Yeni dövlət qeydiyyat nişanlarında defis işarəsi tətbiq OLUNMAYACAQ
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
"Qeyd etmək istərdik ki, bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir", - deyə o, əlavə edib.
T.İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















