Icma.az
close
up
RU
Yeni dəb: kişilərin dodaq dodağa öpüşməsi...

Yeni dəb: kişilərin dodaq dodağa öpüşməsi...

Bakupost saytına istinadən Icma.az xəbər verir.



Sədaqət Kərimova, Yazıçı

Son illər kişilərin görüşərkən öpüşməsi Azərbaycanda az qala bir davranış modelinə çevrilib. Bir vaxtlar qəribə görünən bu jestlər indi cəmiyyət tərəfindən adi qarşılanır, hətta bəzən mehribanlıq göstəricisi kimi təqdim olunur. Söhbət üzdən, yanaqdan dəfələrlə öpməkdən, qucaqlaşmaqdan, hətta bəzən dodaq-dodağa təmasdan gedir. Nə deyirsiniz, deyin, xoşlamıram bu dəbi, qəbul edə bilmirəm onu. On beş – iyirmi il əvvəl belə görüşlərlə təsadüfən rastlaşardıq. İndi isə kişilərin marça-murçla öpüşməsi adı hala çevrilib. Halbuki bir vaxtlar Qafqazda kişilər arasında belə davranışlar nəinki olmayıb, hətta qeyri-etik sayılıb.

Bu dəyişikliyin arxasında nə dayanır? Qloballaşmanın gətirdiyi ünsiyyət formaları? Sosial şəbəkə nümayişçiliyi? Bəlkə emosional yaxınlıq axtarışı? Əslində isə bu, mədəniyyət kodlarımızın necə və nə qədər dəyişdiyini göstərən bir göstəricidir.

Azərbaycan və ümumiyyətlə Qafqaz mədəniyyəti tarixən ciddi davranış formaları ilə seçilib. Ənənəvi kişi görüşü - bir-birinə əl vermək, bəzən çiyinlə toxunmaq, başını azacıq əyməklə salam vermək həm ehtiram, həm də təmkinin təcəssümü idi. Bu jestlər həm sərt, həm də səmimi idi. Hər jest bir məna daşıyırdı, hər davranışın arxasında dayanan dəyərlər bütövlüyü vardı.

Bu gün isə bu sadə və dərin jestlərin yerini bəzən qeyri-səmimi, hərdən təqlidçi və qəribə görünən davranışlar tutur. İnsanlar yerli-yersiz bir-birini bağrına basır, üz-gözündən öpür, bəzən bu hərəkətin arxasında nə hörmət var, nə də səmimiyyət.

Tanınmış filosof Epiktet deyirdi: "Hörmət – davranışda deyil, düşüncədə doğulur." Doğrudan da, kimisə sevib hörmət edirsənsə, yerli-yersiz onu qucaqlayıb öpməyə ehtiyac yoxdur. Bu hiss baxışda, sözdə, adi bir salamda da görünə bilər. Səmimiyyəti forma ilə göstərmək mümkün deyil - əgər o, içində yoxdursa, jestlərin mənası yoxdur.

Əsl dostluq, əsl hörmət gizli ahəngdən ibarətdir. Gözün içindəki sevinc, səsin tonundakı ehtiram, əlin təması – bunlar ruhun səmimi toxunuşlarıdır. Sufilər deyərdi: "Göz danışanda dil susar." İndi bəlkə də çox danışırıq, çox toxunuruq, amma az duyuruq.

Əlbəttə, zaman dəyişir, mədəniyyətlər bir-birinə qarışır, qloballaşma ünsiyyət formalarına da təsir edir. Amma bu dəyişikliklər baş verərkən əsas məsələ özümüzü itirməməkdir. Əgər davranışlarımız səmimi hisslərə deyil, təqlidə, görüntüyə, “nümayişkaranə yaxınlığa” əsaslanırsa, orada nə mehribanlıq olur, nə də dəyər.

Bu gün sosial mediada daha çox öpüşən, qucaqlaşan dostlar, tanışlar, qonşular görürük. Sual yaranır: görəsən bir-birinə ürəkdən bağlı olanlar çoxdur, yoxsa bu səhnəni başqalarına göstərmək istəyənlər?

Kişilərin görüşərkən bir-biri ilə öpüşməsi təkcə bir jest deyil, bir baxış bucağıdır. Bu baxış bəzən öz mədəniyyətinə arxa çevirmək, bəzən səmimiyyəti formaya qurban vermək anlamına gəlir. Ənənəvi davranış modellərimizi “dəbdən düşmüş” hesab etmək gülüncdür. Halbuki dəyişən zamanda belə, sabit və dayanıqlı dəyərlər bizə kim olduğumuzu xatırlatmalıdır.

Gəlin etiraf edək ki, kişilərə ciddiyyət və təmkin daha çox yaraşır, ona görə də zahiri deyil, qəlbdən gələn münasibətləri yaşatmalıyıq. Gəlin, səmimiyyəti öpüşdə deyil, ürəkdə axtaraq. Az danışaq, çox anlayaq. Az toxunaq, çox hiss edək.

Bəlkə səhv edirəm?


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 İyul 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see254

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see224

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri