Icma.az
close
up
RU
“Milli Şura” pul qarşılığında “siyasi məhbus” siyahıları hazırlayır ANALİZ

“Milli Şura” pul qarşılığında “siyasi məhbus” siyahıları hazırlayır ANALİZ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Sübuta yetirilir ki, istər daxildəki dağıdıcı məxluqlar, istərsə də ki, xaricdəki antimilli ünsürlər, eləcə də ermənipərəst dairələr Azərbaycana qarşı daha çox “siyasi məhbus” termini ilə öz ağılları ilə təzyiq etməyi düşünürlər. Bir-birini təkzib edən, bir-birinin ziddinə olan siyahılardan görünür ki, oğurluqla, cibgirliklə, qaçaqmalçılıqla, məşğul olan, avtoxuliqanlıq etməklə cəmiyyətə hörmətsizlik göstərən, vergi cinayətləri törədən və digər əməllərə görə həbs olunanları dağıdıcı müxalifət “siyasi məhbus” olaraq təqdim etməyə çalışır. Daha doğrusu, ironiya ilə qarşılanan “siyahılar” xarici ağalarına təqdim edirlər. Ağaları da müəyyən hesabatlar hazırlayır və özlərinə yaxın təxribat maşını funksiyasını yerinə yetirən mətbu orqanlar vasitəsi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Təbii ki, ağıllı, geniş bilgilərə malik dünya ictimaiyyəti yalan üzərinə hazırlanan hesabatları gülüşlə qarşılayıb, qəzəblə rədd edirlər. Bu baxımdandır ki, özlərini beynəlxalq aləmə insan haqlarının müdafiəsi üzrə ixtisaslaşmış təşkilatlar kimi göstərməyə çalışan “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” və digərləri sifarişli hesabatlar yaymaları səbəbindən ciddi təşkilatlara çevrilə bilmirlər. Digər tərəfdən sözügedən təşkilatların Azərbaycana qarşı qərəzli olduğu Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın azərbaycanlının işğal zamanı hüquqlarının pozulmasından bir kəlmədə yazmayıb və ya hesabatlar təqdim etməyib. Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması, jurnalistlərin öldürülməsi, fikir adamlarının yazdıqları yazılara görə həbs olunması, kütləvi aksiyaların vəhşiliklə dağıdılması, mitinqə çıxanların zərərsizləşdirilməsi üçün silahlardan atəş açılması və digər rüsvayçı hallarla bağlı danışmayıblar susmağa üstünlük veriblər. Azərbaycanda hansısa xırda bir məişət hadisəsi baş verən də hay-küy qaldırıb, öz mənəviyyatsızlıqlarını ortaya qoyublar. Bütün bu kimi şou xarakterli hay-küylərin arxasında isə onlara verilən tapşırıqlara dayandır.

Milli Şuranın yeni fırıldağı üzə çıxdı

Araşdırmalara əsasında üzə çıxan faktlar təsdiq edir ki, xarici maraqlı dairələrin Azərbaycandakı təmsilçiləri qarşısında qoyduğu əsas tələb, xırda da olsa insan hüquqları ilə bağlı pozuntuları aşkarlayıb, onları Avropada yerləşən mərkəzə ötürməkdir. Ona görə də, dağıdıcı müxalif məxluqlar, xüsusilə də Milli Şurada və AXCP -də təmsil olunan şəxslər Azərbaycanın ən ucqar kəndində baş verən ailədaxili narazılığı qlobal problem kimi dəyərləndirib “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” və digər təşkilatlara, eləcə də maddi yardımlar aldıqları mərkəzlərə çatdırırlar. Ən gəlirli sahə “siyasi məhbus” məsələsi olduğu üçün Milli Şura və AXCP rəhbərliyi daha çox bu məsələdən yaralanmağa çalışırlar. Onlar üçün “siyahı”lara kimlərin adlarını əlavə etmək problem deyil. Hətta cani, qaniçən, terrorçu, insan qatili olsa belə, onların pul qarşılığında adları siyahılara salına bilər. Artıq sübuta yetirilir ki, Milli Şuranın və AXCP-nin əldə etdikləri qrantların müəyyən hissəsi “siyasi məhbus” siyahıları ilə bağlı açıqlamalarla çıxış etmələri həll edilir. Hətta Milli Şuranın rəhbəri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli pul qarşılığında oğurluq edən, cibgirliklə məşğul olan şəxslərin adlarını da “siyasi məhbus” siyahılarına salırlar. Milli Şurada təmsil olunmuş, lakin sonradan oranı tərk etmiş adının çəkilməsini istəməyən ...m... ....r...-nin dediyinə görə, “siyasi məhbus” siyahısının 157 nəfərdən 219 nəfərə çatdırılmasında tərəflərarsında maliyyə sövdələşmələrinin rolu olub. Onun sözlərinə bir nəfərin “siyasi məhbus” siyahısına salınması üçün 5 min manatdan 12 min manata qədər maliyyə vəsaiti tələb olunur. “Adların “siyasi məhbus” siyahısına salınması həbsdə olan şəxsə hansı imtiyazlar verir” sualımıza keçmiş Milli Şura üzvü qısa cavab verdi: “heç nə”. Əlavə olaraq qeyd edir ki, sadəcə olaraq həbs olunan şəxs “siyasi məhbus” siyahısında adının olması ilə ictimaiyyət arasında populyarlıq qazanmağa ümid edir.

Qeyd etdiyimiz kimi, siyahı alverində AXCP sədri Əli Kərimlinin və Cəmil Həsnlinin daha fəal olduqları görünür. Çünki onların irəli sürdüyü siyahıda adlar fərqli olmaqla yanaşı, həm də “zəngin”dir. Onların iddiasına görə, qaçaqmalçılıq maddəsi və dələduzluq ittihamı ilə həbs olunan Ələsgər Məmmədli, Müşfiq Cabbarov, Anar Məmmədov, İbrahim Hümbətov, Hafiz Babalı, Taleh Bağırzadə, Nazim Məmmədov (Baydəmirli), Akif Qurbanov və bu kimi digər konkret cinayət əməli törətdiklərinə görə həbs olunan şəxslər “siyasi məhbus” hesab olunurlar. Halbuki, sözügedən şəxslərin əksəriyyəti istintaqda özlərini təqsirli bildiklərini etiraf edib və fəaliyyətlərində hər hansı siyasi əməl olmadığını qeyd ediblər.

“Siyasi məhbus” şousu dağıdıcı müxalifəti bitirəcək

Faktlara istinad etməklə demək olar ki, cinayət törətməyə öyrəncəli olan A.Məmmədli haqqında 29 oktyabr 2013-cü il tarixdə AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb. 2013-cü ildə keçirilən prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən haqqında cinayət işi qaldırılıb və o, 5 il 6 ay azadlıqdan məhrum olunub. Ancaq ölkə Prezidentinin 17.03.2016-cı il tarixli əfv sərəncamı ilə həbsdən azad edilib. A.Məmmədli göstərilən humanistliyi dəyərləndirib, normal fəaliyyətini qurmaq əvəzinə cinayət fəaliyyətini davam etdirib. Ümumiyyətlə A.Məmmədlinin rəhbərlik etdiyi “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara ötürüb.SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), "German Marşal" fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edib. Sübuta yetirilib ki, SMDTM-in fəaliyyəti ABŞ-nin "Beynəlxalq İnkişaf Agentliyi” (USAİD), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDİ), Çexiyanın “Prague Civil Society Center” təşkilatları tərəfindən maliyyələşdirilib. 07 fevral prezident seçkiləri ilə bağlı Anar Məmmədli təxribat xarakterli hesabatın hazırlanmasına xidmət edəcək müşahidəçilər toplamaq üçün böyük canfəşanlıq göstərsə də, yalnız cəmi 50-60 müşahidəçi toplaya bilib. Bu da insanların onu təxribatçı kimi tanıdıqlarını və çirkin məqsədinin nədən ibarət olduğunu tam şəkildə anlamalarından irəli gəlir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluq xarici donorlardan külli miqdarda pul alsa da, müşahidəçilərə 40-50 manat pul verib. Heç şübhəsiz ki, aldığı qrantlardan müəyyən qədər Ə.Kərimliyə də ötürüb. Qarşılığında A.Məmmdlinin təşkil etdiyi təxribatçılardan ibarət müşahidəçilərinin az qala 80 faizini AXCP Gənclər Komitəsinin üzvləri təşkil edirlər. Belə bir şəxsi “siyasi məhbus” olaraq təqdim etmək rüsvayçılıqdır və hüquqa, qanunlara qarşı hörmətsizlikdir.

Bir neçə şəxsə qarşı hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan N.Məmmədov (Baydəmirli) da “siyasi məhbus” olmadığını bildirib. N.Məmmədov məhkəməsində onun adının “siyasi məhbus” olaraq çəkilməsinin yolverilməz olduğunu bildirib və buna görə dağıdıcı müxalifət təmsilçilərini sərt şəkildə qınayıb. Bütün bunlar Əli Kərimlinin, Cəmil Həsənlinin və digər “siyasi məhbus” siyahıları tərtib etməklə gəlir əldə etməyə çalışanların ifşası və iflası deməkdir. Hesab etmək olar ki, bundan sonra onlar siyasi fəaliyyətlərinə son verib istefaya getməlidirlər. Çünki yalan üzərində qurulan hekayələrin onların məhvinə, ən azı “siyasi məhbus” hesab etdikləri şəxslərin yanına göndərilmələrinə gətirib çıxara bilər.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see177

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see161

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see155

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see155

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see153

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see145

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see141

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see140

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see130

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see130

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see128

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see126

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see126

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see126

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see125

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see125

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see123

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see121

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see121

Balakəndən keçən İnterçaydan sel keçir

27 Sentyabr 2025 13:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri