Icma.az
close
up
RU
Yenə Fransa, yenə qalmaqal

Yenə Fransa, yenə qalmaqal

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əlcəzairli blogerlərin deportasiyası diplomatik gərginlik yaradıb

Fransa ilə Əlcəzair arasında növbəti diplomatik qalmaqal baş verib. Buna səbəb əlcəzairli blogerlərin saxlanılaraq ölkələrinə deportasiya edilmələri olub. Ancaq Əlcəzair hökumətinin blogerləri Fransaya geri qaytarması iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Amma problemin kökü daha dərindir.

Son vaxtlar sosial mediada fransız və ərəb dillərində Fransaya qarşı kəskin tənqidlərin və təhdidlərin əks olunduğu videolar yayılır. Yüz minlərlə baxış toplayan bu videoçarxlara Fransa polisi aktiv reaksiya verib. Yanvarın 3-də TikTok-da Zazou Youssef ləqəbi ilə tanınan və bir neçə yüz min abunəçisi olan əlcəzairli mühacir Youssef A. Fransanın Brest şəhərində həbs edilib. Həmin gün İmad Tintin təxəllüsü ilə internetdə yayımlanan və “fransızları təhdid” edən 31 yaşlı İmad Ould Brahim də Qrenobl bölgəsində saxlanılıb. TikTok-da da məşhur olan Sofiya Benlemman da eyni ittihamla həbs olunub. Eyni ittihamlar bloqerlər -Abdesslam Bazuka və Laksas 06-ya qarşı da irəli sürülüb. Ancaq Fransa polisi hər iki şəxsi həbs edə bilməyib, çünki birincisi Əlcəzairə qaçıb, ikincisi isə axtarılır.
Ancaq daha çox Doualemn və ya Boualem Dz kimi tanınan 59 yaşlı əlcəzairli Naaman Boualemin həbsi rezonans doğurub. Fransa hakimiyyəti onun paylaşdığı videolara görə ölkədə yaşayış icazəsindən məhrum edib. Baxmayaraq ki, Fransa vətəndaşlığı olan uşaqları olduğu üçün o, ölkədə qalmaq hüququna malikdir. Məhkəmə qərarını gözləyərkən Boualem əvvəlcə müvəqqəti saxlanma düşərgəsinə göndərilib, yanvarın 10-da isə təcili olaraq Əlcəzairə deportasiya edilib.
Bununla belə, Əlcəzair Fransanın deportasiya qərarına qarşı çıxış edib və  Naaman Bualemunu Parisə qaytarıb. İndi onun Paris yaxınlığındakı inzibati həbsxanada olduğu bildirilir. Fransa daxili işlər naziri Bruno Retayo iddia edib ki, guya “Əlcəzair Fransanı alçaltmağa çalışır”. Xarici işlər naziri Jean-Noel Barrot isə xəbərdarlıq edib ki, “Əlcəzair eskalasiyanı davam edərsə, Fransa ona cavab verməli olacaq”. 
Amma bu da bir faktdır ki, Fransa ilə Əlcəzair arasında münasibətlər bu gün pozulmayıb. İki ölkə arasında münasibətlər Fransa prezidenti Emmanuel Makron Mərakeşin Qərbi Saxaranın mübahisəli əraziləri üzərində suverenliyini tanıdıqdan sonra pisləşib. Makron Mərakeş Kralı VI Məhəmmədə hakimiyyətinin 25-ci ildönümü münasibətilə göndərdiyi təbrik məktubunda bildirmişdi ki, Fransa Qərbi Saharada 1976-cı ildən bəri səngiməyən münaqişənin həlli ilə bağlı Mərakeş planını dəstəkləyir. Fransa prezidentinin mövqeyi Əlcəzair rəhbərliyinin kəskin tənqidinə səbəb olmuşdu. Əlcəzairin Xarici İşlər Nazirliyi həddindən artıq narazılığının əlaməti olaraq səfirinin Parisdən geri çağırıldığını və iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı salındığını elan etmişdi. 
Əlcəzair və Mərakeşin maraqları “tanınmamış muxtariyyət” olan Qərbi Sahara ərazisində toqquşur. Xatırladaq ki, Mərakeş, Əlcəzair və Mavritaniya ilə həmsərhəd olan bu ərazi 1976-cı ildə ispanların keçmiş müstəmləkələrini tərk etdikdən sonra “İspan Saharası”nın yerində qurulmuşdu. 266 min kvadratkilometrlik ərazi Mərakeş və Mavritaniya arasında bölünmüşdü. Bununla belə, o  zaman yaradılan “Polisario Qurtuluş Cəbhəsi” üsyançı hərəkatı 1976-cı ildə “Sahara Ərəb Demokratik Respublikası”nı elan etmişdi. Üsyançıların təzyiqi ilə Mavritaniya 1979-cu ildə qoşunlarını geri çəkmiş və nəticədə ərazinin 80 faizi hərbi cəhətdən daha güclü olan Mərakeş Krallığının nəzarəti altına keçmişdi. “Polisario Cəbhəsi” hazırda yalnız Mavritaniya sərhədi boyunca əraziyə və Əlcəzairlə sərhəddəki dar bir zolağa nəzarət edir. O vaxtdan həmin ərazi Əlcəzair və Mərakeş arasında münasibətlərə mənfi təsir göstərir. 
Əlbəttə, hər iki ölkənin öz arqumenti var. “Polisario Cəbhəsi” və Əlcəzair dekolonizasiya prosesinin bir hissəsi kimi referendumun keçirilməsini nəzərdə tutan 1991-ci il BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrasını tələb edirlər. Doğrudur, referendum dəfələrlə keçirilsə də, hər dəfə uğursuzluqla nəticələnmişdi. 2007-ci ildə Mərakeş adaya geniş muxtariyyət statusu verilməsinə razı olduğunu açıqlamışdı. Bölgənin bəzi ölkələri Əlcəzair-Sahara variantını, xüsusən də Qərb gücləri, məsələn, ABŞ, İngiltərə və İspaniya, 2022-ci ildə Mərakeşi dəstəkləyirlər. İndi bu sıraya Fransa da qoşuldu. Şərhçilər deyirlər ki, prezident Makronun məktubu Əlcəzair və Fransa arasında münasibətləri istiləşdirmək üçün illərlə aparılan səylərə son qoyur. 
Ümumiyyətlə, Əlcəzair və Fransa arasında heç vaxt dostluq münasibətləri olmayıb. İki ölkənin münasibətlərinə Fransanın işğalçılıq keçmişi hələ də güclü təsir göstərir. Əlcəzairin milli ideologiyası əsasən keçmiş metropoliya ilə qarşıdurmaya və Fransadan müstəqillik əldə etməyə əsaslanır. Xatırladaq ki, Fransa 1830-cu ildə Əlcəzairi işğal etmişdi. 1962-ci ildə Əlcəzair müstəqilliyini qazanana qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün bir asimilyasiya prosesi gerçəkləşdirmişdi. 1954-cü ildən 1962-ci ilə qədər Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə 1 milyon əlcəzairli həyatını itirmişdi. Fransızlar 1945-ci ilin martında 45 min əlcəzairlini, 1952-ci ildə Konstantin şəhərində 230 nəfəri qətlə yetirmişdilər. 1961-ci ildə Parisdə 300 əlcəzairli öldürülmüşdü. Uşaqlara, qadınlara, qocalara, ümumiyyətlə, hamıya qarşı soyqırımı həyata keçirilmişdi. Fransa qadağan olunmuş silahlardan istifadə edərək Əlcəzair xalqını məhv etməyə çalışmışdı. 
İndi bütün bunlarında fonunda Fransa – Əlcəzair arasında növbəti diplomatik böhran yaşanır. Bunun əsas səbəbkarının da Emmanuel Makronun “uzaqgörən siyasətinin” olduğu bildirilir. Onsuz da Afrikada mövqelərini ard-arda itirən Parisin təbii resurslarla zəngin Əlcəzair ilə də əlaqələrinin minimuma enməsi kimsəni təəccübləndirmir.

S.ELAY 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri