Yeni dələduzluq növü yaxınlarımızın nömrəsi ilə torba tikə bilərlər VİDEO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Vətəndaşların vatsap hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar vatsappda yeni dələduzluq növü yayılıb. Kiberdələduzlar artıq hesabı rahatlıqla oğurlaya bilərlər.
Hətta bəzi hallarda sizə kontaktınızda olan bir şəxsin nömrəsi ilə də yaza bilərlər. Bu sizdə inamı artırsa da, diqqətli olmalısınız.
Ekspertlər deyirlər ki, bütün hallarda sizə kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mənbəyi məlum olmayayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar vatsap hesabınızı ələ keçirə bilərlər.
Ekspert Azər Əlili tövsiyə edir ki, mütləq qaydada ikili doğrulama funksiyası tətbiq edilməlidir. Bu halda votsapp və bənzəri messenger tətbiqlərinizin təhlükəsizliyi daha yaxşı qoruna bilər.
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 02 Dekabr 2024 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















