Icma.az
close
up
RU
Yeni dünya düzəni və Vahid 6: 5+1 formatı niyə yetərsiz idi?

Yeni dünya düzəni və Vahid 6: 5+1 formatı niyə yetərsiz idi?

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.


Sevinc Gülməmmədova
Siyasi jurnalist

Mərkəzi Asiya ölkələri 2017-ci ildə vahid məkan və maraqlar ətrafında bir araya gəldilər. Ötən 8 il ərzində Mərkəzi Asiya dövlətləri böyük bir tarix yazmağı bacardılar. Hər şeydən əvvəl, Sovet İttifaqının dağılması ilə yaranmış sərhəd və resurs problemlərini üçüncü tərəfin iştirakı olmadan, özləri masa arxasında həll etməyə nail oldular. Beləliklə, 8 ildən sonra Mərkəzi Asiya ölkələri Daşkənddə keçirilən sammitlə yeni mərhələyə qədəm qoydu.

Bu, sadəcə termin dəyişikliyi deyil, postsovet coğrafiyasında siyasi nəfəsin dəyişməsi, güc mərkəzlərinin yenidən formalaşması və türk dövlətləri arasında strateji sinxronlaşmanın dərinləşməsidir.

Son 30 ildə Mərkəzi Asiya bir çox formatların sınaq meydanı olub, amma Azərbaycan bu bölgəyə tamam fərqli bir kodla daxil oldu: siyasi iddiasız, amma real sektorda güclü; geniş coğrafi ambisiyasız, amma tranzit imkanları ilə təsir gücünə malik; yumşaq güc mesajları ilə tam uyumlu, amma enerji və logistika kimi sərt güc komponentlərində strateji oyunçu kimi. Məhz bu balans Bakının regionda özünəməxsus çəkisini artırdı.

Mərkəzi Asiyanın beş dövləti - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan - Azərbaycanla yaratdığı əməkdaşlıq modelini əvvəllər “5+1” kimi tanıyırdıq, yəni beşlik və dialoq tərəfdaşı. Lakin son illərdə Azərbaycanla münasibətlər təkcə diplomatik protokol səviyyəsini keçərək, siyasətin real mühərriklərinə çevrildi: nəqliyyat marşrutları, enerji dialoqları, ticarət həcmləri, suverenlik və təhlükəsizlik məsələlərində sinxron mövqelər. Yəni format artıq riyazi “beş üstəgəl bir” yox, kimyəvi reaksiyaya bənzər qarşılıqlı təsir sisteminə çevrilib. Məhz buna görə yeni termin ortaya çıxıb: “vahid 6”.

Rusiyanın zəifləyən təsiri, Çinin yüksələn “Orta Dəhliz” prioritetləri, Qərbin enerji təhlükəsizliyi narahatlıqları — bütün bunlar “vahid 6” modelini təsadüfi format yox, geosiyasi zərurət kimi gündəmə gətirdi. Azərbaycan isə bu zərurətin mərkəzində dayanır.

2000-ci illərdən etibarən Azərbaycanın Mərkəzi Asiya ilə diplomatik və iqtisadi xətti tədricən yeni bir formul üzərində qurulmağa başladı: “beş ölkə plus bir tərəf” - yəni “5+1” modeli. Bu modeldə beş Mərkəzi Asiya dövləti - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan - vahid regional qrup kimi qəbul edilir, Azərbaycan isə bu beşliyə qoşulan, amma onlardan kənarda dayanan strateji tərəfdaş rolunda çıxış edirdi. Məsələ ondadır ki, bu format ilk mərhələdə həm praktiki, həm də nəzəri baxımdan kifayət qədər effektiv görünürdü: Azərbaycan tranzit ölkə kimi, Mərkəzi Asiya isə resurs və logistika baxımından mühüm partnyor kimi bir masa arxasına toplaşırdı.

Həmin dövrdə regionlararası dialoqda belə modellər dəbdə idi. Azərbaycan isə bu tendensiyadan kənarda qalmayaraq, Mərkəzi Asiyaya “Qafqazın bir nömrəli körpüsü” rolunda yaxınlaşırdı.

“5+1” modelinin üstünlüklərinə daha dərindən baxsaq, ilk növbədə enerji və nəqliyyat xəritəsi ortaya çıxır. Azərbaycan uzun illərdir Qərbə inteqrasiya olunmuş enerji infrastrukturuna malikdir: BTC, TAP, TANAP, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars kimi mega-layihələr Mərkəzi Asiya üçün alternativ marşrut axtarışında mühüm çıxış nöqtəsi idi. Məsələn: Türkmənistan qazının Avropaya çıxarılması məsələsi bu format çərçivəsində ilk dəfə real siyasi gündəmə çevrildi.

Özbəkistan və Qazaxıstanın yükdaşımaları üçün Bakı limanı əsas transfer nöqtəsinə çevrildi.

“Orta Koridor” ideyası — yəni Çindən Avropaya uzanan Orta Dəhlizin tam inkişaf etmiş variantı — məhz Azərbaycan üzərindən keçən seqmentə güvənirdi.

Sadə dillə desək, Azərbaycan bu formatda “orta xəttin dayanıqlı oyunçusu” idi — hamını birləşdirən, amma heç kimə ağırlıq etməyən mərkəz nöqtəsi.

Türk Dövlətləri Təşkilatının genişlənməsi, təhsil proqramları, mədəni forumlar, media mübadilələri və birgə diaspor strategiyalarının hazırlanması münasibətləri yalnız iqtisadi və siyasi deyil, həm də sosiokultural səviyyədə yeni bir keyfiyyət mərhələsinə qaldırır. Xalqlar arasında yaranan psixoloji yaxınlıq indi dövlətlərarası sinxronlaşdırmanın ən etibarlı dayağı kimi çıxış edir.

Eyni zamanda, enerji marşrutlarının diversifikasiyası Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün əsl strateji tərəfdaşa çevrilməsinin əsas səbəblərindən biridir. Mərkəzi Asiyanın enerji resurslarının Qərb bazarlarına çıxışı uzun illər Rusiya və İran üzərindən keçən marşrutlarla məhdudlaşdırılmışdı. Lakin Azərbaycan bu mənzərəni dəyişən aktor oldu. Trans-Xəzər əməkdaşlıq formatı, Xəzərdən Avropaya uzanan kəmər sistemləri və yeni qazdaşımaları Azərbaycanın Mərkəzi Asiya üçün alternativ qapı rolunu daha da gücləndirir. Bu, Bakı üçün həm iqtisadi dividendlər, həm də siyasi nüfuz baxımından böyük fürsətlər yaradır.

Azərbaycanın bu yeni formatda qazandığı üçüncü əsas üstünlük isə diplomatik güc və geosiyasi nüfuzun artmasıdır. “Vahid 6” modeli sadəcə texniki-platforma deyil, siyasi baxışların koordinasiyası, regional mövqelərin yaxınlaşdırılması və vahid diplomatik xəttin formalaşmasını nəzərdə tutur. Bu kontekstdə Azərbaycan təkcə regional tərəfdaş kimi deyil, Mərkəzi Asiyanın daxilində əlaqələndirici, dialoqu yönləndirən, razılaşmaların məzmununa təsir edən dövlət kimi çıxış edir. Bu, Azərbaycanın regiondaxili diplomatiyada yeni çəkisinin formalaşmasıdır və Bakı artıq Mərkəzi Asiyada yalnız enerji müttəfiqi deyil, həm də siyasi ritm yaradan mərkəz rolunu oynayır.

Uzun illər “5+1” kimi tanıdığımız model indi öz yerini “vahid 6” kimi yeni geosiyasi reallığa verib. Bu reallıq təkcə əməkdaşlığın daha sistemli olması demək deyil — region daxilində qərarvermə mexanizmlərinin dəyişməsi, münasibətlərin strateji sinxronlaşması, Avrasiya məkanının yeni diplomatik xəritəsinin formalaşması deməkdir. Azərbaycan bu prosesin kənarında dayanmadı, əksinə, onun mərkəzində özünə yer açdı. Regionun enerji xəritəsi dəyişir, nəqliyyat arteriyaları yenidən qurulur, siyasi münasibətlər özünü yeni formatda ifadə edir və bütün bu dinamikanın içində Azərbaycan həm tranzit ölkə, həm siyasi aktor, həm də koordinasiya gücü kimi fərqlənir.

Bu gün “vahid 6” dediyimiz mexanizm Azərbaycanın həm geosiyasi baxımdan önəmini artırır, həm də iqtisadi və nəqliyyat qovşağı kimi rolunu yeni mərhələyə yüksəldir. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan alternativ enerji yoludur, Avropa üçün etibarlı tərəfdaşdır, Türkiyə üçün strateji dayaqlardan biridir, Çinin Orta Dəhliz layihəsi üçün vacib halqadır. Bu qədər müxtəlif marağı eyni masada tutmaq asan deyil, amma məhz bu bacarıq Azərbaycanın diplomatik çəkisini daha da gücləndirir. Hər yeni görüşdə, hər yeni razılaşmada Azərbaycanın masadakı mövqeyi bir qədər də möhkəmlənir: artıq “+1” yox, birbaşa “6-dan biri” kimi.

Bu mərhələdə vacib olan əsas suallar artıq “biz ora necə gedəcəyik?” deyil, “biz bu yolda nəyi necə idarə edəcəyik?”dir. Yəni, əgər indiyə qədər məsələlər daha çox marşrut, tranzit, xəritə və qovşaqların optimallaşdırılması üzərində qurulurdusa, indi suallar dəyişib: hansı institusional çərçivə qurulacaq, qərarlar necə sinxronlaşdırılacaq, hansı mexanizmlər ortaq olacaq, bu birlik hansı tempdə irəliləyəcək? Başqa sözlə, autopilot rejimində uçuş yox, tam pilotlu uçuş mərhələsindəyik — və bu, həm dinamika, həm də məsuliyyət tələb edir.

Yeni model Azərbaycanın boynunda nə qədər yük yaratsa da, bir o qədər imkan da yaradır. Əgər Azərbaycan bu formatın içində koordinasiya mərkəzi kimi çıxış etməyi bacararsa, regionda həm diplomatik nüfuzu dərinləşəcək, həm də iqtisadi dayanıqlığı artacaq. Mərkəzi Asiya ilə qurduğu balanslı əməkdaşlıq, Rusiya, Çin, İran, həm də Qərb arasında koordinasiyalı siyasət aparmaqla Azərbaycanın xarici siyasət elastikliyini daha da gücləndirəcək.

Mənə görə, Azərbaycan üçün bu yeni mərhələ sadəcə “yeni oyun meydanı” deyil, həm də “oyunun qaydalarını yazmaq” fürsətidir. Biz bu formatda yalnız iştirakçı olmamalıyıq — meydanın strukturunu, ritmini, hətta oyunun taktikasını müəyyənləşdirən ölkələrdən biri olmalıyıq. Əgər bu proses düzgün qurularsa, top da, istiqamət də, hədəf də çox zaman bizim sahədən müəyyən ediləcək. “Vahid 6” modeli Azərbaycanın həm siyasi iradəsini, həm strateji ağırlığını, həm də regional diplomatiyadakı dizayn gücünü artırmaq potensialına malikdir. Bu fürsəti doğru dəyərləndirmək isə məhz bizim əlimizdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Fevral 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri