Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiya münasibətləri: “5+1”dən “vahid 6” modelinə keçid yeni geosiyasi mərhələ

Azərbaycan Mərkəzi Asiya münasibətləri: “5+1”dən “vahid 6” modelinə keçid yeni geosiyasi mərhələ

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri hörmətli Hikmət Hacıyevin son paylaşımı region diplomatiyasının məzmun və mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Onun “Azərbaycan–Mərkəzi Asiya münasibətləri artıq birliyə çevrilərək vahid ‘6’ formatını alıb” fikri sıradan bir ifadə deyil. Bu, Azərbaycan diplomatiyasının Mərkəzi Asiya istiqamətində qazandığı strateji dərinliyin və siyasi realizmin təzahürüdür. Bu bəyanatın əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan  artıq sadəcə tərəfdaş ölkələr deyil, vahid maraqlar, ortaq tarix və strateji məqsədlər əsasında formalaşan bir siyasi məkanın üzvləridir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, əgər əvvəllər bu münasibətlər “5+1” prinsipi ilə, yəni beş Mərkəzi Asiya dövləti və bir Azərbaycan kimi fərqli tərəflər arasında qurulurdusa, indi bu “+1” fərqi aradan qalxıb və Azərbaycan artıq regionun ayrılmaz hissəsi, onun diplomatik, iqtisadi və təhlükəsizlik sisteminin bərabərhüquqlu iştirakçısı kimi çıxış edir, bu da ölkəmizin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında geosiyasi körpü rolunun rəsmi şəkildə tanınması deməkdir.

Nicat İsmayılov

Prezident İlham Əliyevin diplomatiyasının uğuru

“Hikmət Hacıyevin vurğuladığı bu ideya əslində cənab Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi çoxvektorlu xarici siyasətin nəticəsidir. Cənab Prezidentin Qazaxıstan, Türkmənistan, Tacikistan və Özbəkistana ardıcıl dövlət səfərləri, Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantılarında aktiv iştirakı və region ölkələri ilə strateji sənədlərin imzalanması bu yeni mərhələnin siyasi təməlini qoymuşdur. Bu, Azərbaycanın təkcə Qafqazın deyil, həm də Türk–İslam coğrafiyasının mərkəzi gücünə çevrildiyini təsdiqləyir”-deyən Nicat İsmayılov qeyd edib ki, məhz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı bu gün Ankara, Astanа, Daşkənd və Aşqabadla vahid strateji düşüncə mərkəzində birləşmişdir.

“Vahid 6” formatının mahiyyəti və strateji hədəfləri

Politoloqun fikrincə, “Vahid 6” modeli bir diplomatik formul deyil: “Bu, regional inteqrasiya ideyasının siyasi konsepsiyasıdır.

Bu format üç əsas sütun üzərində qurulur:

Geosiyasi sinerji: Azərbaycan və Mərkəzi Asiya ölkələri enerji, nəqliyyat və təhlükəsizlik baxımından bir-birini tamamlayan sistem yaradır.İqtisadi inteqrasiya: “Orta Dəhliz” (Transxəzər Nəqliyyat Marşrutu) üzərində qurulan yeni nəqliyyat arteriyası Avropa–Asiya ticarətini birləşdirir və regionu strateji tranzit mərkəzinə çevirir.Mədəni və kimlik birliyi: Türk dünyasının ortaq dil, tarix və ənənələrə söykənən mədəni dəyərləri bu birliyi mənəvi aspektdə də möhkəmləndirir.

Bu baxımdan “Vahid 6” modeli sadəcə riyazi birlik deyil, həm də siyasi, iqtisadi və ideoloji inteqrasiyanın rəmzidir”.

Azərbaycanın regionda aparıcı rolu

“Azərbaycan bu prosesdə yalnız iştirakçı deyil, lokomotiv rolunda çıxış edən dövlətdir. Azərbaycanın enerji layihələri, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars, Cənub Qaz Dəhlizi regionun iqtisadi və logistika infrastrukturlarının bir parçasına çevrilib. Həmçinin Zəngəzur dəhlizinin reallaşması perspektivi Orta Dəhliz ilə birləşərək Türk dövlətlərinin tam logistik birliyini təmin edəcək. Bu baxımdan, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Avropaya açılan qapı, Avropa üçün isə Asiyaya gedən etibarlı yol rolunu oynayır.

“Vahid 6” modeli təkcə Türk dövlətləri üçün deyil, həm də regional sabitliyin və əməkdaşlığın qlobal təminatçısına çevrilə bilər. Bu birlik vasitəsilə, Mərkəzi Asiya və Qafqazda sülh və təhlükəsizlik möhkəmlənəcək.

Enerji resurslarının dünya bazarına çıxışı daha balanslı olacaq və Qlobal siyasətdə türk dünyasının təsir gücü artacaq. Azərbaycanın liderliyi ilə formalaşan bu yeni siyasi konstruksiya regionda Qərb və Şərq maraqları arasında tarazlaşdırılmış, müstəqil diplomatiya modelinin nümunəsinə çevrilməkdədir.

Hikmət Hacıyevin bəyanatı strateji baxımdan tarixi məna daşıyır. O, göstərir ki, Azərbaycan artıq regional münasibətlərin “kənar tərəfi” deyil, proseslərin mərkəzində dayanan və istiqamət verən gücdür.

“Vahid 6” formatı Azərbaycan diplomatiyasının yeni mərhələsini, inteqrasiya, liderlik və strateji birləşmə siyasətini təcəssüm etdirir. Bu format gələcəkdə Türk Dövlətləri Təşkilatının institusional əsaslarının daha da dərinləşməsinə, ortaq iqtisadi məkanın yaranmasına və Asiya ilə Avropa arasında yeni sabitlik oxunun formalaşmasına təkan verəcək”-deyən politoloq qeyd edib ki, Hikmət Hacıyevin paylaşımı sadəcə bir siyasi fikir deyil, Azərbaycanın regional strategiyasının ideoloji bəyannaməsidir.

“Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və çoxvektorlu siyasətin nəticəsində Azərbaycan bu gün Mərkəzi Asiya ilə birlikdə yeni geosiyasi reallığın memarına çevrilmişdir. Bu, təkcə “5+1”-in “vahid 6”-ya çevrilməsi deyil, həm də Türk dünyasının yeni siyasi modelinin, “Birləşmiş Avrasiya Məkanı”nın başlangıcıdır”-deyə Nicat İsmayılov bildirib.

İradə Cəlil,  Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri