Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Yeni binadan ev və ya obyekt alanların diqqətinə! Yeni qərar verildi

Yeni binadan ev və ya obyekt alanların diqqətinə! Yeni qərar verildi

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işi çərçivəsində baxılmış mülki iddiaya dair qəbul edilmiş hökmün icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib

Adalet.az xəbər verir ki, işin hallarına görə, birinci instansiya məhkəməsinin hökmü ilə sökülmüş binada zərərçəkmiş şəxsə məxsus qeyri-yaşayış sahələrinin əvəzində həmin ünvanda inşa edilmiş yeni binada eyni ölçüdə, tam təmirli qeyri-yaşayış sahələrinin QSC tərəfindən naturada təhvil verilməsi, bina istismara verilənədək aylıq 1.200 manat məbləğində icarə haqqının ödənilməsi qərara alınıb.

Sonradan zərərçəkmiş şəxs hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Ərizədə göstərilib ki, hökm yeni binada təhvil veriləcək qeyri-yaşayış sahələrinin konkret yerləşdiyi yer, istiqaməti və digər xüsusiyyətlərini müəyyən etmədiyindən, bu hal icra mərhələsində müxtəlif yanaşmalara və zərərçəkmiş şəxsin hüquqlarının tam bərpa olunmamasına səbəb ola bilər.

Birinci instansiya məhkəməsi hökmün kifayət qədər aydın olduğunu bildirərək ərizəni təmin etməyib, apellyasiya instansiyası da həmin qərarı qüvvədə saxlayıb. 

Ali Məhkəmə isə qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsində cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarının izah edilməsini birbaşa tənzimləyən norma nəzərdə tutulmasa da, CPM-in 179.2-ci maddəsinə əsasən belə hallarda Mülki Prosessual Məcəllənin müvafiq normaları tətbiq oluna bilər. Məhkəmə vurğulayıb ki, MPM-in 230.1-ci maddəsi işə baxmış məhkəməyə qəbul etdiyi və ləğv edilməmiş məhkəmə aktını onun məzmununu dəyişdirmədən izah etmək səlahiyyəti verir. Bu institutun məqsədi qərarı dəyişdirmək deyil, onun düzgün başa düşülməsini və qanunauyğun icrasını təmin etməkdir.

Ali Məhkəmənin mövqeyinə görə, cinayət işi çərçivəsində baxılmış mülki iddia üzrə qəbul edilmiş qərarın icrası zamanı qeyri-müəyyənlik yaranarsa və ya belə ehtimal mövcud olarsa, həmin qərarın izah edilməsi hüquqi müəyyənliyin təmin olunmasına və məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edir.

Məhkəmə xüsusi olaraq vurğulayıb ki, naturada zərərin əvəzinin ödənilməsi yalnız əmlakın sahəsinin eyni olması ilə məhdudlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinin mənasına görə, zərərçəkmiş şəxsin əvvəlki hüquqi vəziyyəti mümkün qədər bərpa edilməlidir. Buna görə də təqdim ediləcək əmlakın funksional təyinatı, istifadə imkanları və iqtisadi dəyəri də nəzərə alınmalıdır. Əks yanaşma məhkəmə qərarının formal icrasına səbəb ola bilər, lakin zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının real bərpasını təmin etməz. Qeyd edilib ki, hökmün mülki iddiaya dair hissəsində bu məsələlərin konkretləşdirilməməsi icra mərhələsində ziddiyyətli yanaşmalara səbəb ola və mülkiyyət hüququnun səmərəli müdafiəsini çətinləşdirə bilər. Belə hallarda qərarın izah edilməsi məhkəmə aktının məzmununun dəyişdirilməsi deyil, onun düzgün icrasının təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir.

Ali Məhkəmə yekunda belə nəticəyə gəlib ki, zərərçəkmiş şəxsin hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə müraciəti qanuna uyğundur və əsassız hesab edilə bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 İyun 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri