Icma.az
close
up
RU
Статья не опубликована
Yeni Azərbaycan qəzeti Milli Şura rəhbərliyinin Putinə gizli məktubunu yayıb SİYASİ SKANDAL

Yeni Azərbaycan qəzeti Milli Şura rəhbərliyinin Putinə gizli məktubunu yayıb SİYASİ SKANDAL

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

"2013-cü ildə "milli şura” adlı antimilli dəstə Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlamışdı. Mətbuatda məktubla əlaqədar müəyyən məqamlar yer alsa da, onun tam mətni yayılmamışdı. "Yeni Azərbaycan" qəzeti olaraq zaman-zaman sözügedən məsələyə toxunaraq şərhlər vermişik. Amma bugünlərdə həmin müraciətin tam mətni ilə əlaqədar redaksiyamıza məlumat daxil olub. Daha dəqiq desək, vaxtilə qondarma "milli şura"da təmsil olunmuş şəxslərdən biri Rusiya Prezidentinə ünvanlanmış məktubu bizə göndərib".

Bu barədə hakim Yeni Azərbaycan Partiyasının nəşri olan "Yeni Azərbaycan" qəzetinin yaydığı materialda deyilir. Qəzet jurnalistikanın etik prinsip və normalarına riayət edərək məktubu olduğu kimi dərc edib:

"Hörmətli Vladimir Vladimiroviç.

Sizə Şərqdə ilk demokratik respublika yaratmış Azərbaycan Respublikasında fəaliyyət göstərən Demokratik Qüvvələrin Milli Şurası adından müraciət etməkdən məmnunluq duyuruq.

Azərbaycan dövlətinin yaxın qonşusu, etibarli strateji tərəfdaşı olan bir ölkənin Prezidenti və xalqımızın sadiq dostu kimi Sizin ədalətinizə inanır, səmimiyyətinizə güvənirik.

Siz demokratik və hüquqi dövlətin qurucusu, dünya siyasətində öz liderlik keyfiyyəti ilə fərqlənən tarixi şəxsiyyətsiniz. Rəhbəri olduğunuz Rusiya Federasiyası beynəlxalq münasibətlər sistemində legitim və aparıcı qüvvə kimi haqlı və prinsipial mövqeyi ilə fərqlənir. Eyni zamanda, ölkə daxilində həyata keçirdiyiniz demokratik islahatlar region dövlətləri, o cümlədən qonşu Azərbaycan üçün nümunə təşkil edir.

Zati-alinizə məlumdur ki, bu gün Azərbaycanda demokratik ənənə və dəyərlərə zidd siyasət həyata keçirilir, bütün hüquq və azadlıqlar boğulur. Gerçək müxalifətin bütün sivil mübarizə imkanları məhdudlaşdırılıb və sərbəst fəaliyyətinə ciddi maneələr yaradılıb.

Qətiyyətli və demokratik Lider kimi Sizə müraciət etməkdə məqsədimiz ölkəmizdə bütün siyasi məhbusların azad edilməsi, media və sərbəst toplaşma azadlığının təmin olunması, siyasi partiyalar və vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinin bərpa edilməsi, siyasi fəallara qarşı təqiblərə və korrupsiyaya son qoyulması və digər bu kimi məsələlərdə xalqımıza köməklik gostərməyinizi xahiş etməkdir.

Xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirik ki, hazırkı iqtidar heç bir halda ölkədə demokratik mühit yaratmaq arzusu və niyyətində deyil. O səbəbdən ya Sizin iradənizlə Rusiya Federasiyası kimi qüdrətli və ədalətli bir dövlət bu hakimiyyətə sanksiya tətbiqi də daxil olmaqla müxtəlif üsullardan istifadə etməklə ciddi təzyiq göstərməli, ya da hazırkı siyasi komanda qəti şəkildə hakimiyyətdən uzaqlaşdırılmalıdır.

Xahişimizi nəzərə alaraq yardımçı olacağınız təqdirdə, Demokratik Qüvvələrin Milli Şurası olaraq hər cür güzəştə getməyə və istisnasız olaraq bütün məsələlərdə qarşınızda istənilən öhdəliyi götürməyə hazırıq.

Hörmətlə,
Demokratik Qüvvələrin Milli Şurası adından:

Cəmil Həsənli
Əli Kərimli
Tofiq Yaqublu
Gültəkin Hacıbəyli
Kamil Vəli Nərimanoğlu
Qubad İbadoğlu
Vidadi Mirkamal
Nurəddin Mustafayev
Mehman Əliyev".

Məktubun dərci ilə yanaşı nəşr müəlliflərə bir neçə replika ünvanlayıb.

"Yeni Azərbaycan" qəzeti soruşub:

"Məktubun mətni "milli şura" adlı xəyanətkar yığıncaqda təmsil olunan ünsürlərin, bütövlükdə redikül müxalifətin riyakarlığını bir daha aşkara çıxarır. Bu gün Rusiya Prezidentinin ünvanına "işğalçı", “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr səsləndirən Cəmil Həsənli, Əli Kərimli və digər "şuraçı" yoldaşları nə üçün 2013-cü ildə yazdıqları məktubda Vladimir Putini "qətiyyətli və ədalətli lider" “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar?

Bir ölkənin başçısına necə olur ki, gah “diktator”, gah “demokrat” deyə müraciət olunur? Bu sevgi və nifrət haradan qaynaqlanır? Reallıq dəyişib? Xeyr, hər şey olduğu kimi və yerindədir: dəyişən, sadəcə olaraq, siyasi buqələmunların rəngidir.

Nəhayət, məktubda yer alan "Demokratik Qüvvələrin Milli Şurası olaraq hər cür güzəştə getməyə və istisnasız olaraq bütün məsələlərdə qarşınızda istənilən öhdəliyi götürməyə hazırıq" fikri həmin ünsürlərin xəyanətkar mövqeyini əks etdirir. Onlar başqa bir dövlətin başçısına bu cür xitab etməklə "hakimiyyətə gələcəyimiz təqdirdə, milli məsələlər də daxil olmaqla istənilən şərt və istəyinizi yerinə yetirəcəyik" mesajı verməyə çalışırlar.

Necə deyərlər, görünən dağa bələdçi lazım deyil və yaxud əlavə sözə nə hacət..."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 26 Yanvar 2025 02:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see244

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see234

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see228

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see200

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see168

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see164

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see150

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see147

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see142

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see140

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see140

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see138

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see137

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see135

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see134

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see128

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see127

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see127

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see125

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri