Icma.az
close
up
RU
Yeni dövrün nəqliyyat STRATEGİYASI

Yeni dövrün nəqliyyat STRATEGİYASI

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan qlobal nəqliyyat xəritəsində baş verən dəyişikliklərə çevik adaptasiya etmək, daxili nəqliyyat infrastrukturunu modernləşdirmək üçün aktiv fəaliyyətə keçir. Yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə verilən mesajlar, səslənən təkliflər nəqliyyat sektorunda inqilabi və zamanın tələblərinə uyğun reformasiyanın əsasını qoyacaq.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi nəticəsində qlobal nəqliyyat xəritəsinə əlavə olunan yeni ştrixlər, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra bölgədə yaranmış yeni reallıqlar nəqliyyat sistemində keyfiyyətli dəyişiklikləri zərurətə çevirib. Azərbaycanın yerləşdiyi çoğrafiya onu Qərblə Şərqin, Şimalla Cənubun birləşdirici həlqəsinə çevirir. Başqa sözlə, Azərbaycan Avropa və Asiya regionları arasında strateji logistik və tranzit məntəqəsi halına gəlir ki, bu amil bütün Avrasiyanın nəqliyyat xəritəsində öz dərin izlərini qoyacaq.
Prezident İlham Əliyev müşavirədə respublika çərçivəsində nəqliyyat islahatlarının əsas hədəflərini göstərməklə yanaşı, əhalinin rahatlığının təminində bu sektorun üzərinə düşən vəzifələri də diqqətə çatdırdı. Azərbaycan əhalisinin sayının artıq 10 milyon nəfəri keçməsi və xüsusilə, paytaxtda müşahidə olunan artım dinamikası təbii ki, nəqliyyat sahəsində ciddi layihələrin icrasına da zərurət yaradır. Məhz bu nöqteyi-nəzərdən, son 15 il ərzində Bakı şəhərində bir çox layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Beləliklə, həyata keçirilən proqramlar paytaxtın nəqliyyat panoramının tamamilə dəyişməsini şərtləndirib. Ancaq bunlar son deyil, qarşıda yeni vəzifələr dayanır və həmin vəzifələr Prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqinə dair sərəncamda da əksini tapır. Beləliklə, daxili nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinin prioritet istiqamətləri bunlardır:
1.AVTOMOBİL YOLLARI.
Son 20 il ərzində 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib.
2.DƏMİR YOLLARI.
Sumqayıt-Yalama dəmir yolunun tikintisi artıq 80 faiz yerinə yetirilib. Hazırda
Ələt-Astara dəmiryolu fəaliyyətdədir, Bakı-Qəbələ dəmir yolu uğurla inşa olunub, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yolları fəaliyyətini bərpa edib.
3.HAVA LİMANLARI.
Son 20 il ərzində Azərbaycanda 8 beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanlarına Qəbələ, Zaqatala, Füzuli və Zəngilan aeroportları da əlavə olunub. 9-cu beynəlxalq hava limanı isə bu il Laçında istifadəyə veriləcək.
4.DƏNİZ LİMANLARI.
Azərbaycan yeni Dəniz Ticarət Limanı inşa edir. Limanın 1-ci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulsa da, yüklərin həcminin artması onun imkanlarını 25 milyon tona çatdırmağı tələb edir.
5.METRO NƏQLİYYATI.
Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 2008-ci ildən bu günə qədər metronun 7 yeni stansiyası tikilib, 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir.
6.GƏMİ NƏQLİYYATI.
Bakıda gəmiqayırma zavodu tam gücü ilə işləyir. Hazırda zavodda 6 müxtəlif ölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyət yeni səviyyəyə qaldırılır. Yükgötürmə qabiliyyəti 100 min ton olan daha 4 böyük tanker alınıb ki, bu, ölkəmizin nəqliyyat imkanlarını bir qədər də genişləndirir.
Göründüyü kimi, son 20 il ərzində ölkə daxilində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində misilsiz işlər görülüb və proses bu gün də davam edir. Daxili imkanlar isə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində layiqli yer alması üçün də stimul rolunu oynayır. Prezidentin uğurlu strategiyası hesabına Azərbaycan coğrafi vəziyyətindən səmərəli istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərinin ərazilərimizdən keçməsinə nail olur.
 

Hindistandan başlayıb Londonda başa çatan və yaxud əks istiqamətdə yüklərin daşınmasını təmin edən Şimal-Cənub dəhlizinin əsas tranzit-logistik mərkəzi Azərbaycandır. Çindən start götürən və Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu da Azərbaycan ərazisindən keçir və Ələt Dəniz Ticarət Limanı Orta Dəhlizin logistik mərkəzi kimi beynəlxalq statusunu möhkəmləndirməkdədir. Avropa və Asiya ölkələrinin xüsusi maraq göstərdiyi və Prezident İlham Əliyevin şəxsi nailiyyəti sayılan Bakı-Tbilisi-Qars dəmiryolunun yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılmasında da ölkəmizin müstəsna rolu var.


Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi bir sıra şərtlərdən asılıdır. Çünki, sadəcə coğrafi yerləşmə nəqliyyat qovşağı statusunu qazanmağa təminat vermir. Azərbaycanın açıq dənizlərə çıxışı olmasa da, nəqliyyat konsepsiyasının müdrikcəsinə həyata keçirilməsi dünya okeanlarından uzaqda yerləşən bir dövləti həm Qərb, həm də Şərq dünyası üçün vazkeçilməz aktora çevirir. Təsadüfi deyil ki, bəlli mərkəzlər Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etməyin mümkün olmadığını deyirlər. Şimal-Cənub marşrutu üzrə əsas oyunçular – Hindistan, İran, Rusiya və Avropa nəhəngləri Ermənistanla daha sıx münasibətlərə sahib olsalar da, onlar sözügedən marşrutun Azərbaycan ərazisindən keçməsinin iqtisadi cəhətdən daha rentabelli, təhlükəsizlik baxımından daha etibarlı olduğunu bildirirlər.
 

Bütün bunlar gəlişigözəl sözlər deyil, rəsmi Bakı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma məsələlərinə də xüsusi diqqət yetirir. Bundan başqa, qonşu ölkələrlə yaradılan yeni əməkdaşlıq formatları və müştərək müəssisələr nəqliyyat konsepsiyasının effektiv şəkildə icrasına geniş imkanlar açır. Burada kiçik bir detala toxunaq ki, Prezident İlham Əliyev Orta Dəhliz xəttinin ən vacib seqmentinə çevriləcək Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşdırılacağını deyir.
Doğrudur, Ermənistan 2020-ci ildə imzaladığı kapitulyasiya aktı üzrə öhdəliklərindən imtina edərək dəhlizin açılmasına mane olur və bunu öz suverenliyinə təhdid sayır. Ancaq qarşı tərəf Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının yaradılması məcburiyyətindən yayına bilməz. Çünki, Zəngəzur dəhlizi artıq beynəlxalq leksikonda yer alır və onun işə düşməsində tək Azərbaycan deyil, Çin, Mərkəzi Asiya respublikaları və Avropa üzrə tərəfdaşlar da maraqlıdır.
Artıq Zəngəzur xəttinin keçəcəyi bölgələrdə nəqliyyat layihələrinin icrasında da böyük uğurlara imza atılır. Məsələn, statistik məlumatlara görə, azad edilmiş ərazilərdə
-44 avtomobil yolu layihəsi icra edilib;
-45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub;
-onlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb;
-Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib;
-Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.
Bir sözlə, Azərbaycan yeni nəqliyyat “bum”u ərəfəsindədir. Prezidentin irəli sürdüyü nəqliyyat konsepsiyası bu sektor üzrə həm daxildəki mövcud çətinliklərin aradan qaldırılmasını şərtləndirəcək, həm də ölkəmizin beynəlxalq nəqliyyat qovşağı imicinin möhkəmləndirilməsində müstəsna rol oynayacaq. Yeni layihələrin icrası həmçinin, əhalinin rifah halının yaxşılaşdırılması, demoqrafik inkişafın hansısa böhranlı vəziyyətlə müşayiət olunmamasına təkan verəcək. Yaxın günlərdə icrasına start veriləcək 2025-2030-cu illər üzrə dövlət proqramı isə Azərbaycanın yeni dövr nəqliyyat xəritəsinin əsas komponentlərinə tam aydınlıq gətirəcək.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see267

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see185

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see179

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see173

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see172

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see170

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see170

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see169

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see169

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see167

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see166

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see165

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see164

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see160

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri