiq etmişdi.

Digər tərəfdən bu yaxınlarda Ermənistan ordusunun yaradılmasının 33 illiyi ilə bağlı tədbirdə çıxışı zamanı Artak Zakaryan bildirdi ki, Ermənistanın sabiq Prezidenti Serj Sərkisyan hakimiyyəti dönəmində Rusiya Ermənistana pulsuz 50 min ton silah-sursat, hərbi texnika verib”.

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Fevral 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri