Icma.az
close
up
RU
Yeni dövrün Azərbaycanı” BSU da beynəlxalq elmi konfrans

Yeni dövrün Azərbaycanı” BSU da beynəlxalq elmi konfrans

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Yeni dövrün Azərbaycanı” adlı XVII beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun rektoru Anar Nağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsinin Azərbaycan dövlətinin quruluşu və müasir inkişaf dinamikası baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. O bildirib ki, konfrans Ümummilli Liderin azərbaycançılıq məfkurəsinin araşdırılmasına həsr olunub və bu istiqamətdə elmi-tədqiqatların genişləndirilməsini hədəfləyir.

Rektorun sözlərinə görə, builki konfransın əsas istiqaməti “Bütöv Azərbaycan” konsepsiyası və bu çərçivədə alim və tədqiqatçılar müxtəlif sahələr üzrə fənlərarası yanaşmalar əsasında güclü Azərbaycan modelini araşdırırlar.

Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan həm tarixi inkişafı, həm beynəlxalq münasibətlər sistemi, həm də xalqlararası əlaqələr baxımından dünyanın önəmli ölkələrindən birinə çevrildiyini söyləyib. O bildirib ki, Heydər Əliyevin şəxsiyyəti ilə Azərbaycanın dövlətçilik prinsipləri arasında xüsusi bir vəhdət mövcuddur. Deputatın sözlərinə görə, Azərbaycanın bugünkü xarici siyasət kursu bütün dövlətlərlə normal və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına yönəlib. Səməd Seyidov qeyd edib ki, müasir Azərbaycanın dövlətçilik fəlsəfəsi, siyasi kursu və inkişaf istiqamətləri birbaşa Heydər Əliyevin irsindən qaynaqlanır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bu gün Qarabağın yenidən qurulması prosesinin Heydər Əliyevin dövlətçilik məktəbinin prinsipləri əsasında həyata keçirilməli olduğunu söyləyib. O bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının davamıdır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası bu gün milli birliyin və dövlətçilik düşüncəsinin əsas dayaqlarından biridir. O qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız tarixi ədalətin bərpası deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Mahirə Hüseynova vurğulayıb ki, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi dövlətin gələcək inkişaf strategiyasının vacib istiqamətlərindəndir.

Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, müasir Azərbaycanın beynəlxalq nüfuzu və strateji gücü Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun nəticəsidir. O qeyd edib ki, Heydər Əliyev Azərbaycanın xarici siyasət prioritetlərini milli maraqlar üzərində quraraq ölkənin gələcək inkişaf modelinin əsasını formalaşdırıb. Deputat vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bu siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradan güclü dövlətə çevrilib. Rizvan Nəbiyevin sözlərinə görə, “Yeni dövrün Azərbaycanı” konsepsiyası məhz Ulu Öndərin ideyalarının müasir dövrdə praktik təcəssümüdür.

Özbəkistanın Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov isə Azərbaycan və Özbəkistan arasında sosial, iqtisadi, mədəni və humanitar əlaqələrin təməlinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun səyləri nəticəsində qoyulduğunu vurğulayıb. O bildirib ki, bu gün müasir Azərbaycan dövlətinin memarı Prezident İlham Əliyev və Yeni Özbəkistanın qurucusu kimi tanınan Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həmin münasibətlər yeni və daha yüksək inkişaf mərhələsinə qədəm qoyub.

Rektor qeyd edib ki, Özbəkistanda Heydər Əliyev adı yalnız müasir Azərbaycan dövlətçiliyi ilə deyil, həm də güclü, suveren, elmə və mədəni köklərə söykənən dövlət modeli ilə assosiasiya olunur. Bahodir Xolikov Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, iki ölkə arasında akademik əməkdaşlıq yalnız formal sazişlərlə məhdudlaşmamalı, birgə tədqiqatlar, tələbə mübadiləsi və ortaq təhsil layihələri əsasında strateji tərəfdaşlığa çevrilməlidir.

Tədbir bədii hissə ilə davam edib.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Səfiyar Məcnun

Videooperator - Ələkbər Baxşıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri