Yəməndə 20 milyon insanın tibbi yardıma ehtiyacı var ÜST
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yəməndə təxminən 20 milyon insanın tibbi yardıma ehtiyacı var.
Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, münaqişə səbəbindən insanların kütləvi şəkildə köç etməsi fonunda vəba, qızılca, poliomielit və denqe qızdırması riskləri artır.
Qebreyesus qeyd edib ki, ölkədəki son eskalasiya onsuz da ağır olan səhiyyə böhranını daha da ağırlaşdırıb.
"Yəməndə təxminən 20 milyon insanın tibbi yardıma ehtiyacı var. Səhiyyə müəssisələrinə edilən hücumlar, dərman və yanacaq çatışmazlığı və yönləndirmə xidmətlərindəki fasilələr sistemi çökmə həddinə çatdırır", - deyə o, Cenevrədə keçirilən brifinqdə bildirib.
Bu mövzuda digər xəbərlər:ÜST: Qəzzanın böyük miqdarda tibbi yardıma ehtiyacı var
16 Yanvar 2025 09:20
ÜST: Zəlzələdən sonra təqribən 500 min əfqanın tibbi yardıma ehtiyacı var
11 Sentyabr 2025 20:50
Yəməndə BMT nin 20 əməkdaşı saxlanıldı
20 Oktyabr 2025 10:43
Bir milyona yaxın insanın yardıma ehtiyacı var
17 Dekabr 2024 09:53
BMT: Venesuelada təxminən 1,8 milyon insanın humanitar yardıma ehtiyacı var
29 İyun 2026 13:56
Baxış sayı:103
Bu xəbər 17 Sentyabr 2026 01:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















