Yeni araşdırma Trampın parasetamol və autizm arasında əlaqə nəzəriyyəsini təkzib etdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın hamiləlik dövründə parasetamol qəbul etməyin uşaqlarda autizm yaratması barədə iddiası böyük bir yeni araşdırma nəticəsində təkzib edilib.
Oxu.Az xəbər verir ki, məlumatı "The Guardian" yayıb.
Ötən il D.Tramp hamilə qadınları hamiləlik dövründə parasetamolun (ABŞ-də bu dərman "Tylenol" ticarət markası altında satılır) zərərləri barədə xəbərdar etmiş və onun istifadəsinin "autizm riskinin artırdığını" iddia etmişdi. "The Lancet Obstetrics, Gynaecology & Women's Health" jurnalında dərc olunmuş 43 tədqiqatın əsas icmalı isə bunu təkzib edir.
"Bu sistematik araşdırma və meta-analiz ananın hamiləlik dövründə parasetamol istifadəsinin uşaqlarda autizm spektr pozğunluğu və ya əqli əlillik riskini artırdığına dair heç bir dəlil tapmadı", - deyə tədqiqatda bildirilib.
Tədqiqat müəllifləri qeyd edirlər ki, ailələrdə autizm xüsusiyyətlərinin inkişaf meyli də daxil olmaqla, ailə və genetik amillər parasetamolun hər hansı birbaşa təsirindən daha inandırıcı izahatlardır.
Müəlliflər, həmçinin qadını hamiləlik dövründə müntəzəm olaraq parasetamol qəbuluna sövq edən əsas tibbi vəziyyətin uşağın neyropsixoloji inkişafının formalaşmasında daha vacib rol oynaya biləcəyini bildirirlər.
Xatırladaq ki, D.Tramp sentyabrın 22-də Ağ Evdə keçirilən mətbuat konfransında bu dərman haqqında danışmışdı. "Tylenol" qəbul etmək zərərlidir... Bütün hamilə qadınlar hamiləlik dövründə bu dərmanın istifadəsini məhdudlaşdırmaq barədə həkimləri ilə danışmalıdırlar", - deyə o bildirmişdi.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı da D.Trampın açıqlamalarını təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















