Icma.az
close
up
RU
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları

Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda 74 yaşlı Sevda Əkbər qızı Nəbiyeva və Biləsuvarın Xırmandalı kəndində isə 2026-cı il təvəllüdlü Raul Vüqar oğlu Abdullazadənin nəfəs borusunda qida qalıb. Onların hər ikisi xəstəxanaya aparılarkən yolda ölüblər.

İki nəfərin qidanın nəfəs borusuna düşməsi nəticəsində həyatını itirməsi boğulma hallarında vaxtında və düzgün ilkin tibbi yardımın əhəmiyyətini yenidən gündəmə gətirib. 

Bəs yeməkdən boğulan şəxsə hansı ilkin tibbi yardım göstərilməlidir? 

Tibbi ekspert Rasif Bağırov AZXEBER.COM-a açıqlamasında deyib ki, belə hallarda adətən Heimlix manevri (Heimlich) deyilən üsul tətbiq olunur:

"Belə hallarda adətən Heimlix manevri (Heimlich) deyilən üsul tətbiq olunur. Bu üsul əsasən böyüklərə şamil edilir. Belə vəziyyət yarananda xəstənin arxasında dayanılır, qarının yuxarı hissəsindən tutulur və kəskin şəkildə sıxılır. Bu bir neçə dəfə təkrarlanır. Döş qəfəsi və diafraqma aşağıdan yuxarı sıxıldığı üçün tənəffüs yoluna düşmüş qida və ya yad cisim ağız boşluğuna çıxır, tənəffüs yolu açılır və xəstə yenidən nəfəs almağa başlayır”.

O qeyd edib ki, azyaşlı uşaqlarda isə vəziyyət fərqlidir:

"Azyaşlı uşaqlarda isə vəziyyət fərqlidir. Yeni doğulmuş və körpə uşaqlara bu üsul eyni qaydada tətbiq edilmir. Uşağa yemək verən ana, dayə və ya digər şəxs məsuliyyət daşımalıdır ki, bu cür hal baş verməsin. Ağıza düşən kiçik bərk cisim və ya qida tənəffüs yoluna keçərək boğulmaya səbəb ola bilər. İlkin yardım zamanı uşağın həm kürək nahiyəsinə, həm də mədə hissəsinə yaşına uyğun şəkildə müdaxilə edilir. Bu zaman tənəffüs yolunda qalan qida və ya yad cismin xaric olması təmin edilir”.

"Bu, təcili tibbi yardım gələnədək göstərilən ilkin yardımdır. Əgər bu müdaxilə nəticə verməzsə, xəstə hadisə yerində həyatını itirə bilər.

Yəni ilkin yardım dedikdə söhbət məhz Heimlix manevrindən gedir. Bu üsullar düzgün icra edildikdə, əksər hallarda xəstənin həyatını xilas etmək mümkün olur”,- deyə ekspert bildirib.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Avqust 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri