Icma.az
close
up
RU
BSU nun rektoru şagirdlərlə “Yeni dövrün Azərbaycanı” mövzusunda növbəti görüş keçirib

BSU nun rektoru şagirdlərlə “Yeni dövrün Azərbaycanı” mövzusunda növbəti görüş keçirib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) “Konstitusiya və Suverenlik İli” tədbirlər planı çərçivəsində “Yeni dövrün Azərbaycanı” mövzusunda rektorun növbəti görüşü Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Anar Nağıyev Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycan xalqı üçün gördüyü işlərdən bəhs edib. O, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsinin xüsusi önəmini vurğulayıb.

Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regional güc mərkəzinə çevrilib. O, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi, gənclərin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini diqqətə çatdırıb.

A.Nağıyev, həmçinin Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağımızı ucaltmasına və tarixi çıxışına, eləcə də 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki nitqinə toxunaraq Azərbaycanın artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Daha sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sədri Elçin Kərimov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və BSU-nun Pedaqogika kafedrasının müdiri Piralı Əliyev mövzu ətrafında çıxış ediblər.

Görüşün interaktiv hissəsində şagirdlər BSU-da təhsil imkanları, nümunəvi şagird modelinə dair meyarlar, xarici mübadilə proqramları barədə suallar verib, fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri