Yenə təyyarə qəzası ÖLƏNLƏR VAR
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
ABŞ-ın Arizona ştatında təyyarə qəzası baş verib. Qəza nəticəsində ən azı iki nəfərin həyatını itirdiyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Tukson şəhərinin yaxınlığında, Maranya dairəsində yerləşən hava limanının ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, havada “Cessna 172S” və “Lancair 360 MK II” tipli yüngül təyyarələr toqquşub. Qəzadan sonra təyyarələrdən biri təhlükəsiz eniş etməyə müvəffəq olub, digəri isə uçuş-enmə zolağına az qalmış yerə çırpılaraq yanmağa başlayıb.
Maranya polis idarəsi qəzada həlak olan iki nəfərin eyni təyyarədə olduğunu, digər təyyarədəki iki şəxsin isə sağ qaldığını açıqlayıb. Hadisənin səbəbləri araşdırılır.
Baxış sayı:142
Bu xəbər 20 Fevral 2025 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















