Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyası hər zaman öz idarəetmə strategiyası ilə uğur və nüfuz qazanıb DEPUTAT

Yeni Azərbaycan Partiyası hər zaman öz idarəetmə strategiyası ilə uğur və nüfuz qazanıb DEPUTAT

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yeni Azərbaycan Partiyası hər zaman öz idarəetmə strategiyası ilə uğur və nüfuz qazanıb" - DEPUTAT

"Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın taleyini düşünən insanlar xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşərək, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsünü irəli sürmüşlər:

"Ölkəmizin yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunmuşdur.

Ulu Öndər Heydər Əliyev həmin vaxt 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabında bildirmişdir ki, "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edilmiş Təsis Konfransında Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı".

Deputat söyləyib ki, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir

"Ulu Öndərin siyasi düşüncələri, davranışları və addımları sayəsində Partiya qısa zamanda inkişaf etdi və özünün qeyd etdiyi kimi "dünənin, bu günün və sabahın partiyası"na səviyyəsinə yüksəldi. Bu partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir.

26 mart 2005-ci ildə keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayında partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir.

Yeni Azərbaycan Partiyası Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.

Hazırda YAP-ın 730 354 üzvü var. "Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Prezident cənab İlham Əliyev Partiyanın VII qurultayında çıxışı zamanı qeyd etmişdir ki, "Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq".

5 mart 2021-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilmiş qərar əsasında Partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq Partiyanın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilmişdir. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır".

Deputat vurğulayıb ki, bu gün cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir:

"Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün Yeni Azərbaycan Partiyası hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi Yeni Azərbaycan Partiyasının təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın "iqtidar-xalq" modelinin qüsursuz fəaliyyətətini, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli iclasında təsdiq edilmiş Partiyanın yeni Proqramı 5 - "Partiyanın inkişafı və uğurları", "Siyasi dəyərlər və prinsiplər", "Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları", "Partiyanın əsas hədəfləri" və "Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya" fəsillərdən ibarətdir. Həmçinin Partiyanın siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət, 11 strateji hədəf və Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar müəyyən olunub.

Ölkəmizdə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 20 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see278

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri