Icma.az
close
up
RU
Yeni dələduzluq üsulu yayılıb Bu dəfə süni intellektlə

Yeni dələduzluq üsulu yayılıb Bu dəfə süni intellektlə

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar sosial şəbəkələrdə bir sıra tanınmış şəxslərin adından dələduzluq əməllərinin törədilməsi barədə tez-tez məlumatlar yayılır.

Redaktor.az xəbər verir ki, əsasən çox izləyicisi olan profillərin sahibləri dostlarına müraciət edərək onların adından hansısa şəxslərin pul istədiyini bildirirlər. Müxtəlif yollara əl atan dələduzlar özlərini həmin hesabların sahibi kimi təqdim edirlər. Onlar hətta tanınmış şəxslərin səsindən və mobil nömrəsinin eynisindən istifadə edirlər.

Beləliklə, vətəndaşlar tora salınır, pul göndərilməsi, təcili kömək edilməsi ilə bağlı xahişlər dərhal yerinə yetirilir. Araşdırmalar göstərir ki, artıq xeyli insan yeni dələduzluq üsulunun qurbanına çevrilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu verdik. Qurumun Mətbuat xidmətinin rəis müavini Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, nazirlik tərəfindən kibercinayətkarlığın bütün növləri ilə mübarizə çərçivəsində mütəmadi olaraq əməliyyat tədbirləri ilə yanaşı təbliğat, təşviqat, maarifləndirmə işləri də həyata keçirilir: “Buna baxmayaraq, kibercinayətkarlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq vatsap ani mesajlaşma şəbəkəsi vasitəsilə tanınmış, nüfuzlu şəxslərin fotolarından və anket məlumatlarından istifadə edib təcili pul lazım olması adı ilə vətəndaşlara, onların yaxın çevrəsinə zənglər edir, mesajlar yazırlar. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir, virtual nömrələrdən istifadə edilir. Yəni telefonun ekranında əks olunan nömrə ilə həmin şəxsin mobil nömrəsi ilə üst-üstə düşə bilər.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, qəti şəkildə pul vəsaitləri verməsinlər.

Belə hallarla üzləşdikləri təqdirdə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki “Polisazerbaycan” səhifələrinə məlumat vermələrini xahiş edirik” (Qafqazinfo).



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Yanvar 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri