Icma.az
close
up
RU
Yəmən Silahlı Qüvvələri əks hücumda: Ölkəyə nəzarət bərpa edilir

Yəmən Silahlı Qüvvələri əks hücumda: Ölkəyə nəzarət bərpa edilir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəmən Silahlı Qüvvələri qiyamçı husilərlə qarşıdurmalarda irəliləyiş əldə etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Yəmən ordusu Əl-Cövf vilayətinin dərinliklərinə doğru irəliləyir və Əl-Həzm istiqamətində hərəkət edir.

İrəliləyiş zamanı husi döyüşçülərinin Yəmənin hökumət qüvvələrinə təslim olduğu bildirilib. Yəmən ordusunun Əl-Cövf vilayətində Əl-Ləbanat düşərgəsinə daxil olduğu, həmçinin Əl-Həzm rayonunun yaxınlığında yerləşən Əl-Məsafə kəndinə nəzarəti ələ keçirdiyi qeyd olunub.

Yəmən Hərbi Hava Qüvvələri isə Əl-Beyda və Əl-Cövf vilayətləri ilə yanaşı, Mərib və Taizdə də husilərin mövqelərinə silsilə zərbələr endirib.

Döyüşlər ötən həftə husilərin Qırmızı dənizə çıxışı olan ərazilərə və Taiz ətrafına raket və dron hücumları ilə müşayiət olunan quru hücumuna başlamasından sonra şiddətlənib. Husilər hökumətin nəzarətində olan və strateji Bab əl-Məndəb boğazına yaxın ərazilərə doğru irəliləməyə cəhd göstəriblər. Amma Yəmən ordusu bu hücumun qarşısını alaraq, Taizin qərbində və Əl-Cövfdə irəliləyiş əldə edib, Əl-Kura dağına nəzarəti ələ keçirib. Hazırda Taizdə Əl-Hənayə təpələri və Əl-Kədhanın qərbindəki Qəbari dağı ətrafında döyüşlər davam edir.

Yəmən Silahlı Qüvvələri Xudeyda vilayətinin cənub-şərqində yerləşən Heys şəhərinin şimalında mövqelərini möhkəmləndirib. Bu ərazi döyüş xəttində yerləşir və Qırmızı dənizə 30 kilometrdən az məsafədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Sentyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri