Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Yeni 11 sentyabr müəmması... XXI əsrin Frans Ferdinandı

Yeni 11 sentyabr müəmması... XXI əsrin Frans Ferdinandı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Kirkin ölümü siyasi palitraya nə vəd edir?

Analitiklər yeni qlobal müharibə anonsu səsləndirir

Sentyabrın 10-da ABŞ-da  Yuta Universitetinin kampusunda keçirilən siyasi və maarifləndirici tədbir zamanı xristian mühafizəkar fəal, prezident Donald Trampın tərəfdarı və nüfuzlu bloger Çarli Kirk boynundan güllə ilə öldürüldu. O, sol-liberal baxışlı gənclərin nümayəndələri ilə, əsasən tələbələrlə debatları ilə tanınırdı.

Tramp onu “şəhid” adlandırdı...

31 yaşlı nüfuzlu blogerin ölümü onunla yaxın münasibəti olan Prezident Tramp tərəfindən də məyusluqla qarşılanıb. Tramp xüsusi müraciətində bildirib ki, “Çarli milyonlarla insanı ilhamlandırdı. O, azadlıq, demokratiya, ədalət və Amerika xalqı üçün mübarizə apardı. O, həqiqət və azadlıq uğrunda şəhid oldu”.  Kirkə qarşı sui-qəsd onun demokratlar arasında olan siyasi və ideoloji rəqibləri tərəfindən də pisləndi. Məsələn, sosialist konqresmen Alexandria Ocasio-Cortez “X” səhifəsində siyasətdə zorakılığın yolverilməzliyini vurğuladı. Nyu-York merliyinə namizəd, demokrat (və özünü sosialist adlandıran) Zöhran Mamdani də sosial mediada Kirkə qarşı sui-qəsdi pisləyib. İsrailin baş naziri Benyamin Netanyahu da hadisəyə münasibət bildirib. “Çarli Kirk həqiqət və azadlığın müdafiəsi üçün öldürüldü. İsrailin ən cəsur dostu, yalanlara qarşı mübarizə apardı və yəhudi-xristian sivilizasiyasını müdafiə etdi. Cəmi iki həftə əvvəl onunla danışdım və onu İsrailə dəvət etdim”, - deyə baş nazir “Facebook” səhifəsində yazıb. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, Kirkə hücum ABŞ-da ciddi daxili böhranı əks etdirir. “Bu hadisə təkcə Amerika siyasəti üçün deyil, həm də bütün dünya üçün vacibdir: sağlam düşüncəni müdafiə edən və isteriya əleyhinə olan bir şəxsə sui-qəsd ABŞ-dakı parçalanmanın dərinliyini göstərir”, - Dmitriyev Teleqram kanalında yazıb. O, Kirkin Rusiya ilə ABŞ arasında dialoqa çağırdığını da xatırladıb.

Mühafizəkar Kirk...

Kirk siyasətə 17 yaşında, məktəbli kimi fəaliyyətilə başlayıb. Həmin vaxt o, İllinoys ştatından senator Mark Kirkin (qohumluq əlaqəsi yoxdur, 2010-2017-ci illərdə senator olub) seçki kampaniyasında könüllü kimi iştirak edib.  “Chicago Tribune”nin yazdığına görə, fəal Kirk məktəbin son ilində məktəb bufetində peçenye qiymətlərinə etiraz aksiyası keçirib. Sonra o, “Breitbart News” (ultra-mühafizəkar resurs) və “Fox Business” TV kanalı (“Fox Corporation” media holdinqinin bir hissəsi) kimi mühafizəkar nəşrlərlə ekspert kimi əməkdaşlığa başlayıb.

2012-ci ildə Kirk mühafizəkar fəal Bill Montqomeri ilə birlikdə “Turning Point USA” (TPUSA) qeyri-kommersiya təşkilatını təsis edib. Məqsədi gəncləri mühafizəkar siyasətə cəlb etmək, həmçinin kollec, universitet və digər təhsil müəssisələrində eyni dəyər gündəmini təbliğ etmək olan təşkilat mühazirələr, ustad dərsləri və konfranslar keçirib. TPUSA-nın himayəsi altında keçirilən böyük siyasi konfransların qonaqları arasında Tramp və məşhur jurnalist Taker Karlson da olub.

Donald Trampın 2020-ci il seçkilərində məğlubiyyətindən sonra Kirk siyasi kampaniya zamanı saxtakarlıq iddiaları ilə bağlı məlumatlar yayıb. 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan əvvəl Kirk öz təşkilatlarının Vaşinqtona “80 avtobus vətənpərvər” göndərdiyinə dair xəbər yayıb. Bir müddət sonra “Turning Point” nümayəndəsi yeddi avtobus olduğunu bildirib.

Bu hadisələrdən sonra Kirk iddia edib ki, bu olaylar “üsyan” deyildi və Tramp tərəfdarlarının mövqeyini əks etdirmir. Məsələ üzrə Nümayəndələr Palatasının xüsusi komitəsinin dinləmələrində o, özünə qarşı ifadə verməmək hüququndan istifadə edib.

2024-cü il seçkiləri ərəfəsində Kirk “You’re Being Brainwashed” (“Sizin beyniniz yuyurlar”) adlı tur çərçivəsində 25 universiteti ziyarət edib. Onun məqsədi gənclərin siyasi fəallığını stimullaşdırmaq olub. Bildirib ki, tur sosial şəbəkənin müxtəlif platformalarında təxminən iki milyard baxış toplayıbmış. Donald Trampın qələbəsində bunun “həlledici rol” oynadığı deyilir.

Çarli Kirkin Ukrayna ilə bağlı mövqeyi isə tam fərqli olub - o, Ukrayna prezidentini müharibəni bitirməməkdə ittiham edib. Kirk hesab edirdi ki, Rusiyanı və onun Prezidenti Putini sevməməsinə baxmayaraq,  ABŞ Rusiyanı düşmən kimi görməkdə “səhv edir”.

İran, Rusiya, Ukrayna və Bəşər Əsəd...

Qətllə bağlı ən maraqlı və diqqətçəkən məqam tarixdir - 2001-ci ilin 11 sentyabr terrorundan düz 24 il sonraya təsadüf edən Kirk terroru müəyyən mənada mesaj xarakteri də daşıya bilər. Xatırladaq ki, 2001-ci il terroru zamanı cinayəti “əl-Qaidə”nin törətdiyi rəsmi etiraf edilmişdi.  Hadisədən sonra ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri Əfqanıstana hərbi müdaxilə etdi. 

Bir çox analitiklər Kirkin ölümünü III Dünya müharibəsinin başlanmasına səbəb kimi də göstərirlər. Onların fikrincə, Kirk bu müharibənin “Frans Ferdinandıdır”...

Bu dəfəki terrorun arxasında dayanan “qüvvələr” ilə bağlı da artıq müzakirələr başlayıb. Siyasi analitiklər “ittiham olunanlar” sırasında bir çox adlar çəkir. Siyahıda ötən ilin dekabrında devrilmiş Suriya Əsəd rejimindən başlayaraq İran, hətta Rusiya və Ukrayna adlarına da təsadüf olunur. Kirkin İsrail ilə münasibətlərini bu qətldə səbəb kimi göstərənlər qatillərin siyahısını məhz anti-İsrail tezisləri üzərindən hazırlamaq gərəkdiyini yazır.

Venesula hədəfdə - bu dəfəki 11 sentyabr kimə “həsr” olunacaq?

Maraqlı versiyalardan biri isə sol qüvvələrlə bağlıdır. Daha doğrusu, Kirkin sol təmayülə mənfi münasibəti onları və bu təmayülü dəstəkləyənləri də şübhəli siyahısına “əlavə edib”. Qeyd edək ki, bir müddətdir ki, sol qüvvələrin hakimiyyətdə olduğu Venesuela ilə ABŞ arasında siyasi narahatlıqlar müşahidə olunmaqdadır. Son zamanlar ABŞ-ın Venesuelada narkotik dövriyyəsinə qarşı əməliyyat keçirəcəyi və bu məqsədlə ölkəyə qoşun yeridəcəyi bildirilir. Qətli bu epizodla əlaqələndirənlərin fikrincə, Birləşmiş Ştatların Venesuelaya qoşun yeritməsi ehtimalı mövcuddur.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri