Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Yeni dəyişiklik dövlət qulluğuna marağı artıracaq Deputat

Yeni dəyişiklik dövlət qulluğuna marağı artıracaq Deputat

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Prezident İlham Əliyev tərəfindən Fərman imzalanıb. Fərmanın məqsədi daha şəffaf, ədalətli və vahid struktura malik əməkhaqqı sisteminin təmin edilməsidir.

Fərmanla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və shibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, dövlət qulluqçularının əməkhaqqı sistemi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan dərin və ardıcıl institusional islahatların davamıdır və bu qanun ədalətli bölgünü təmin edəcək:

"Düşünürəm ki, əməkhaqqı sisteminin yenilənməsinin əsas məqsədi vahid, şəffaf və balanslı əməkhaqqı modelinin formalaşdırılmasıdır. Bu isə uzunmüddətli perspektivdə dövlət aparatının səmərəliliyini artırmağa hesablanıb. Yeni yanaşmanın əsas istiqamətlərindən biri əməkhaqqı sisteminin struktur baxımından sadələşdirilməsi və aydınlaşdırılmasıdır. Əvvəlki dövrlərdə müxtəlif əlavələr formasında təqdim olunan ödənişlərin vəzifə maaşına inteqrasiyası vahid mexanizmin formalaşmasına imkan yaradır. Bu isə həm şəffaflığı artırır, həm də dövlət qulluqçuları üçün daha aydın və proqnozlaşdırılan əməkhaqqı modelini təmin edir. Eyni zamanda, bu addım müxtəlif vəzifələr üzrə müşahidə olunan disproporsiyaların aradan qaldırılmasına, daha ədalətli bölgünün təmin olunmasına xidmət edəcək.
Hesab edirəm ki, əməkhaqqının vahid struktur əsasında formalaşdırılması dövlət idarəçiliyində bərabər imkanların gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu model dövlət qulluqçularının sosial təminatının daha sabit və davamlı əsaslar üzərində qurulmasına şərait yaradacaq. Bütün bunlar dövlət xidmətinin nüfuzunun artırılmasına da müsbət təsir göstərəcək”. 

Deputat qeyd edib ki, digər mühüm məqam dövlət qulluğunun əmək bazarındakı rəqabət qabiliyyətinin gücləndirilməsidir:

"Mövcud reallıq göstərir ki, əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsinin əlavələrdən asılı olması xüsusilə yeni işə qəbul olunan gənc kadrlar üçün müəyyən çətinliklər yaradırdı. Bu isə özəl sektorun daha cəlbedici imkanları fonunda dövlət qulluğuna marağın azalmasına səbəb ola bilirdi. Yeni model bu disbalansı aradan qaldırmağa və dövlət qulluğunu daha rəqabətqabiliyyətli sahəyə çevirməyə yönəlib. Bu baxımdan həyata keçirilən dəyişikliklər yalnız texniki və maliyyə xarakteri daşımır, eyni zamanda insan kapitalının inkişafına xidmət edir. Peşəkar, savadlı və perspektivli kadrların dövlət qulluğuna cəlb olunması dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi üçün əsas şərtlərdən biridir. Yeni əməkhaqqı modeli bu istiqamətdə mühüm stimullaşdırıcı rol oynayacaq.

Yeni qanunvericilik aktlarının mahiyyətinin düzgün izah olunması, onların məqsəd və məzmununun dəqiq təqdim edilməsi vacibdir. Bu islahatlar heç bir halda sadəcə əməkhaqqı artımı kimi təqdim edilməməlidir. Əsas məqsəd sistemin təkmilləşdirilməsi, strukturun optimallaşdırılması və idarəetmənin effektivliyinin artırılmasıdır. Mediada bu məsələyə yanaşma məsuliyyətli və peşəkar olmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Mart 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri