Yeni açılan restoranın işçisi cərimələndi Jurnalistin mikrofonunu vurmuşdu
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Uğur Ocağı” restoranında jurnalistə hücum etməkdə ittiham olunan xanım işçi cərimələnib.
Yenisabah.az xəbər verir ki, Xırdalanda yeni istifadəyə verilən “Uğur Ocağı” restoranında səsgücləndiricilər vasitəsi ilə gecə saatlarınadək musiqi səsləndirilirmiş.
Sakinlər çoxsaylı şikayətlərdən sonra “Xəzər TV”yə çəkiliş üçün müraciət ediblər. Restoranda kassir işləyən 1990-cı il təvəllüdlü Zülfiyyə Bağırova çəkilişə mane olmaq istəyib. Bu zaman peşə fəaliyyətini yerinə yetirən jurnalistin mikrofonunu vuraraq yerə salıb. Toyuqlu pizza
Z.Bağırova bildirib ki, jurnalistin mikrofonunu məqsədli şəkildə yerə salmayıb. Deyib ki, jurnalistin onu çəkməsinə etiraz edib:
“Mən etiraz etsəm də, çəkməyə davam edirdi. Mən çölə çıxmaq istəyəndə arxamca gəlirdi. Geri dönəndə bilmədən əlim dəydi”.
Məhkəmənin qərarı ilə Zülfiyyə Bağırova xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilib.//Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 10 Avqust 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















