Yəməndə səfərbərlik elan edildi
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rişad əl-Əliminin rəhbərlik etdiyi Yəmən Prezident Şurası husilərə qarşı ümumi səfərbərliyin başladığını elan edib.
Bakıvaxtı.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, Əl-Əlimi vətəndaşları husilərin nəzarətində olan ərazilərə nəzarəti bərpa etmək məqsədilə ordu və təhlükəsizlik qüvvələrinin sıralarına qoşulmağa çağırıb.
Yəmən Prezident Şurasının rəhbəri həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda münaqişənin yeni eskalasiyasına görə husiləri məsuliyyət daşımaqda ittiham edib.
Bununla yanaşı, Rişad əl-Əlimi silahlarını könüllü şəkildə yerə qoyan və ya husilərlə əməkdaşlığı dayandıran hərəkat üzvlərinə amnistiya elan edib.
Məlumata görə, amnistiya sentyabrın 26-dan qüvvəyə minəcək və Yəmən Konstitusiyası və qanunvericiliyinin tələblərinə ciddi şəkildə riayət olunmaqla həyata keçiriləcək. Əl-Əliminin qərarı husilərin sıralarından ayrılmaq istəyən şəxslərə ölkənin qanunları çərçivəsində geri qayıtmaq imkanı yaratmaq məqsədi daşıyır.
Baxış sayı:141
Bu xəbər 26 Sentyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















