Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Yenə durur gözlərimin önündə Təbriz... Balaş Azəroğlu

Yenə durur gözlərimin önündə Təbriz... Balaş Azəroğlu

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün tanınmış dramaturq, ədəbiyyatşünas və tərcüməçi, Xalq şairi Balaş Azəroğlunun anım günüdür.

Kulis.az onun "Təbrizin baharı" şeirini təqdim edir.


Gurşad təzə dayanmışdır... hava durulur,
Bulud keçir, göyün üzü görünür təmiz.
Qarı nənə hanasını uzadır, odur,
Elə bil ki, kəmənd atır buluda dəniz...
Günəş batır... dağ başında topa buludlar
Sanki pambıq tayasıdır alışıb-yanır.
Bahar gəlmiş, baş qaldırır çiçəklər, otlar,
Ana torpaq yuxusundan artıq oyanır...
Sərin-sərin meh əsdikcə titrəyir yarpaq,
Çiçəklərin dodağından süzülür inci.
Sarı bülbül gəzir yenə, bax, budaq-budaq
Oxuduqca sinəsinə sığmır sevinci.
Qara dəniz dalğalanır, kiçik ləpələr
Qum üstündə göyərçin tək görünür yenə.
Deyirlər ki, əsrlərdir hər axşam-səhər
Sular nəsə pıçıldayır sahillərinə...
Bir ağacın gövdəsinə söykənmişəm tək,
Yene məni məftun etmiş özünə bahar.
Ara-sıra tər budaqlar siləkələnərək
Gah başıma çiçək tökür, gah da damcılar.
Orda-burda dəstə-dəstə qızlar, oğlanlar
Qarmon çalır, nəğmə deyir, çiçək dərirlər.
Düşünürəm, doğrudan da burda bəxtiyar
Ömr sürür qayğıbilməz, xoşbəxt nəsillər.
Birdən məni ayrı salır düşüncələrdən
"Alın, sizə məktub gəlmiş" söyləyən bir kəs.
(Əziz dostum, kim qürbətdə olmamış, inan,
Məktubdakı o mənəvi qüdrəti bilməz...)

Bir kitab da verir mənə dostum gülərək:

- Bax bu da bir gənc ürəyin əziz barıdır.
Bakıdandır, unutmamış dostların, demək,
Al, şairə şairənin yadigarıdır.
Aç "Təbrizin baharı"nı, bir şer oхи,
Deyirlər ki, sizin yerdə gözəl olur yaz.
Mən dinmirəm... (cavabsızdır onun arzusu),

O bilmir ki, nə olmuşdur, duruxur bir az.


Mən dinmirəm... xəyal məni çəkib aparır,
Yenə durur gözlərimin önündə Təbriz.
İlk bahardır... göy gurlayır, bərk yağış yağır.
Bir divara söykənirik sevgilimlə biz...
Sərdar bağı, ağ çiçəkli badam ağacı,
Qərənfillər, yasəmənlər, bahar neysanı,
Şimşək səsi, üfüqlərin odlu qırmancı,
Gözüyaşlı buludların başsız karvanı.
Daşqın sellər, Acı çayı, sərin bulaqlar,
"Şah könlü"nün əyri yolu, yaşıl çəmənlər,
Gözlərimdə canlandıqca, mənsə biqərar
Deyirəm ki, indi sizdən qalmışmı əsər?


Yox, dağıtdı o cəlalı, dağıtdı düşmən,
Ancaq elin ilqarını poza bilmədi.

O sən görən Təbriz deyil, şəhəri gəzsən,
Fırtınalı bir dənizə bənzəyir indi.
Azəroğlun qorxutmadı nə sürgün, nə dar,
Baxışlarda qəzəb vardır, ürəklərdə kin.
Xiyabandan qorxa-qorxa keçir ağalar,
Onlar bilir bu ellərin ürəyindəkin.
Onlar bilir azərilər dözməz heç zaman,
Bu məhkumluq zəncirini qırar bir səhər.
Onlar qorxur bir gün gələ yenə təzədən
Cəbhələrdən baş qaldıra itən igidlər.

"Golər" dedim, dostum dönüb diqqətlə baxdı,
O, qəlbimi gözlərimdən oxudu dərhal.
Danışmadım... uzaqlarda ildırım çaxdı,
Göy gurladı, buludlarda göründü hilal...
Mən o gecə gözlərimi yummadım inan,
Elə bil ki, sinəm üstə dağ qalanımışdı.
Məni rahat buraxmadı xəyal, həyəcan,
Neçə şer ürəyimə daldalanmışdı.
Mən yatımadım, göy sularda günəş ucaldı,
Daha səndən nə gizlədim, əziz oxucum,
Nə mən borclu, nə o dostum nisgilli qaldı
Bu şerimi səhər tezdən ona oxudum.

Yalta, 1950

Südabə Sərvinin yeni kitabı çap olundu "İlham Əziz tələyə düşməyib" - Rəşad Səfər 35 yaşlı yazıçı faciəvi şəkildə vəfat etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Aprel 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1003

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see478

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see381

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see301

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see287

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see286

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see265

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see258

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see224

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see219

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see213

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see209

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see208

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see207

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see201

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see201

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see194

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see194

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see194

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri