“Yemək yeyir, ağzının içi görünür”
Icma.az, News24 portalına istinadən məlumat verir.
“Bir az əlçatmaz olun, açıb-ağartmayın hər şeyi. Ulduzluq, populyarlıq, sevilmək, bu deyil”.
News24.az yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Xəbərin var” verilişində deyib.
Sənətçi sosial şəbəkələrdə bayağı paylaşımlar edən sənətçilərlə bağlı iradlarını səsləndirib:
“Keçən dəfə bir video gördüm. Adam yemək yeyir, ağzının içi görünür. Kobud şəkildə yemək yeyir. Bu, nəyə lazımdır axı? Şərhlərə baxıb görürsən ki, insanlar da bir videolardan bezib. Amma baxıb görürsən ki, toy bazarında belə reklamlardan istifadə edirlər. Həyatda hər şey toy üçün deyil axı. Baxır ki, filankəsi, bəhmənkəsi görür, baxır ki, aparıcı onu tərifləyir. Düşünür ki, yəqin, gündəmdə olan, lazımlı olan budur. Elə toyumda da gəlib o müğənni oxusun. Bir az əlçatmaz olun, açıb-ağartmayın hər şeyi. Ulduzluq, populyarlıq, sevilmək, bu deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Yanvar 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















